Anons

Bu gün, 15:39- Yapon alimlərinin son kəşfi - insanlar üçün quyruq!

Bu gün, 15:28- "Real", "Barselona" və "Liverpul"un ulduzları Bakıya gəlir

Bu gün, 15:16- BDU-ya qəbul olmuş tələbələrin sənəd qəbulu davam edir

Bu gün, 15:07- Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir

Bu gün, 14:54- Boks üzrə Azərbaycan yığması Nəriman Abdullayevə tapşırılıb

Bu gün, 14:42- Azərbaycan əhalisinin 13 faizini pensiyaçılar təşkil edir

Bu gün, 14:31- Azərbaycandan Rusiyaya 5 kiloqramdan artıq meyvə-tərəvəz aparmaq olmayacaq

Bu gün, 14:23- Bakı metrosunda qatarların intervalında fasilə yaranıb

Bu gün, 13:50- Maestro Niyazinin xatirəsi yad olunacaq

Bu gün, 13:37- AFFA rəsmisi beynəlxalq təyinat alıb

Bu gün, 13:30- Batumi çimərliklərində “qırmızı həyəcan” elan edilib

Bu gün, 13:18- Azərbaycanda Prezident təqaüdü təyin olunmuş şəxslərin sayı açıqlanıb

Bu gün, 13:09- “Relax”da nə baş verib? - İcra başçısının müavini və istirahət mərkəzinin rəhbərliyi davadan DANIŞDI

Bu gün, 12:54- Sabahdan Bakının bu küçələrində hərəkət məhdudlaşdırılır

Bu gün, 12:42- “Sosial Bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb

Bu gün, 12:33- Əri tərəfindən yandırılan qadın xəstəxanada öldü - DƏHŞƏTLİ GÖRÜNTÜ

Bu gün, 12:25- Xəzərə düşən MiQ-29-un “qara qutusu” tapıldı - FOTO

Bu gün, 11:41- "Qaçqınkom"un sektor müdirləri cəzalandırıldı

Bu gün, 11:32- ETSN: Quba və Şabran sərhədindəki yanğın meşə fondunun ərazisinə daxil deyil

Bu gün, 11:19- BMT Baş katibi: Dünyada insan hüquqları normalarının ciddi şəkildə pozulması davam edir

Haqqımızda Əlaqə

Rəsulzadə Lahıcda necə həbs edilib? - Onu görən yaşlı qadın danışır - VİDEO

Tarix:31-01-2018, 12:54 Baxış Sayı:12 644

Rəsulzadə Lahıcda necə həbs edilib? - Onu görən yaşlı qadın danışır - VİDEO Azərbaycan Cümhuriyyətinin əsas qurucularından Məhəmmədəmin Rəsulzadə "Əsrimizin Səyavuşu” əsərinin girişində yazır:

"Bolşevik istilası ələmli bir fakt idi. Bir aya qədər Bakıda saxlandıqdan sonra, bir arxadaşla bərabər Bakını tərk etmiş, Gürcüstana keçmək üçün yola çıxmışdıq. Hadisələr və təsadüflər bizi bir çox dağları və dərələri gəzdirdikdən sonra Şamaxı qəzasında Lahıc adında tanınmış bir qəsəbədə saxlanmaq məcburiyyətində buraxmışdı”.

Beləcə, mühacirət tariximizdə "Rəsulzadənin Lahıc dövrü” deyə biləcəyimiz bir mərhələ başlamışdı. Bu qısa dövrdə Rəsulzadə mühüm bir əsər yazmış, qəsəbənin taleyində önəmli rol oynamışdı. Elə bir rol ki, hələ də içində xeyli müəammalar gizlənir.

