Anons

Dünən, 18:00- Bakıda sərbəst gəzmək üçün saxta icazə arayışı hazırlayan şəxs tutulub

Dünən, 17:24- Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Dünən, 14:06- #Evdəqal kampaniyası çərçivəsində oxuculara virtual xidmətlər göstərilir

Dünən, 13:48- Dünyanın bu 9 ölkəsində koronavirus yoxdur – SİYAHI

Dünən, 12:04- Azərbaycanda koronavirusa yoluxanların sayı 600-ü ötdü

5-04-2020, 18:37- Bakıda xüsusi karantin rejiminin ilk günü: 500-dən artıq sürücü saxlanıldı - VİDEOREPORTAJ

4-04-2020, 18:06- Vaqif Əsədovdan küçəyə çıxma qadağası ilə bağlı AÇIQLAMA

4-04-2020, 14:32- “Google” karantin zamanı insanların hərəkətini izləyəcək saytı istifadəyə verib

4-04-2020, 13:20- Sabunçuda koronovirusun yaratdığı şəraitdən sui-istifadə edən vəzifə sahibi kimdir - ​FOTO/VİDEO

4-04-2020, 13:09- Gülnarə Abdullayeva internatda uşaqlara sudan başqa nə verir?

4-04-2020, 12:38- Gömrük Akademiyasında onlayn tədrisə tam keçid təmin olunub

2-04-2020, 17:23- Xüsusi karantin rejimi müddətində ünvanlı sosial yardım dayandırılmayacaq

2-04-2020, 15:17- Çin Azərbaycana 5 min koronavirus test dəsti təqdim edib

2-04-2020, 14:25- Azərbaycan maska istehsalına başlayır

2-04-2020, 12:21- Abşeronda “Böyüklərimizi qoruyaq!” askiyası çərçivəsində yaşlılara xidmət göstərilməsi davam edir

1-04-2020, 17:07- NAXÇIVANDA KORONOVİRUS PANDEMİYASINA DAHA CİDDİ YANAŞILIR-Fotolar-Video

30-03-2020, 22:48- Sabahdan insanların evdən çıxması məhdudlaşdırıldı

30-03-2020, 19:47- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi koronavirusla bağlı məlumat yaydı

30-03-2020, 13:22- Azərbaycan Sahibkarlar Konfederasiyası təkliflərini hökumətə təqdim edib

30-03-2020, 12:46- “INNOLAND”də virtual tədbir keçirilib

Haqqımızda Əlaqə

Müstəqilliyimizin bərpasının 28 illik tarixi...

Tarix:18-10-2019, 09:55

Müstəqilliyimizin bərpasının 28 illik tarixi...
18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür.


XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bəhs edərkən heç şübhəsiz tarixə “İstiqlalçı deputatlar” adı ilə düşən 43 nəfəri də yada salmaq lazımdır.

Belə ki, 1991-ci ilin martında keçmiş SSRİ-nin bütün respublikalarında Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirilib, o cümlədən də Azərbaycanda. Məqsəd bu idi: SSRİ qalsın və yaxud qalmasın? Bu referendumun bir variantı bu idi ki, sovet hökuməti qalsın, Azərbaycan da onun tərkibində yaşasın. İkinci variant o idi ki, sovet hökuməti dağılsın, Azərbaycan müstəqil olsun.

Həmin il martın 7-də, səsvermə günündə Azərbaycanın keçmiş Ali Sovetinin üzvü olan 350 deputatdan yalnız 43 nəfəri SSRİ-nin qalmasının əleyhinə, Azərbaycanın müstəqliyininin lehinə səs verib. Və onlar tarixə “İstiqlalçı deputatlar” adı ilə düşüblər. Yerə qalan 300-dək deputat biz “SSRİ-ni istəyirik” fikrini səsləndiriblər.

1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.

Həmin vaxt Ali Sovetin 360 deputatından 258-i iclasda iştirak edib və onların hamısı Müstəqillik haqqında Konstitusiya Aktının lehinə səs veriblər.

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.

Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da ümumxalq səsverməsi keçirildi.

Referendum bulleteninə bir söz yazılmışdı: “Siz Azərbaycanın dövlət müstəqilliyi haqqında Azərbaycan Ali Sovetinin qəbul etdiyi Konstitusiya Akt”ına tərəfdarsınızmı?”

Səsvermə hüququ onların 95%-indən çoxu referendumda iştirak etdi. Azərbaycan yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.

Müstəqilliyi elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti tanıyıb. Daha sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) ölkəmizi müstəqil dövlət kimi qəbul ediblər.

2 mart 1992 ci-ildə isə Azərbaycan BMT-yə üzv qəbul olunub.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəylinin, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edildi.

1992-2006-cı illərdə 18 oktyabr tarixi Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub. Amma 2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş günü münasibəti ilə verilən istirahət ləğv edilib. O zamandan həmin tarixlər iş günü sayılır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...