Anons

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

23-04-2024, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

Bu il rekord sayda şəhid ailəsi və müharibə əlili evlə təmin olunacaq

Tarix:5-11-2020, 14:30

Bu il rekord sayda şəhid ailəsi və müharibə əlili evlə təmin olunacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminat proqramının davamı olaraq Quba, Balakən, Naftalan, Xızı, Kürdəmir rayonlarında yeni inşa olunmuş 20 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Məlumata görə, Qubada evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev iştirak ediblər.

Vurğulanıb ki, uğurlu daxili və xarici siyasəti ilə ölkəmizi daim uğurlara, zəfərlərə doğru aparan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu bu gün yeni qəhrəmanlıq salnaməsi yazır. Təcavüzkar Ermənistanın işğalından azad edilən kənd və qəsəbələrimizin, şəhərlərimizin sırası daim genişlənir və əldə olunan möhtəşəm Qələbələr hər birimizdə sonsuz iftixar hissləri yaradır. Şanlı tarix yazıldığı bu günlərdə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə dövlətin qayğısı, bu kateqoriyadan olan vətəndaşların mənzil və fərdi evlə təminat proqramı da davam edir.

2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Bu gün 5 rayonda təqdim edilən 20 fərdi ev (o cümlədən Qubada 9, Naftalanda 6, Balakəndə 3, Xızıda 1, Kürdəmirdə 1) də daxil olmaqla, onlardan artıq böyük əksəriyyəti verilib və bu proses qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə ötən dövrdə 8318 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib.

Şəhid ailələri və müharibə əlilləri çıxış edərək torpaqlarımızı işğaldan azad edən, düşmənə sarsıdıcı zərbələr vuran Ordumuzla, onun gücü, hünər və rəşadəti ilə fəxr etdiklərini bildirib, şəhidlərimizin qanının yerdə qalmadığını, azad olunan Vətən torpaqlarına görə şəhidlərimizin ruhunun da sevindiyini vurğulayıblar. Onlar yüksək qayğı ilə əhatə olunduqlarından razılıqla bəhs edib, bu qayğıya, fərdi evlərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...