Anons

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Dünən, 15:48- Sanksiya xəyalları, İbadoğlu nağılları... – Ermənilərin təşəbbüsünə sevinən daxili düşmənlərimiz KİMLƏRDİR?

Dünən, 15:25- "Başqa brokerlər də belə bahaçıldır?" - GİLEY

Dünən, 13:47- EMIN ƏMRULLAYEVIN 271 №LI MƏKTƏBDƏKI KADRI, HAQQINI TƏLƏB EDƏN MÜƏLLIMƏNI “GÖZÜMÇIXDIYA SALIB”- VİDEO/ FAKTLAR

Dünən, 13:05- Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT

Dünən, 12:34- İmişlini BELƏ İDARƏ EDİRLƏR... - İTTİHAM VAR...

Dünən, 12:00- Qurban Qurbanova yaxşılıq, yoxsa pislik? - Əhmədzadənin Zaqatalanı məhv etmək uğurunda 15 illik MÜBARİZəsi - VİDEO

Dünən, 10:56- Ağstafa DAİM-in direktoru İŞDƏN ATILIR... - Əlaqələri də işə yaramayacaq...

Dünən, 10:23- Lerik acınacaqlı durumda, başçı öz kefində... - FAKT BUDUR!

Dünən, 09:45- `Kremlin Hall`da bişən kababın TÜSTÜSÜ... - Nazirliyə MÜRACİƏT OLUNDU

Dünən, 09:22- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi - TƏFƏRRÜAT

22-04-2024, 23:01- ANAMA tender keçirmədən sabiq nazirin şirkətinə 20 milyon manatlıq sifariş verdi - TƏFƏRRÜAT

22-04-2024, 22:34- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? - TƏFƏRRÜAT

22-04-2024, 21:49- İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü başlayıb - CANLI YAYIM

22-04-2024, 17:31- Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT

22-04-2024, 17:09- Rusiya Prezidenti: Moskva ilə Bakı arasında münasibətlər yüksək səviyyədədir və inkişaf edir

Haqqımızda Əlaqə

Operativ Qərargah Yeni illə bağlı QƏRAR VERƏCƏK

Tarix:7-12-2021, 12:25

Operativ Qərargah Yeni illə bağlı QƏRAR VERƏCƏK
Dünyada koronavirusun yeni “Omicron” ştammı sürətlə yayılıb. Bir çox ölkələr yeni ştammın yayılmasının qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirib.

Hətta Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah da toplanaraq, yeni ştammın yayılması ilə bağlı müzakirə aparıb. Qarşıdan gələn Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsinin məqsədəuyğun olduğu vurğulanıb. İclasda, habelə “Omicron” ştammı və ona qarşı profilaktik tədbirlər müzakirə olunub və müvafiq hazırlıq işlərinə dair tapşırıqlar verilib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev Modern.az-a bildirib ki, Azərbaycanda da koronavirusun “Omicron” ştammının qarşsını alacaq bəzi tədbirlər görülməlidir.

Onun sözlərinə görə, vətəndaşlara hələ ki, bu ştammın yayıldığı ölkələrə getməyi dayandırmaq tövsiyə edilməlidir:

“Oradan gələn insanların hamısı ciddi şəkildə aeroportda yoxlanılıb, testdən keçirilib nəzarət altına götürülsə, yaxşı olardı. Hətta karantində saxlanılarsa, qabaqlayıcı tədbir görmüş olarıq. Profilaktika məqsədi ilə düşünürəm ki, bunlar edilməlidir”.

Deputat virusun yeni ştammının əlamətləri haqqında informasiyanın geniş şəkildə verilməli olduğunu qeyd edib:

“Maarifləndirmə işləri təəssüf ki, son vaxtlar zəif aparılır. Peyvəndləmə işləri davamlı aparılmalı və hamıya 3 doza peyvənd vurulmalıdır. Çünki peyvəndin 3 dozası vurulandan sonra demək olar ki, yoluxma, ağırlaşma və ölüm minimuma enir”.

Azərbaycanda virusun hazırkı vəziyyətində stabilləşmə olduğunu qeyd edən M.Quliyev bildirib ki, yoluxmada artım və azalma nəzarət altındadır.

“Arzu edirik ki, ölüm də bir az azalsın. Son günlər ölüm sayı 20-dən aşağı düşmür. Bu bizi narahat edir. Səbəblər araşdırılmalıdır”.

Deputat Yeni illə bağlı hansı qərarın, qadağaların tətbiqi haqqında indidən fikir bildirməyin tez olduğunu qeyd edib:

“Dekabrın 20-25-i arası yəqin ki, bununla bağlı müəyyən qərar olacaq. Biz sərt qadağalardan yox, tövsiyə xarakterli qadağalardan, çəkinmələrdən söhbət etməliyik. Hələ 20 gün var. İndidən nəsə söyləmək çətindir. Düşünürəm ki, 10 gün, bir həftə qalmış bu barədə Operativ Qərargah öz fikirini söyləyəcək. İstənilən halda insanların bir yerə çox toplanmamasını və qorunma qaydalarına əməl etməyi məsləhət görürük”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...