Anons

Bu gün, 14:28- Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

Bu gün, 14:08- Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

Bu gün, 13:44- Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Bu gün, 13:03- Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

Bu gün, 12:36- Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu gün, 12:06- “Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri - Moskva nəbz yoxlayır, yoxsa...

Bu gün, 11:33- İmişlidə NONSENS: Keçmiş bələdiyyə sədri bələdiyyə möhürünü oğurlayıb, qaytarmır... - BU NƏDİ BELƏ?!

Bu gün, 10:53- “İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur” – EVLƏRİ DAĞILAN DAŞKƏSƏN SAKİNLƏRİ ÇADIRDA YAŞAMAĞA MƏCBUR EDİLİR / VİDEO

Bu gün, 10:10- Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

Bu gün, 09:38- Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

Bu gün, 09:16- “İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

Dünən, 21:04- Bayramov Özbəkistan Prezidenti ilə görüşdü - Fotolar

Dünən, 20:49- Ramin Abdullayevin “göydələn” biznesi

Dünən, 19:38- “Bu günə kimi dövlət tərəfindən heç bir yardım almamışam” - şəhid anası GİLEY EDİR

Dünən, 19:19- Ən çox şikayət edilən banklar açıqlandı: "Bank of Baku" liderliyini qoruyur - SİYAHI

Dünən, 18:29- İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək: 14 min pul xərcləyəcək - YEYİNTİNİN BELƏSİ OLMAMIŞDI...

Dünən, 16:33- "Azpulmat" məlumatlarınızı OĞURLAYIR: - Tətbiqin sahibini hansı CƏZA GÖZLƏYİR?

Dünən, 16:07- Ekspert: Hidrogen enerjisinə keçid siyasi təşəbbüslər tələb edir

Dünən, 14:57- Böyük Britaniyada qanunsuz miqrant problemi – ermənilər krallıqdan qovulur

Dünən, 14:16- Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

“Reallıq info”nun baş redaktoru Jurnalistlərin Həmkarlar İttifaqı, Mətbuat Şurası və KİV-ə Dövlət Dəstəyi Fondunun fəaliyyətinin araşdırılmasını tələb edir

Tarix:22-01-2021, 12:52

“Reallıq info”nun baş redaktoru Jurnalistlərin Həmkarlar İttifaqı, Mətbuat Şurası və KİV-ə Dövlət Dəstəyi Fondunun fəaliyyətinin araşdırılmasını tələb edir 2019-cu ildə Əli Həsənovun ölkə prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsindən azad edilməsi və 14 yanvar 2021-ci ildə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş rəhbəri Vüqar Səfərlinin külli miqdarda dövlət vəsaitinin mənimsənilməsinə görə həbs edilməsi Ə. Həsənovun dəstəyilə yaradılmış təşkilatların fəaliyyətinin ictimai araşdırılmasını aktual edir. Bununla həbsdən öncə və həmin xadimlər işdən azad edilənədək Realliq.info portalının redaktoru İkram Rəhimov (Rafiqoğlu) məşğul olub.

26 oktyabr 2018-ci ildə İ.Rəhimov saxlanılıb, 2019-cu ildə hədə-qorxu ilə tələb etməyə görə 5,5 il müddətinə azadlıqdan mühakimə olunub, 2020-ci ildə vaxtından əvvəl şərti azadlığa buraxılıb. İstintaq təcridxanasında quru aclıq edərək azadlığa buraxılmasını tələb edib və bildirib ki, Əli Həsənov və onun komandası haqda korrupsiya məlumatlarını dərc etdiyinə görə cəzalandırılıb.

İkram Rəhimov Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurası sədrinin müavini və KİV-ə Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının keçmiş üzvü Müşfiq Ələsgərlini öz həbsinin Mətbuat Şurasının İdarə Heyəti tərəfindən hüquq-mühafizə orqanlarına təqdimat əsasında baş tutmasında ittiham edib.

Yanvarın 21-də Youtube-da "Siyasi meydança"da "Xural" Media Qrupunun rəhbəri Əvəz Zeynallı (2012-ci ildə hədə-qorxu ilə tələbetmə maddəsilə 9 il müddətinə azadlıqdan məhrum edilmişdi, lakin hüquq müdafiəçilərinin iddialarına görə, siyasi nəşrlərə görə cəzalandırılıb) Müşfiq Ələsgərli və İkram Rəhimovun açıq diskussiyasını təşkil edib.

M. Ələsgərli opponentinin söylədiyi və dərc olunmuş 11 ifadənin siyahısını tamaşaçılara təqdim edib. Bu ifadələrdə İ.Rəhimov Jurnalistlərin Həmkarlar İttifaqının sədrini konkret mənəvi və cinayət əməllərində ittiham edir. İ.Rəhimov hesab edir ki, Əli Həsənovun komandasında həlledici fiqurlardan biri olan M. Ələsgərli ən azı ona görə məsuliyyət daşıyır ki, jurnalistlər üçün yaşayış binalarının tikintisi, mənzillərin paylanması zamanı büdcə vəsaitlərinin oğurlanması, dövlət qrantlarının hakimiyyətə yaxın KİV-lər arasında bölüşdürülməsi, Mətbuat Şurasının ali jurnalistika mükafatının jurnalistikadan uzaq adamlara verilməsi, Əli Həsənovun sifarişi ilə jurnalistlərə qarşı cinayət təqibləri haqda hüquq-mühafizə orqanlarına məlumat verməyib.

