Anons

Bu gün, 17:07- Azərbaycandan Qətərə ekoməhsullar ixrac edilir

Bu gün, 16:38- Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib

Bu gün, 16:22- Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM

Bu gün, 15:54- Azərbaycanda bu mallara aksiz dərəcələri tətbiq ediləcək

Bu gün, 15:15- Azərbaycan Tehranda keçirilən "İran Plast" sərgisinə qatılacaq

Bu gün, 14:49- Olimpiya oyunlarının Tokiodan Floridaya keçirilməsi təklif olunub

Bu gün, 14:27- Bakı-Naxçıvan üzrə aviareyslərin sayı gündə üç dəfəyədək artırılır

Bu gün, 14:00- Yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edildi - SƏRƏNCAM

Bu gün, 13:32- Azərbaycan niyə Çin peyvəndini seçdi - TƏBİB cavab verdi

Bu gün, 13:03- 20-dən artıq şəhid ailə üzvünün təhsil haqqı ödənilib

Bu gün, 12:38- Uşaq müəssisələrindən 38 uşaq ailəsinə qaytarılıb, 27 uşaq övladlığa verilib

Bu gün, 12:24- Bu ölkələrdən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyətlər qoyulub - Səbəb "quş" qripi

Bu gün, 11:56- Ölkəmizdə əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı daim göstərilir

Bu gün, 11:15- Məktəblər açılır - Siniflərdə İSTİLİK OLACAQMI?

Bu gün, 10:42- Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb

Bu gün, 10:09- Azərbaycan əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkir

Dünən, 17:09- Rəsmi Bakı rusiyalı deputatın adını “qara siyahı”ya saldı

Dünən, 16:41- Şəhid ailələri və əlilliyi olanlara veriləcək mənzillərlər bağlı nazirlikdən AÇIQLAMA

Dünən, 16:16- Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib

Dünən, 15:55- Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam İMZALADI

Haqqımızda Əlaqə

101 il əvvəl bu gün Azərbaycanın müstəqilliyi Parisdə tanınıb

Tarix:11-01-2021, 12:47

101 il əvvəl bu gün Azərbaycanın müstəqilliyi Parisdə tanınıb 11 yanvar 1920-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Paris Sülh Konfransı tərəfindən de-fakto olaraq tanındı. İlk Azərbaycan Cümhuriyyətinin ömrü cəmi 23 ay davam etdi, müasir Azərbaycanın dövlət müstəqilliyi isə artıq 29 ildir ki, dönməz və əbədi xarakter alıb.

1991-ci ildə müstəqilliyini bərpa edən və sualtı qayaları və cərəyanları məharətlə manevr edərək keçən Azərbaycan dövləti bütün çətinliklərə və əngəllərə baxmayaraq, öz yoluna uğurla davam edir və sonsuz geosiyasi problemlər şəraitində bu müstəqilliyi müqəddəs bir varlıq kimi qoruyub saxlayır. Bir əsrdən çox davam edən müstəqillik tarixi bir çox yüksəlişlər dövrü görüb.

Təəssüf ki, birinci Cümhuriyyətin ömrü qısa oldu, lakin bu qısa müddət ərzində o, çox şeyi əldə edə bildi. Müstəqilliyini bəyan edəndən sonra AXC beynəlxalq münasibətlərin iştirakçısına və beynəlxalq hüququn subyektinə çevrildi. Müstəqil Azərbaycanın yaranması xəbəri radio vasitəsilə dünyanın aparıcı paytaxtlarına - Berlin, London, Vyana, Paris, İstanbul, Roma, Vaşinqton, Sofiya, Buxarest, Tehran, Madrid, Haaqa, Moskva, Stokholm, Kiyev, Kopenhagendə çatdırıldı. Tezliklə bəzi dövlətlərlə ikitərəfli sazişlər imzalandı və həmin dövlətlərdə Azərbaycanın ticarət nümayəndəlikləri açıldı. Qonşu ölkələrlə iqtisadi, ticarət və mədəni əlaqələr genişləndi. 16 noyabr 1918-ci ildə dünya parlamentlərinə və xalqlarına, habelə ABŞ Prezidenti V.Vilsona gənc respublikanın müstəqilliyini tanımaq xahişi ilə müraciət edildi.
28 dekabr 1918-ci ildə ölkə parlamenti Paris Sülh Konfransında iştirak edəcək nümayəndə heyətinin tərkibini təsdiqlədi və nümayəndə heyətinin rəhbəri kimi parlamentin sədri Ə.M.Topçubaşov, onun müavini isə hökumət üzvü M.Hacınski təyin edildi. Parlament üzvləri Ə.Ağayev və E.Şeyxülislamov nümayəndə heyətinin tərkibinə daxil edildilər. Miryaqub Mehdiyev, Ceyhun bəy Hacıbəyli və Məhər Məhərrəmov məsləhətçilər təyin olundular. Nümayəndə heyətinin texniki işçiləri aşağıdakılardan ibarət idi: əməkdaşlar - Ə.Hüseynzadə, V.Marçevski, katiblər - S.Məlikov və Ələkbər bəy Topçubaşov, tərcüməçilər - A.Qafarov, Q.Qafarova, G.Məmmədov, nümayəndə heyətinin rəhbərinin şəxsi katibi - Rəşid bəy Topçubaşov.

