Bu gün, 14:07- Dünya İqtisadi Forumu onlayn formatda işə başlayıb
Bu gün, 12:56- Ötən il körpələrə ən çox verilən adlar açıqlanıb
Bu gün, 12:28- Daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb
Bu gün, 12:00- Ötən il 7 nəfər Azərbaycana ekstradisiya olunub
Bu gün, 11:31- Azərbaycanda əhali arasında populyar idman növləri açıqlanıb
Bu gün, 11:05- Sabah Rusiya ilə Azərbaycan pomidor idxalı məsələsini müzakirə edəcək
Bu gün, 10:47- Tezliklə İranla Azərbaycan arasında yeni dəmiryolu terminalının inşası başlayacaq
Bu gün, 10:13- Bu sahələrin fəaliyyəti bərpa olundu
22-01-2021, 19:22- “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev canlı bağlantıda biabır oldu
22-01-2021, 19:00- Arif Alışanov istintaqı və məhkəmələri oyuncağa çevirib? – Yanvarın 27-də Ali Məhkəmə bu ədalətsizliyi durduracaqmı?
22-01-2021, 17:20- “YAŞAT” Fonduna toplanan vəsaitin məbləği AÇIQLANDI
22-01-2021, 16:37- Erməni təxribatı nəticəsində Tərtərdə 5138 obyektə ziyan dəyib
22-01-2021, 16:19- Vaksinlərin COVİD-19-un mutasiyaya uğrayan ştammı üçün effektli olub-olmaması açıqlanıb
22-01-2021, 15:55- "8 Noyabr" stansiyasına rəis müavini təyin edildi, heyət komplektləşdirildi
22-01-2021, 15:08- Avropa azərbaycanlıları 20 Yanvar faciəsini törədən SSRİ rəhbərliyinin cəzalandırılmasını tələb edir
22-01-2021, 14:44- Sabah hava yağmursuz keçəcək
22-01-2021, 14:31- İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılıb
22-01-2021, 14:00- Avtoxuliqanlığa görə cəzalar yüngülləşdirilir
22-01-2021, 13:23- Bağçalar nə zaman açıla bilər? - Rəsmi AÇIQLAMA
22-01-2021, 12:52- “Reallıq info”nun baş redaktoru Jurnalistlərin Həmkarlar İttifaqı, Mətbuat Şurası və KİV-ə Dövlət Dəstəyi Fondunun fəaliyyətinin araşdırılmasını tələb edir
Bu il ümumtəhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün dərsliklər yenidən təkmilləşdirilərək hazırlanacaq.
Bu barədə Trend-in sorğusuna Təhsil Nazirliyindən cavab olaraq bildirilib.
Nazirlikdən qeyd edilib ki, V sinif üçün bəzi dərsliklər isə bu tədris ilində ilk dəfə şagirdlərin istifadəsinə veriləcək.
Bu il I siniflər üçün "Azərbaycan dili (tədris dili)", "Riyaziyyat", "Azərbaycan dili (dövlət dili)", "İngilis dili (Happy Campers)", "Musiqi", "Texnologiya" və "Həyat bilgisi" dərslikləri yenidən hazırlanaraq nəşr ediləcək. Bunlardan yalnız “Azərbaycan dili” (tədris dili) və “Riyaziyyat” dərslikəri bu il ilk dəfə olaraq, 2 hissəli nəşr ediləcək. Dərsliyin birinci hissəsi tədris ilinin birinci rübünü, ikinci hissəsi 2-ci rübünü əhatə edəcək. Musiqi və Texnologiya dərslikləri isə yeni hazırlanıb. Bu fənnin tədrisi bu vaxta qədər müəllim üçün metodik vəsaitlər əsasında həyata keçirilirdi.
V siniflər üçün isə bu il "Azərbaycan dili (dövlət dili)", "Rus dili (əsas xarici dil)", "Rus dili (ikinci xarici dil)", "İngilis dili (əsas xarici dil)", "İngilis dili (ikinci xarici dil)" və "Fiziki tərbiyə" dərslikləri yenidən hazırlanaraq, nəşr ediləcək. 5-ci siniflər üçün "Rus dili (ikinci xarici dil)", "İngilis dili (ikinci xarici dil)" və "Fiziki tərbiyə" dərslikləri ilk dəfədir ki, bu il tərtib edilir.