Sədr müavini M. Ələsgərlinin olduğu Mətbuat Şurası azad və müxalifətçi jurnalistlərin həbsi üçün təqdimatları güc strukturlarına göndərib, onları bir dəfə də olsun repressiyalardan müdafiə etməyib. Rəhimov nümunə göstərib ki, 2017-ci ildə saxta vergi ödəməmək ittihamı ilə Turan İA-nın direktoru Mehman Əliyevi həbs ediblər, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, Turan öz fəaliyyətində heç bir şeylə yadda qalmayıb. Ə.Həsənov və V.Səfərlinin sifarişi və M.Ələsgərlinin iştirakı ilə sərf etməyən jurnalistlərə “reket jurnalist” damğası vurub”, jurnalist bildirib.

"Əgər M. Ələsgərli özünü jurnalistika sahəsinin saflığı uğrunda mübariz kimi qələmə verirsə, o zaman niyə Vüqar Səfərlinin büdcə vəsaitlərini oğurlaması barədə dövlətə məlumat verməyib, Əli Həsənovun cinayətləri haqda bildirmək istəmir? Əksinə, müsahibədə bu Fondun işi barədə yüksək fikir söyləyib, deyib ki, KİV-ə Dövlət Dəstəyi Fondu layiqli səviyyədə fəaliyyət göstərir. Nəyə görə jurnalist Polad Aslanovun mühakimə olunmasına haqq qazandırıb?",- İ.Rəhimov soruşub.

Həmin vaxt diskussiya tamaşaçılarından biri - həbsdə olan jurnalist Aslanovun xanımı forumda qeyd yerləşdirərək bildirib ki, onun həyat yoldaşı həbs edilib və üç nəfərin istəyilə həbs cəzası çəkməkdə davam edir. Onların arasında M.Ələsgərlinin adı olmayıb.

İ.Rəhimov Jurnalistlərin Həmkarlar İttifaqını mövcud olmayan, qrantların yeyilməsi ilə məşğul olan təşkilat adlandırıb və dövləti M. Ələsgərlinin fəaliyyətini araşdırmağa çağırıb. Əgər özü dövlət vəsaitini mənimsəməyibsə də cinayətlər haqda bilərək onlara havadarlıq edib, hüquq-mühafizə orqanlarına məlumat verməyib.

M.Ələsgərli opponentinin bütün ittihamlarını rədd edərək bildirib ki, o, adıçəkilən təşkilatların xadimlərindən biri olub, amma Rəhimovun dediyi qərarları o qəbul etməyib. Əli Həsənovla yaxın olmayıb, Ə.Həsənovun xanımı Sona Vəliyevanın iki dəfə Mətbuat Şurasının ali mükafatını almasına aidiyyatı yoxdur. KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbəri, büdcə vəsaitlərinin oğurlanmasına görə həbs edilmiş V. Səfərli də bu mükafata layiq görülüb.

“KİV-ə Dövlət Dəstəyi Fondunun “Səs”, “İkii sahil” qəzetlərinə qrant verməsinin mənə heç bir aidiyyatı yoxdur”, - Jurnalistlərin Həmkarlar İttifaqının sədri ittihamı rədd edib. İ.Rəhimovun öncə bildirdiyi kimi, bu qəzetlər oxunmur, diskussiyanın moderatoru Əvəz Zeynalovun sözlərinə görə, dövlət təşkilatlarında vətəndaşları hökumətyönlü KİV-lərə yazılmağa məcbur edirdilər.

M. Ələsgərli hesab edir ki, İ.Rəhimovun uzun illər davam edən təqibləri 2017-ci il hadisəsi ilə izah edilir: o vaxt o, Neftçala enerji şəbəkəsindən MŞ-yə daxil olan və İ.Rəhimovla bağlı şikayətlə məşğul olub. Bu qurumun mövqeyini dərc etmək əvəzinə, Reallıg.az-ın baş redaktoru mətbuatda M.Ələsgərlini təqib etməyə başlayıb.

M. Ələsgərli güman edir ki, İ.Rəhimovun hökumət strukturlarında oturan və ictimai təşkilatların 10 min manatdan çox qrant almasına mane olan Azərbaycan mafiyasına hansısa bağlılığı var.

«5-10 min manat qrantı çoxları ala bilər, amma məbləğ çox olanda, bu, mafiyadır, adlarını hələlik açıqlaya bilmərəm, çünki öz həyatıma görə qorxuram, iddiaçıya qara yaxırlar, onun adını saxta donoslarla ləkələyirlər, elə vəziyyətə salırlar ki, iddiaçı qrant müraciətindən imtina edir", - M. Ələsgərli deyib. O 100 min avro məbləğində qrantı ala bilməyib.

A. Zeynallı bu bəyanatı sensasion adlandırıb, M. Ələsgərlidən xahiş edib ki, İnternet-forumda çıxış edərək bu mafiyanı ifşası etsin və yada salıb ki, bir neçə il öncə onun özü də bu gizli təşkilatın qurbanı olub, həbsdən azad olunduqdan sonra 90 min dollar qrantı almayıb.


Eyni zamanda Ə.Zeynallı təəccüblənib ki, Müşfiq Ələsgərli ifşadan sonra Mətbuat Şurası və KİV-ə Dövlət Dəstəyi Fondunun şübhəli fəaliyyəti ilə əlaqəsini rədd etməyə çalışır.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...