18 yanvar 1919-cu ildə diplomatlar viza almaq və 20 yanvar 1919-cu ildə Parisə getmək üçün İstanbula yola düşdülər. Lakin İstanbula gəldikdən sonra nümayəndə heyəti ingilis komandanlığı tərəfindən azərbaycanlıların Paris Sülh Konfransında iştirak etməməsi üçün yaradılan hər cür maneələr səbəbindən 1919-cu il aprelin sonunadək burada ləngimək məcburiyyətində qaldı. İngilis-fransız komandanlığının nümayəndələri Azərbaycan nümayəndə heyətinin üzvü Əhməd bəy Ağayevi "Utopizm tərəfdarı olmaqda və jurnal və parlament çıxışlarında Antantaya qarşı çıxmaqda" və s. məsələlərdə ittiham edərək həbs etdilər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Ə.Topçubaşovun Ə.Ağayevi azad etmək üçün etdiyi bütün cəhdlər nəticə vermədi, hətta Bakının general qubernatoru Tomsonun Ə.Ağayevin adına verdiyi etibarnamə də nəzərə alınmadı. Nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşovun İstanbuldan göndərdiyi hesabatlarında Parisə getməyə viza almaq üçün onun hansı titanik işlər gördüyü və çətinliklərdən keçdiyi aydın olur. Yalnız 1919-cu il mayın ortalarında Azərbaycan diplomatları Fransaya gələ bildilər. Lakin bu, öz məsələlərində dəstək almaq üçün lazımi hazırlıq işlərinin görülməsi üçün çox gec idi. Çünki Paris Sülh Konfransı 1919-cu ilin yanvarında başlanmışdı və üstəlik də Qafqaz dövlətlərinin müstəqilliyinə münasibətdə Qərb ölkələrinin başçılarının mövqeləri qeyri-müəyyən və bir çox hallarda bir-birinə zidd idi. Parisə gələn Azərbaycan nümayəndə heyəti dərhal işə başladı. Başlıca məqsəd Paris Sülh Konfransının Ali Şurası tərəfindən Azərbaycanın müstəqilliyinin tanınması idi. Müharibədə qalib gələn tərəf kimi Antanta ölkələri - ABŞ, Böyük Britaniya, Fransa və İtaliya Ali Şurada əsas rol oynayırdılar. Burada qeyd etmək lazımdır ki, nümayəndə heyətimizin Paris Sülh Konfransındakı rolu və fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyətinin bu konfransda tanınması faktı barədə həm bizim, həm də xarici alimlərin, diplomatların və jurnalistlərin çoxsaylı araşdırmaları, əsərləri və məqalələri dərc edilmişdi.

Bu materiallara istinad edərək Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınması prosesi haqqında qısaca danışmaq istərdim. 28 may 1919-cu ildə Azərbaycan nümayəndə heyətini ABŞ prezidenti Vudro Vilson qəbul etdi. Lakin görüşün nəticələri o qədər də ürəkaçan olmadı. V.Vilson iclasda qeyd etdi ki, Rusiya məsələsi həll olunmayana qədər Qafqaz respublikalarının müstəqilliyini tanımaq barədə danışmaq mümkün olmayacaq. Rus məsələsi deyərkən o, vətəndaş müharibəsinin nəticəsini və müharibə edən tərəflərdən birinin qələbəsini nəzərdə tuturdu. Ə.M.Topçubaşov ABŞ prezidentinə Paris Sülh Konfransına təqdim olunan memorandumun surətini təqdim etdi. Həmin memorandum Azərbaycanın ərazisi, əhalisi, iqtisadi imkanları və təbii sərvətləri haqqında real təsəvvür yaradırdı. Memorandum Azərbaycanın müstəqilliyinin tanınmasını, Millətlər Liqasına qəbul edilməsini, ABŞ ilə diplomatik münasibətlər qurulmasını, hərbi yardım göstərilməsini və s. tələb edirdi. Prezident V.Vilson Azərbaycan nümayəndə heyətini əmin etdi ki, "... Azərbaycan xalqı bundan sonra öz azadlığını və müstəqilliyini qorumaq kimi müqəddəs işində böyük Amerikada lazımi müdafiə və dəstək tapacaqdır".

