Anons

Dünən, 17:08- Vilayət Eyvazov generalı təqaüdə göndərdi

Dünən, 16:55- Prezident İlham Əliyev Faiq Qarayevi ordenlə təltif edib

Dünən, 16:43- Prokurorluq Masallıda it dişləməsindən ölən 4 yaşlı uşaqla bağlı məlumat yaydı

Dünən, 16:34- Azərbaycana səfər edən çinli turistlərin sayı 64 faiz artıb

Dünən, 16:21- 6-cı dəfə “Qızıl Buts” alan Messi: “Evə girəndə ilk öncə sağ ayaqqabımı çıxardıram”

Dünən, 16:12- 9 yaşlı Zəhranın bir qolunu kəsiblər, ayaqları da amputasiya oluna bilər

Dünən, 15:59- TAP layihəsinin 89,8 faizi reallaşdırılıb

Dünən, 15:47- Tunisə yeni prezident seçildi

Dünən, 15:38- "Baku City Tour" avtobuslarına yeni hərəkət istiqaməti əlavə olunacaq (ÖZƏL)

Dünən, 15:26- Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb

Dünən, 15:14- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının 3-cü sayı (2019) çapdan çıxıb.

Dünən, 15:05- Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır

Dünən, 14:51- Zülallar yoxsa qazlar mübadiləsi?

Dünən, 14:40- Şagirdlərin elektron yerdəyişməsi ilə bağlı narazılıqlara görə direktorlara xəbərdarlıq olunub

Dünən, 14:29- MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib

Dünən, 13:17- Sabahın havası - bu ərazilərə yağış yağacaq

Dünən, 13:08- Məktəblərə nəqliyyat vasitələri veriləcək? - Nazirin CAVABI

Dünən, 12:56- Hazırlıq qruplarında təhsil alan oğlanlara əsgərlikdən möhlət veriləcək? - Nazirdən CAVAB

Dünən, 12:50- Arvadını və qayınanasını öldürən şəxsə cinayət işi açıldı

Dünən, 12:39- Azərbaycanın “Ai-92” markalı benzin aldığı ölkələrin adları AÇIQLANDI

Haqqımızda Əlaqə

Müşfiqin qalıqlarının araşdırlmasından yeni XƏBƏR var - Əhməd Cavadla da bağlı tapşırıq verildi

Tarix:4-01-2019, 14:38

Müşfiqin qalıqlarının araşdırlmasından yeni XƏBƏR var - Əhməd Cavadla da bağlı tapşırıq verildi “Mərhum şair Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqları ətrafında müayinələr davam etdirilir. Aparılan işlər hələ başa çatmayıb. Aparılacaq müayinələrin və müayinə olunacaq obyektlərin miqyası genişlənib. Şairin ata nəslindən olan kişi cinsli yaxın qohumlarından da müayinələrin götürülməsi davam etdirilir. Artıq istintaq orqanları tərəfindən həmin şəxslər müəyyənləşdirilib və onlar müayinələrin götürülməsi üçün bizə təqdim edilib”.

Bunu mətbuata açıqlamasında Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib.

Ə.Həsənov bildirib ki, təkcə Müşfiqlə bağlı deyil, digər şəxlərə məxsusluğu iddia olunan sümüklər üzərində də iş aparılır.

“Əvvəl təkcə Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümüklərlə bağlı iş aparılırdı. Daha sonra bizə digər tanınmışların da sümükləri ilə bağlı araşdırma aparılması tapşırıldı. Əhməd Cavad və digər ictimai-siyasi xadimlər də var. Belə qərara alındı ki, həmin ərazidə digərlərinin də məsələsi həll olunsun. Bütün bu işlər Azərbaycanda aparılır. Bizə müayinələrin aparılması üçün çoxlu sayda sümük qalıqları təqdim edilib və bu proses davam edir. Başqa nəsə deyə bilmərəm. Çünki qalan məsələlər istintaq sirridir”
.
Ədalət Həsənov müayinələrin nə zaman bitəcəyini dəqiq bilmir:

“Bu müayinələr uzun çəkən prosesdir. Dediyim kimi, materiallar gəlməkdə davam edir. Ona görə də dəqiq nə vaxt yekunlaşacağını söyləyə bilməyəcəm”.

Prezident İlham Əliyev Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş nakam şair Mikayıl Müşfiqin Mikayıl Müşfiqin qalıqlarının tapılması haqqında kütləvi informasiya vasitələrində yayılan materialların araşdırılması ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Noyabrın 1-də işçi qrupunun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin yanında ilk iclası keçirilib.
İclasda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işçi qrupuna Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı KİV-lərdə gedən məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, şairə məxsus olduğu ehtimal edilən qalıqların DNK analizinin keçirilməsi və digər zəruri tədbirlərin görülməsi ilə əlaqədar tapşırıqlar verilib.


Mikayıl Müşfiqə aid olduğu iddia edilən qalıqların aşkarlandığı yer Qaradağ rayonu ərazisində vaxtilə “NKVD qəbiristanlığı” olub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...