Anons

Bu gün, 11:41- Elnar Əsədov: MHM PayPort startapına dəstək olacaq

Dünən, 18:54- Böyük Britaniya Milli Hədəf Mərkəzinin və Sərhəd Mühafizəsi Direktoratlığının mütəxəssisləri Gömrük Akademiyasında olublar

Dünən, 18:11- "Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək

Dünən, 17:48- Bal yarmarkasında arıçılar təltif olunacaq

Dünən, 16:37- Prezident İlham Əliyev bir qrup energetiki təltif edib - SİYAHI

Dünən, 16:28- Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib

Dünən, 16:14- Silikon Vadisinin məşhur startap proqramı Azərbaycanda

Dünən, 16:05- Azərbaycanda narkotik vasitələrdən istifadə leqallaşdırılacaq - RƏSMİ

Dünən, 15:52- Bakıda VI Beynəlxalq Uşaq və Gənclik Ədəbiyyatı Simpoziumu keçirilir

Dünən, 15:39- Azərbaycanda yeni medal təsis olunur

Dünən, 15:30- Azərbaycanda yaşı 25-dən aşağı olan şəxslər övladlığa uşaq götürə bilməyəcək

Dünən, 15:18- Rusiya Azərbaycanda spirtli içkilər zavodu açacaq

Dünən, 14:46- Bu il daha 50 modul tipli məktəb istifadəyə veriləcək

Dünən, 14:37- Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI

Dünən, 14:24- ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu

Dünən, 14:11- Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub

Dünən, 14:02- YARAT-da "Danışır Bakı: 1900-1940-cı illər" adlı sərgisi açıldı

Dünən, 13:50- Şənbə günü Bakıda yağış gözlənilir

Dünən, 12:48- Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib

Dünən, 12:37- ABŞ səfirliyi Azərbaycan xalqını təbrik edib

Haqqımızda Əlaqə

Erməni fitnəsi, Stalinin əmri - Üzeyir bəyin sənədi necə saxtalaşdırıldı...

Tarix:18-09-2019, 16:35

Erməni fitnəsi, Stalinin əmri - Üzeyir bəyin sənədi necə saxtalaşdırıldı... “Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyevin sözlərinə görə, dahi bəstəkar Üzeyir Hacıbəyli bir çox mənbədə yazıldığı kimi, Ağcəcəbədidə deyil, Şuşada bəy ailəsində doğulub.

Vasif Quliyev mövzu barədə ətraflı olaraq Modern.az saytına danışıb.

“Üzeyir Hacıbəyli Şuşada dünyaya gəlib. Sadəcə olaraq Üzeyir bəyin sənədlərdə doğulma yeri Ağcəbədi göstərilib. Bunun bəzi səbəbləri var. Belə ki, ilk SSRİ Konstitutsiyası 1936-cı ildə qəbul edilib. Konstitusiya qəbul edildikdən sonra Ali Sovetə seçkilər keçirildi və Üzeyir bəyi Naxçıvan vilayətinə deputat seçmək istədilər. Üzeyir bəy SSRİ vətəndaşı olduğu üçün onun sənədləri Moskvaya göndərildi. Ermənilər də həmişə azərbaycanlıların düşməni olublar, o cümlədən Üzeyir bəyin də. Ona görə də Moskvada olan vəzifəli, xüsusilə də Ali Sovetdə işləyən ermənilər Üzeyir bəyi “vurmaq” istəyirdilər. Üzeyir bəyin Moskvaya gedən sənədlərini ermənilər Ali Sovetin sədri Mixail Kalininin yanına aparırlar. Ermənilər Üzeyir bəyin deputat olmasına əngəl olmaq üçün Stalinə onun bəy olduğunu bildirirlər. Qeyd ediblər ki, bizim ölkə “fəhlə-kəndli” hökümətidir, lakin Üzeyir Hacıbəyov bəydir və onun deputat olması imkansızdır. Mixail Kalininin bütün bunları SSRİ rəhbəri Stalinə bildirir. Stalin isə deyir ki, “nə edirsiz edin, Üzeyir Hacıbəyov deputat seçilməlidir””.

Vasif Quliyevin sözlərinə görə, Stalinin bu tapşırığından sonra ermənilər naəlac qalıb geri çəkilirlər:

“Stalinin əmrindən sonra Azərbaycanın o vaxtkı rəhbəri Mircəfər Bağırov yazıçı Mirzə İbrahimovu (o vaxtki maarif və mədəniyyət naziri), Qubad Qasımovu (Üzeyir bəyin bacanağı) və Üzeyir bəyin köməkçisi Ramazan Xəlilovu yanına çağırır, vəziyyəti onlara izah edir. Çünki əmr Moskvadan gəlmişdi - Üzeyir bəy deputat seçilməli idi.

Şuşa qəzası böyük idi. Onlar fikirləşir ki, Üzeyir bəyi kəndli kimi tanıtmaq lazımdır. Şuşa qəzası da Lənbərandan başlayırdı və o vaxtlar ən geridə qalmış kənd kimi Ağcəbədi gedirdi. Ağcəbədidə o vaxtlar sadəcə 3-4 rəncbər ailəsi yaşayırdı. Üzeyir bəy üçün saxta sənəd düzəldirlər və sənədində bəstəkarın doğum yeri kimi Şuşa qəzasının Ağcəbədi kəndi qeyd olunur.
1937-ci ildə SSRİ Ali Sovetin deputat seçilən Üzeyir bəy ömrünün sonuna qədər (23 noyabr 1948-ci ildə vəfat edib-red.) Naxçıvan vilayətinin deputatı kimi çalışır. Deputat seçiləndən sonra Üzeyir bəy cəmi 11 il yaşaya bildi. Bundan əlavə, qeyd edim ki, bəstəkarın sənədində 1885-ci ildən 1937-ci ilə kimi doğum yeri Şuşa yazılıb, 11 il sadəcə Ağcəbədi yazılıb. Həmçinin onu da əlavə edim ki, Üzeyir bəy evin ortancıl uşağı olub. Necə olur ki, ondan əvvəl və sonra doğulan uşaqların doğum yerində Şuşa, yalnız Üzeyir bəydə Ağcəbədi yazılıb?!”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...