Anons

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

23-04-2024, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

COVID-19 üzrə statistikanın artması xəstələnmə riskinin yüksəlməsinə gətirəcək - Səhiyyə Nazirliyi

Tarix:3-11-2020, 17:10

COVID-19 üzrə statistikanın artması xəstələnmə riskinin yüksəlməsinə gətirəcək - Səhiyyə Nazirliyi Səhiyyə Nazirliyinin nəzdində COVID-19 ilə mübarizənin gücləndirilməsi üçün yaradılmış işçi qrupunun üzvü Sevda Məmmədova müsahibəsinin əvvəlində cari ilin iyul ayından etibarən xidmət göstərən “814” Çağrı Mərkəzinin iş qrafiki haqqında danışıb.

S.Məmmədova bildirib ki, hal-hazırda mərkəz bazar ertəsindən şənbə günü daxil olmaqla səhər saat 8-dən axşam saat 6-dək zəngləri qəbul etməkdədir: "Sutkanın qalan saatlarında işçi qrupunun üzvü Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti ilə əlaqə saxlamağı məsləhət görüb.

Bu ilin avqust və sentyabr aylarının hər birində "814" nöməsinin qəbul etdiyi müraciətlərin sayı 1300-1400 təşkil edib, oktyabr ayında isə artıq bu say 3500 – 4000-ə qədər artıb".

İşçi qrupunun üzvü deyib ki, Çağrı Mərkəzinə daxil olan müraciətlərin 90 %-i dəyərləndirilib: "Bakı şəhərinin 87 tibb müəssisəsini əhatə edən 39 sahə məntəqəsinə yönləndirilir. Bundan sonra sahə məntəqələri bu müraciətləri rəsmiləşdirib, xəstələrin vəziyyətini dəyərləndirmək üçün sahə həkimlərinə yönləndirilir. Sahə həkimi sorğu-sual əsnasında xəstənin vəziyyəti haqqında məlumat toplayıb, COVID-19 testinin səyyar tibb xidməti tərəfindən keçirilib-keçirilməməsinə qərar verir. Müraciətlərin həmin qalan 10 %-i, əsasən, ağır simptomlu və hərarəti 38°C-dən yüksək olan xəstələr dərhal Bakı şəhərinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım xidmətinə yönləndirilir”.

Sevda Məmmədova bir daha COVID-19 virusuna yoluxmuş evdə müalicə alan xəstələrin müalicə prosesini xatırlatmaq istədiyini bildirib. Onun sözlərinə görə, yoluxmanın ilk simptomları müşahidə olunarsa, dərhal “814” Çağrı Mərkəzi və ya birbaşa sahə həkimi ilə əlaqə saxlamaq lazımdır: "Testin nəticələri pozitiv olan təqdirdə həmin şəxs təcrid olunmanın, onunla bir mənzildə yaşayan ailə üzvlərinin isə bu rejimə riayət etməkləri olduqca vacibdir. Testi pozitiv çıxan simptomsuz və yüngül simptomlu evdə müalicə alan vətəndaşlar xüsusi vitamin kompleksi ilə təmin olunur".

Onun qeyd etdiyinə görə, sahə həkimləri tərəfindən həmin xəstələrlə gündə iki dəfə əlaqə saxlanılır və vəziyyətləri müşahidə olunur: "Bundan sonra işçi qrupunun üzvü xüsusi vurğulayıb ki, evdə olan COVID-19 xəstələri yalnız vitaminlər kompleksi vasitəsi ilə müalicə olunur, digər dərman və tibbi müdaxilə həyata keçirilmir. Həmçinin, ölkəmizdə 8000-dən artıq evdə müalicə almış COVID-19 xəstəsinin vitamin kompleksi ilə təmin olunur. Sözügedən vitamin kompleksinə C və D vitaminləri, Sink, Selenium, Maqnezium və Parasetamol daxildir".

Sevda Məmmədova, həmçinin qeyd edib ki, bu preparatlar birbaşa xəstələrin yaşadıqları yerlərə çatdırılır və pasiyentlər tərəfindən 15-20 gün ərzində qəbul edilir.
12 yaşdan kiçik olan uşaqların müalicə prosesi haqqında danışan işçi qrup üzvü qeyd edib ki, uşaqlarda COVID-19 virusu aşkar edildikdə onlar dərhal sahə pediatrının nəzarəti altına götürülür: "Xəstəliyin gedişatına uyğun olaraq, onlar müşahidə altında tutulub, ağırlaşma halları baş verdikdə isə dərhal xəstəxanaya yerləşdirilir. Onu da qeyd etmək lazımdır ki, uşaqlar böyüklərlə müqayisədə COVID-19 xəstəliyini simptomsuz və yaxud olduqca yüngül simptomlarla keçirir. Ümumiyyətlə, uşaqlar ölkə üzrə koronavirusa yoluxan xəstələrin təxminən 20%-ni təşkil edir”.

Sevda Məmmədova son günlər ərzində COVID-19 üzrə statistikanın armasının xəstələnmə riskinin yüksəlməsinə gətirəcəyini bildirib. O koronavirusa qarşı ehtiyat tədbirinə riayət etməyin tələb olunduğunu xüsusi vurğulayıb, virusdan qorunmağa aid olan bir neçə tövsiyəsini bölüşüb: “Hərarət, öskürək və ya tənginəfəslik olarsa dərhal tibbi yardım üçün müraciət edin, insanların çox olduğu qapalı məkanlardan uzaq olmağa çalışın, insanlarla aranızda ən azı 2 metrlik fiziki məsafəni saxlayın, maskadan istifadə edin, sabun-su və ya spirt tərkibli antiseptik vasitələrdən tez-tez istifadə edin, qapalı məkanları daim havalandırın. Əminəm ki, hamımız bu sadə qaydalara ciddi şəkildə riayət etsək, bütün çətinliklərin öhdəsindən gəlib, özümüz və yaxınlarımızın sağlamlığını qorumuş olarıq”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...