Anons

Dünən, 17:12- Ərdoğan tapşırıq verdi - Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkiləcək

Dünən, 17:00- Azərbaycanda Ramazan ayı bu tarixdən başlayır

Dünən, 16:35- Azərbaycan süni intellekt üzrə Komitənin 4-cü iclasında təmsil olunub

Dünən, 16:09- Yoluxma artdı, karantin rejimi yenidən sərtləşdiriləcək? - AÇIQLAMA

Dünən, 15:41- Səkinə İsmayılova həyat yoldaşını itirdi

Dünən, 15:16- Səfərbərlik Xidməti məlumat yayıb

Dünən, 14:58- Azərbaycanda daha 352 nəfər COVID-19-a yoluxub, 143 nəfər sağalıb,2 nəfər vəfat edib

Dünən, 14:24- Formula 1 üzrə Azərbaycan Qran Prisi tamaşaçısız keçiriləcək

Dünən, 14:00- Bakıda ilk bio-smart dayanacaq quraşdırılıb

Dünən, 13:32- Sabah milli parklara giriş pulsuz olacaq

Dünən, 13:07- “Tarix yazan igidlərimiz” layihəsi əsasında şəhid Asim Quliyevin əziz xatirəsi yad edildi

Dünən, 12:45- Yol polisi sürücülərə xəbərdarlıq etdi

Dünən, 12:19- Formula 1 üçün jurnalistlərin akreditasiyasına başlayır

Dünən, 11:56- Təhsil Nazirliyi 8 Marta pul yığımına görə ictimaiyyətə müraciət etdi

Dünən, 11:21- “Azərişıq” dronlardan istifadə edəcək (VİDEO)

Dünən, 11:00- Ərdoğan Azərbaycanla Türkiyə arasında preferensial sazişi təsdiqləyib

Dünən, 10:33- Vaksinasiya xaricə gedənlərin sayına necə təsir edib?

Dünən, 10:08- Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd edilir

1-03-2021, 17:22- Azərbaycanda son sutkada 125 nəfər COVID-19-a yoluxub, 71 nəfər sağalıb, 3 nəfər vəfat edib

1-03-2021, 17:00- "YAŞAT" Fondu üç qazi ilə bağlı açıqlama yayıb

Haqqımızda Əlaqə

Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər - FAKTLAR

Tarix:23-02-2021, 12:00

Qərbi Azərbaycanda dağıdılan və ya erməni kilsəsinə çevrilən məscidlər - FAKTLAR Ermənilərin Qərbi Azərbaycanda Azərbaycan izlərini silmək məqsədilə dağıtdıqları tarixi-dini abidələrin sayları yüzlərlədir.

Bunu Trend-ə AMEA-nın Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev deyib.

Onun sözlərinə görə, ermənilərin Qərbi Azərbaycan köçünün genişlənməsinin əsası İrəvan xanlığı dövründə qoyulmuşdu. İrəvan xanı Hüseynəli xanın 1760-cı ildə Eçmiədzin (Üçkilsə) monastırı ilə bağlı imzaladığı fərmanla ermənilərə geniş hüquqlar verildi. Bir çox Azərbaycan kəndləri ermənilərə verilir və adları dəyişdirilirdi. Bu proses Türkmənçay anlaşmasından sonra kütləvi hal aldı. Azərbaycan ərazisinə köçürülən ermənilər müxtəlif üsullardan istifadə edərək Azərbaycanın bu ərazilərdəki tarixini yox etməyə çalışırdılar. Bu üsullardan biri də Qərbi Azərbaycan torpaqlarında mövcud olmuş abidələrin dağıdılması idi.

B.Quliyev ermənilərin Qərbi Azərbaycanda dağıtdıqları tarixi-dini abidələrə misal olaraq, qeyd edib ki, XVIII əsrdə Abbas Mirzə Qacar (Fətəli Xan Qacarın oğlu) tərəfindən İrəvan qalasında inşa etdirilən Abbas Mirzə məscidi Azərbaycan memarlığında geniş istifadə olunan göy və yaşıl rəngli kaşılarla bəzədilmişdi. Lakin məscid tamamən dağıdılıb, onun sadəcə bir divarının qalıqları qalıb. İrəvan quberniyasının Ərgəz kəndində yerləşən məscid də eyni aqibətə məruz qalıb. Bundan başqa, XVIII əsrə aid olan Hacı Cəfər məscidi də tamamən dağıdılıb.

Alim əlavə edib ki, İrəvan şəhərinin qədim məscidlərindən biri olan Novruzəli bəy məscidinin iri günbəzi və çoxrəngli kaşılarla bəzədilmiş divarları olub. Bu məscid hələ XX əsrin əvvəllərində dağıdılıb. 1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında inşa edilmiş Osmanlı memarlıq üslublu məscid isə 1828-ci il Türkmənçay anlaşmasından sonra rus pravoslav kilsəsinə çevrilib. İrəvanda tikilmiş Şükürbəyli məscidi hələ də rus pravoslav kilsəsi kimi fəaliyyət göstərir.

B.Quliyev deyib ki, İrəvanda yerləşən ən qədim dini ibadətgahlardan biri olan və inşası Səfəvilərin erkən dönəminə təsadüf edən Sərdar məscidi Qala məscidi və ya Köhnə məscid adı ilə məşhur olub. Azərbaycanın şimalı rus qoşunları tərəfindən işğal olunduqdan sonra məscid dağıdılmağa başlanılıb, sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissə-hissə sökülərək onun yerində yaşayış evləri tikilib. Bundan başqa İrəvan qalası, Aşıq Ələsgərin qəbirüstü abidəsi, XVI əsrdə inşa edilən Sərdar sarayı, Urud abidələr kompleksinə məxsus olan iki qoç heykəli tamamilə məhv edilib:

"Ermənilər tərəfindən dağıdılmış abidələri saymaqla bitməz, onların bəziləri heç qeydiyyata da düşməyib. Hazırda ermənilər öz havadarları ilə birlikdə xristian abidələrinin qorunması ilə bağlı “narahatlıq”larını ifadə edirlər. Lakin ermənilərin bu vəhşilikləri törətməsi, bizim isə Bakıda erməni kilsəsini bir abidə olaraq qorumağımız dünya mədəni irsinə necə yanaşmağımızın nəticəsidir. Dünyanın bu faktlara laqeydcəsinə yanaşması sadəcə Azərbaycan mədəniyyətinin məhv olmasına yönəlmiş addım deyil, bu, həm də dünya irsinin məhv olmasına göz yummaqdır".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...