Buna baxmayaraq, İngiltərə və Fransa kimi ABŞ da Azərbaycanı tanımaq məsələsini açıq saxlamaqda davam edirdi. Ermənilər 3-4 ay ərzində geniş antiazərbaycan və antitürk təbliğatı aparmışdılar və Qafqazdakı hadisələr barədə V.Vilsona yanlış məlumatlar vermişdilər. Lakin Qafqazda bolşevik təhdidi nəticəsində yaranmış vəziyyət Antanta ölkələrini ciddi düşünməyə və real əməli addımlar atmağa məcbur edirdi. Aydın idi ki, Qırmızı Ordunun Qafqazdakı təcavüzü bütövlükdə Yaxın və Orta Şərqdə qarışıqlıq yaradaraq, bolşevik ideyalarının Orta Asiyada da yayılmasına səbəb olacaq. Bu səbəbdən bir çox Avropa siyasətçiləri Sovetlərin işğal siyasətinin genişlənməsinin qarşısını almaq üçün Azərbaycan və Gürcüstanın müdafiə qabiliyyətlərinin gücləndirilməsinin zəruriliyi barədə düşünməyə vadar oldular. Məhz buna görə hadisələrin belə sürətli inkişafı prosesində Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınması təxirəsalınmaz bir vəzifəyə çevrilmişdi. Bu məqsədlə Böyük Britaniyanın təşəbbüsü ilə 10 yanvar 1920-ci ildə Paris Sülh Konfransının Ali Şurasının sessiyası çağırıldı.

Sessiyada İngiltərə, Fransa və İtaliyanın hökumət başçıları və xarici işlər nazirləri, ABŞ və Yaponiyadan isə sülh konfransında olan nümayəndə heyətləri və bu ölkələrin Fransadakı səfirləri iştirak edirdilər. Qafqazdakı vəziyyət barədə ətraflı məlumat verən İngiltərənin Baş naziri Lloyd Corc bolşeviklərin Xəzərə doğru irəlilədiklərini iştirakçıların nəzərinə çatdırdı və bununla əlaqədar bu dövlətlərin silah və hərbi texnika ilə təmin edilməsi üçün ən məqbul variantın hazırlanmasını təklif etdi. Onun təklifi ilə Ali Şuranın bu barədə qərarı qəbul edildi. Bu qərara əsasən, hərbi müfəttişlərə bu respublikalara kömək üçün təkliflər hazırlayıb vermək tapşırıldı. Lloyd Corcun bəyanatını tam dəstəkləyən Fransanın Baş naziri Jorj Klemanso Qafqaz işlərində böyük təcrübəyə malik olan Britaniya nümayəndələri tərəfindən "Qafqaz respublikalarına kömək göstərilməsi haqqında" memorandumun hazırlanması vacibliyini qeyd etdi. Ali Şuranın günorta iclası xarici işlər nazirləri səviyyəsində davam edirdi. İngiltərənin xarici işlər naziri Lord Kerzonun təşəbbüsü ilə nazirlər respublikalarla münasibətlər probleminin siyasi tərəflərini müzakirə etdilər. Kerzon öz çıxışında Lloyd Corcun Azərbaycan və Gürcüstanın müstəqilliyinin tanınması məsələsini Ali Şuranın gündəliyinə daxil etmək niyyətində olduğunu bildirdi. Böhran vəziyyəti səbəbindən Azərbaycan və Gürcüstan hökumətləri kömək üçün Antanta ölkələrinə müraciət etdilər. Onların bu müraciətləri barədə Ali Şuranı məlumatlandıran Lord Kerzon Azərbaycan və Gürcüstanın dərhal de-fakto tanınması barədə təklif irəli sürdü. Konfransda hökm sürən ab-havadan aydın olurdu ki, həqiqətən, real fəaliyyətdə olan dövlətlərin tanınması üçün artıq hər cür şərait yetişib. Yalnız kiçik bir təkan lazımdır ki, bu da sülh konfransının nümayəndəsi Xarici İşlər naziri Lord Kerzon tərəfindən edildi. Kerzonun fikrinə görə, Mudros Razılaşmasından sonra ingilis qoşunlarının Qafqaz sərhədlərinə daxil olması İngiltərə hökuməti üçün daha böyük üstünlüklər yaratmışdır.

