Bu gün, 17:07- Azərbaycandan Qətərə ekoməhsullar ixrac edilir
Bu gün, 16:38- Azərbaycanda 551 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub, 7 nəfər vəfat edib
Bu gün, 16:22- Ramin Quluzadə yeni vəzifəyə təyin olundu - SƏRƏNCAM
Bu gün, 15:54- Azərbaycanda bu mallara aksiz dərəcələri tətbiq ediləcək
Bu gün, 15:15- Azərbaycan Tehranda keçirilən "İran Plast" sərgisinə qatılacaq
Bu gün, 14:49- Olimpiya oyunlarının Tokiodan Floridaya keçirilməsi təklif olunub
Bu gün, 14:27- Bakı-Naxçıvan üzrə aviareyslərin sayı gündə üç dəfəyədək artırılır
Bu gün, 14:00- Yeni nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edildi - SƏRƏNCAM
Bu gün, 13:32- Azərbaycan niyə Çin peyvəndini seçdi - TƏBİB cavab verdi
Bu gün, 13:03- 20-dən artıq şəhid ailə üzvünün təhsil haqqı ödənilib
Bu gün, 12:38- Uşaq müəssisələrindən 38 uşaq ailəsinə qaytarılıb, 27 uşaq övladlığa verilib
Bu gün, 12:24- Bu ölkələrdən quş və quşçuluq məhsullarının idxalına məhdudiyyətlər qoyulub - Səbəb "quş" qripi
Bu gün, 11:56- Ölkəmizdə əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı daim göstərilir
Bu gün, 11:15- Məktəblər açılır - Siniflərdə İSTİLİK OLACAQMI?
Bu gün, 10:42- Xırdalanda baş verən partlayışdan sonra dağıntılar altından 1 nəfərin meyiti çıxarılıb
Bu gün, 10:09- Azərbaycan əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkir
Dünən, 17:09- Rəsmi Bakı rusiyalı deputatın adını “qara siyahı”ya saldı
Dünən, 16:41- Şəhid ailələri və əlilliyi olanlara veriləcək mənzillərlər bağlı nazirlikdən AÇIQLAMA
Dünən, 16:16- Birinci vitse-prezident Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Dünən, 15:55- Prezident müharibə əlilləri və şəhid ailələri ilə bağlı sərəncam İMZALADI
Ölkə rəhbərliyinin Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda bu epidemiyaya qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, son günlərdə koronavirusa (COVID-19) yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq noyabr ayının 28-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən artıq 17-ci dəfə paytaxtdakı əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. Bu işlərə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilib.
Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaqdır. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər.
Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun Departamentin balansında olan yaşayış binalarında, lift kabinalarında, həyət və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiyaedici tədbirləri davam etdiriblər.
Bildirilib ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu pandemiyadan qorumaqdır.
Vətəndaşlarımızdan bir daha xahiş olunur ki, koronovirusun daha çox yayılmasına imkan verməmək üçün karantin qaydalarına ciddi riayət etsinlər.