Rəsulzadə Lahıcda yenidən oxuduğu "Şahnamə” əsasında "Əsrimizin Səyavuşu”nu yazmağa başlayır. Bu müddətdə isə o bir neçə dəfə ev dəyişir: "Bir neçə səhifə yazmışdım ki, qaldığımız evi tədbir üçün dəyişmək lazım gəldi. İkinci dəyişdiyimiz yer mənə çox uyğun gəlmişdi. Ehtimal ki, təqibdən bir müddət uzaq olmaq üçün bura daha sərfəli idi. Fəqət Lahıc dağlarının ən möhtəşəmi olan Nihala baxan gözəl mənzərəsi, Girdiman çayının gecə ay işığında oxşayıcı axıntısı və yad gözündən uzaq olan kiçik bağçası ilə o, o anda yaşadığım ruh halını kağız üzərinə tökmək üçün ən əlverişli şərtlərə malik idi. Altıncı gün yenə yerimizi dəyişməyə məcbur olduq. İki günlüyünə bizi başqa bir evə köçürtdülər. Burada sonuncu bölümün qaralamasını bitirirdim. Artıq Lahıcda qala bilmirdik. Evlərində müsafir olduğumuz vətəndaşların bir qismi qaralanmış, kənd ümumi gözətləmə təhdidi altında qalmışdı. Bir an əvvəl Lahıcı tərk etmək gərək idi. Boşa çıxan iki təşəbbüsdən sonra dağlıq sahədən enib ovalığa gəlmişdik. Keçdiyimiz kəndlərdən birisində qaralama halında olan "Səyavuş”un üzünü köçürtdüm. Təmizə çıxarılan nüsxəni qonağı olduğumuz kəndliyə verib, qaralamasını özümlə götürdüm. Qəzaya uğramayacağımızdan əmin ola bilməzdim. Tələf və ya yaxalanacağı təxmin olunan yanımdakı nüsxədən başqa digər bir nüsxəsi də olsun deyə bir tədbirə lüzum görmüşdüm. Burası arxadaşlarıma xitabən əlavə etdiyim vəsiyyətnamədə daha açıqca görülməkdədir. Qorxduğum bir əmr vaqe olmuş, bulunduğumuz yer təsadüfən kəşf edilmiş, evimiz basılaraq, həbs olunmuşduq. Təslim olmazdan qabaq yanımdakı nüsxəni, təbii ki, tələf etmişdim”.

Tale elə gətirir ki, Rəsulzadənin Lahıcda yazdığı əsər üç il sonra İstanbulda ona çatır. Orijinal əlyazmanı əmanət etdiyi insanlar andlarına sadiq qalırlar. Rəsulzadə onlara təşəkkürü borc bilir:

""Səyavuş”un meydana gəlməsi ilə Lahıcdakı kitabxana sahibi, bizi bir ata kimi bəsləyən o sevimli ixtiyar və nəhayət, ölüm təhlükəsinə qarşı əmanəti şahid kimi göstərən o mərd kəndlilərə borcludur”.

Professor Ədalət Tahirzadə Rəsulzadəni satan şəxs haqqında bunları yazır: "1920-ci ilin aprelində Sovet hakimiyyəti qurulandan sonra Rəsulzadə bir qrup silahdaşı ilə birgə İsmayıllı rayonunun Lahıc kəndində qalmalı olur. Lakin orada çox qala bilmirlər. Yerlərini dəyişmək məqsədilə yola çıxırlar və İsmayıllı rayonunun Aşıq Bayram kəndi yaxınlığında hökumət qüvvələri onları həbs edir. Rəsulzadənin və yoldaşlarının yerini isə Lahıc kənd sakini Əliabbas bəy Nəsrulla bəy oğlu Səfərbəyov xəbər verib. Bu "xidmətinə” görə kommunistlər ona qoşalülə tüfəng bağışlayıblar. Bu hadisədən bir müddət sonra Ə.Səfərbəyovu həbs edirlər. O da hökumətə sədaqətini sübut etmək üçün o zaman Rəsulzadəni satdığını bildirir. Mən bu məlumatları Ə.Səfərbəyovun istintaqa verdiyi ifadələrindən götürmüşəm. Başqa mənbələrdə də bu haqda məlumatlar var. Lakin sonradan izi itirmək üçün onu güllələyirlər”.

Rəsulzadə niyə Lahıca sığınmışdı?

Lahıcın yaşlı sakinlərindən, Rəsulzadənin gizləndiyi evlərdən birinin indiki sahibi Ənvər Balayev mətbuata müsahibəsində belə izah etmişdi: "Birincisi, Lahıcda Müsavatın möhkəm dayağı olub. Lahıclı Rəsul Rəhimoğlu isə Müsavatın Lahıcdakı rəhbəriymiş. Bundan başqa, Rəsulzadənin qızı lahıclı müsavatçı Daməd Hacımüslümoğlu ilə ailə qurubmuş. Və son səbəb Lahıcın təbii şəraiti”.

Rəsulzadə Lahıcda gizləndiyi müddətdə onu kəndlilər içində görənlər olur. O insanlar indi həyatda olmasalar da, arxivdə onlarla bağlı maraqlı bir video qalıb. Bu video 1992-ci ildə Lahıcda çəkilib. Videoda Rəsulzadənin Quran hədiyyə etdiyi bir şəxsin dostu və Rəsulzadəni görən Münəvvər nənə çox nadir bilgilər verir, Rəsulzadənin necə tutulmasından bəhs edir.

Stimulxəbər.az bu nadir materialı Teleqraf.com-a istinadən Rəsulzadənin doğum günündə təqdim edir:

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...