Bir qədər sonra, yanvarın 11-də Lord Kerzonun təklifi ilə müttəfiqlərin Ali Şurası belə bir qətnamə qəbul etdi: "Müttəfiq və birləşmiş dövlətlər birlikdə Azərbaycan və Gürcüstan hökumətlərini de-fakto səviyyəsində tanıyırlar". ABŞ və Yaponiya nümayəndələri bildirdilər ki, Azərbaycan və Gürcüstanın tanınması aktına qoşulmaq üçün onlar hökumətlərinin fikirlərini öyrənməlidirlər. Az müddətdən sonra Yaponiya Ali Şuranın qərarına qoşuldu. ABŞ-a gəldikdə isə onlar rəsmi olaraq bunu etməkdən imtina etdilər. ABŞ-ın bu qərarı müxtəlif səbəblərlə şərtlənirdi. Amerika hökuməti xüsusən Böyük Britaniyanın Qafqazdakı artan nüfuzundan ehtiyat edirdi. Eyni zamanda, sülh konfransının yekun mərhələsində ABŞ və onun Avropa müttəfiqləri arasında ciddi fikir ayrılıqları yaranmışdı. Güman ki, ABŞ-ın Azərbaycanın dövlət müstəqilliyini tanımaq istəməməsini yalnız anglo-amerikan ziddiyyətləri ilə izah etmək olmazdı. ABŞ Senatı üzvlərinin əksəriyyətinin Versal müqaviləsini təsdiqləməkdən imtina etməsi, V.Vilson hökumətinin geniş beynəlxalq əməkdaşlıq siyasətini, eləcə də bütövlükdə xarici siyasətini tənqid etməsi onun Qafqazla bağlı siyasətinə də öz təsirini göstərmişdi.

Yanvarın 15-də Azərbaycan və Gürcüstan nümayəndələri Fransanın Xarici İşlər Nazirliyinə dəvət edildilər. Azərbaycan nümayəndələri Ə.M.Topçubaşov və M.Məhərrəmov, eləcə də Gürcüstan nümayəndələri İ.Sereteli və Z.Avalov nazirliyin birinci katibi Jül Kambon, İngiltərənin nümayəndəsi Filipp Kerr və İtaliyanın nümayəndəsi Markiz del Torret tərəfindən qəbul edildilər. Jül Kambon Ali Şuranın üzvləri və müttəfiq ölkələr tərəfindən Azərbaycanın de-fakto tanınması barədə Paris Sülh Konfransının rəsmi qərarını Ə.Topçubaşova təqdim etdi. O, Azərbaycan və Gürcüstan nümayəndələrini təbrik edərək, bildirdi ki, bundan sonra Azərbaycan və Gürcüstan tanınmış dövlətlər kimi bu və ya digər vacib məsələlərinin həllində rəsmi olaraq sülh konfransına müraciət edə bilərlər. Bu zamandan etibarən hər iki ölkə rəsmi olaraq Ali Şura ilə münasibətlər qura, habelə öz ehtiyaclarının nəzərə alınmasını və qanuni hüquqlarının və konfransın iclaslarında bərabərhüquqlu üzvlüyünün təmin olunmasını, həmçinin, böyük dövlətlər tərəfindən onların de-yure tanınmasını tələb edə bilərlər. Beləliklə, 1920-ci ilin yanvarında Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin siyasi tanınması baş verdi və bu, həmin dövrdə Ə.Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin uğurlu diplomatik fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir. Paris Sülh Konfransının Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıması ilə əlaqədar, 14 yanvar 1920-ci il tarixi Azərbaycanda istirahət günü elan edildi. Həmin gün ölkənin hər yerində təntənəli şəkildə qeyd olunmalı, paytaxtda isə hərbi parad, mitinqlər və nümayişlər, habelə parlamentin təntənəli iclası keçirilməli idi.

Elə həmin gün Baş nazir N.Usubbəyovun cümhuriyyət vətəndaşlarına müraciəti dərc olundu. Azərbaycanın müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınması Azərbaycan xalqının öz gücünə və xoşbəxt gələcəyinə inamını artırdı. AXC-nin tanınması ilə onun beynəlxalq mövqeyi daha sabit xarakter aldı və ölkə geniş beynəlxalq münasibətlər qurulması yoluna başladı. Bakıda 20-dən çox dövlətin diplomatik nümayəndəlikləri fəaliyyət göstərirdilər. 1920-ci ildə Cənubi Azərbaycanın bütün böyük şəhərlərində AXC-nin konsulluqları açılmışdı.

Göründüyü kimi, 1920-ci ilin aprel işğalı ərəfəsində Azərbaycan Respublikasının beynəlxalq aləmdə təcridinə artıq son qoyulmuşdu. Müstəqil Azərbaycanın geniş diplomatik tanınması və hərtərəfli beynəlxalq münasibətlər sisteminə daxil olması prosesi başlanmışdı. Həmin dövrdə bolşevik işğalı baş verməsəydi, ölkəmizin təkcə Qafqazda deyil, bütün Yaxın Şərq regionunda rifah və sabitlik adasına çevrilməsi üçün Azərbaycan Xalq Cümhuriyyətinin geniş imkanları var idi.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...