Anons

Dünən, 17:56- Azər Xudiyev: “Artıq dünya anlayır ki, ermənilər işğalçı, oğru və etibarsız millətdir” — MÜSAHİBƏ

Dünən, 17:37- Azərbaycanda son sutkada 584 nəfər COVID-19-a yoluxub, 128 nəfər sağalıb, 5 nəfər vəfat edib

Dünən, 17:25- Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər həyata keçiriləcək

Dünən, 16:41- Azərbaycanda 1, 5 və 50 manatlıq pul nişanları yenilənib - FOTO

Dünən, 14:03- Ermənistan sosial şəbəkələrdə Azərbaycan adından əsgərlərimizə yardım adı altında vəsait toplayır

Dünən, 13:36- BNA avtobusların gecikməsinin səbəbini açıqlayıb

Dünən, 12:48- Hərbi əsirlərdən transplantasiya məqsədilə orqan götürülməsi qadağan edilib

Dünən, 11:57- Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır

Dünən, 11:39- Abşeron, Xızı və Qaradağda bərpa olunan enerji stansiyaları tikiləcək

Dünən, 11:02- Ceyhun Bayramovla Mustafa Şəntop arasında görüş keçirilir

Dünən, 10:44- Azərbaycan şahmatçısı dünya ikincisi olub

19-10-2020, 18:33- “Nar” cəbhəyanı bölgələrə dəstəyini davam etdirir

19-10-2020, 13:19- Havanın temperaturu 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

19-10-2020, 12:58- Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb

19-10-2020, 12:27- İnternet məkanında fişinq saytlarının sayı açıqlanıb

19-10-2020, 11:45- Azərbaycanda yük və sәrnişin daşımaları yanvar-sentyabrda azalıb

19-10-2020, 11:10- DİN vətəndaşları komendant saatı qaydalarına riayət etməyə çağırıb

19-10-2020, 10:32- BMT Baş Qərargahının qarşısında Gəncə terroruna etiraz aksiyası keçirilib

17-10-2020, 13:41- Gəncəyə raket zərbəsi Azərbaycan-Gürcüstan elektrik xəttində qəzaya səbəb olub

17-10-2020, 13:00- Baş Prokurorluq: Ermənilərin ötən gecə Gəncəni raket atəşinə tutması nəticəsində 2 azyaşlı itkin düşüb

Haqqımızda Əlaqə

Azərbaycanda doğum və ölümün dövlət qeydiyyatı elektron qaydada həyata keçiriləcək

Tarix:23-09-2020, 13:20

Azərbaycanda doğum və ölümün dövlət qeydiyyatı elektron qaydada həyata keçiriləcək Prezident İlham Əliyev "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında" fərman imzalayıb.

APA xəbər verir ki, fərmana əsasən, doğumun və ölümün dövlət qeydiyyatı aşağıdakılar təmin edilməklə elektron qaydada həyata keçiriləcək:

- doğumun və ölümün qeydə alınması üçün elektron qaydada müraciət edilməsi;

- doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsi, doğumun və ölümün qeydə alınması ilə bağlı şəhadətnamələrin və arayışların elektron qaydada verilməsi;

- doğumun və ölümün qeydə alınması ilə bağlı sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsi (ötürülməsi), eləcə də Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə digər aidiyyəti dövlət informasiya ehtiyatlarına və sistemlərinə ötürülməsi;

- doğumun və ölümün qeydə alınması sahəsində təhlillər aparılması, habelə məlumatların avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanması.

Doğumun və ölümün qeydə alınması sahəsində təhlillər aparılması, habelə məlumatların avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanması üçün Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları aşağıdakı məlumatların EHİS vasitəsilə əldə olunmasını təmin etməlidirlər:

şəxsin doğumunun qeydə alınması ilə bağlı:

- soyadı, adı, atasının adı;

- cinsi;

- doğum tarixi;

- doğulduğu yer;

- valideynlərinin soyadı, adı, atasının adı və milliyyəti;

şəxsin ölümünün qeydə alınması ilə bağlı:

- soyadı, adı, atasının adı;

- cinsi;

- doğum tarixi;

- ölüm səbəbi;

-öldüyü yer;

- öldüyü tarix.

Fərmana əsasən, Nazirlər Kabineti- “Doğum haqqında elektron şəhadətnamə”nin və “Ölüm haqqında elektron şəhadətnamə”nin formasını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların EHİS vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin siyahısını bir ay müddətində təsdiq etməli, doğumun və ölümün elektron qaydada qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Ədliyyə Nazirliyi doğumun və ölümün dövlət qeydiyyatının, bununla əlaqədar müvafiq şəhadətnamə və arayışların verilməsi ilə bağlı elektron xidmətlərin EHİS vasitəsilə göstərilməsini təmin etməlidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi doğumun və ölümün elektron qaydada qeydə alınması üçün “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS vasitəsilə əlaqələndirilməsini, o cümlədən məlumatların real vaxt rejimində EHİS vasitəsilə ötürülməsini, doğumun və ölümün qeydə alınması ilə bağlı məlumatların avtomatik ümumiləşdirilməsini, habelə təhlillərin aparılmasını və statistik hesabatların hazırlanmasını təmin etməli, bu Fərmanın icrası məqsədilə aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin mütəmadi qiymətləndirilməsini həyata keçirməli, Fərmandan irəli gələn digər məsələləri həll etməlidir. Xarici İşlər Nazirliyi xaricdəki konsulluq idarələri tərəfindən doğumun və ölümün dövlət qeydiyyatı ilə bağlı sənədlərin elektron sənəd formasında tərtib edilməsini və həmin sənədlər üzrə məlumatların həmin gün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə daxil olunmasını təmin etməlidir.

Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələri tərəfindən doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsini və həmin sənədlər üzrə məlumatların real vaxt rejimində EHİS vasitəsilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə ötürülməsini, aidiyyəti üzrə tibb müəssisələrini və təcili yardım briqadalarını zəruri avadanlıqla və internetə çıxışla təmin etməlidirlər. Yerli icra hakimiyyəti orqanları yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən doğumun və ölümün dövlət qeydiyyatı ilə bağlı sənədlərin elektron sənəd formasında tərtib edilməsini, həmin sənədlər üzrə məlumatların, eləcə də bələdiyyələrlə birlikdə vətəndaşların dəfni barədə məlumatların həmin gün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsini, habelə yerli nümayəndəlikləri zəruri avadanlıqla və internetə çıxışla təmin etməlidirlər.

Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən müvafiq informasiya ehtiyatlarını və sistemlərini təkmilləşdirməlidirlər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...