Anons

Bu gün, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Bu gün, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Bu gün, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Bu gün, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Bu gün, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bu gün, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Bu gün, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Bu gün, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Bu gün, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Bu gün, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Dünən, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Dünən, 20:40- Ramazanın 18-ci gününün DUASI

Dünən, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Dünən, 18:43- Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub - ƏMR

Dünən, 16:04- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub

Dünən, 15:29- Parkinq sabotajı:Məmurların pul qazanmaq ehtirası, yoxsa...

Dünən, 14:43- İlham Əliyev BDU-ya rektor TƏYİN ETDİ

Dünən, 14:17- Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi SAXTAKARLIQ EDİR - ETİRAZ

Dünən, 13:08- Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədrinə ağır ittihamlar:məmur bacı-qardaşlarından ibarət mütəşəkkil dəstə...

Dünən, 12:24- Avropa Oyunları 2027-ci ildə İstanbulda keçiriləcək

Haqqımızda Əlaqə

Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

Tarix:14-05-2020, 13:22

Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər Müştərilərə xidmət imkanlarını müasir çağırışlara uyğunlaşdıran Azərbaycan Beynəlxalq Bankı distant bank xidmətlərinə ehtiyacı nəzərə alaraq bu istiqamətdə tədbirləri sürətləndirib. Bank korporativ müştərilərinə xidmət ofislərinə gəlmədən məsafədən hesab açmaq və onu idarə etmək imkanı da yaradıb. Azərbaycan Beynəlxalq Bankında distant bank hesabının açılması https://openaccount.ibar.az/ üzərindən həyata keçirilir. Belə bir imkandan faydalanmaq üçün hüquqi şəxs və ya fərdi sahibkar ilk növbədə “Asan İmza” “Biznes” sertifikatına sahib olmalıdır.

Belə ki, müştəri “Asan İmza” vasitəsilə sistemə daxil olub lazımi sənədləri və məlumatları təqdim etdikdən sonra videogörüşün vaxtını özü təyin edir. Videogörüş zamanı bank operatoru aparılacaq eyniləşdirmə və əlavə autentifikasiya barədə müştəriyə ümumi məlumat verir.

Bank hesabının açılmasına və idarə olunmasına dair rəsmiləşdirmə prosesi tamamlandıqdan sonra isə Bank tərəfindən hesablar avtomatik açılır və müştərinin İnternet Bank xidmətinə qoşulması təmin edilir. Rəsmiləşdirmə sənədləri ilə birgə hesab rekvizitləri barədə məlumat müştəriyə təqdim olunur. Müştəri təqdim olunmuş sənədləri və hesab rekvizitlərini yükləyərək elektron qaydada və ya çap edərək özündə saxlaya bilər.

Azərbaycan Beynəlxalq Bankının baş direktoru Nərgizxanım Biləndərli məsafədən hesab açmağın hüquqi şəxslər və fərdi sahibkarlar üçün yeni bir imkan olduğunu qeyd edib: “Daha hesab açmaqdan ötrü, evdən, iş yerindən kənarlaşıb banka gəlməyə ehtiyac yoxdur. Bunu internet üzərindən həyata keçirmək olar. Məsafədən bank hesabı açmaq müştərilərimizin işini asanlaşdırır, onların vaxtına qənaət edir. Müştərilərimiz məsafədən hesab açıb İnternet Bank xidmətinə qoşula və bu xidmətin üstünlüklərindən faydalana bilərlər”.

“Asan İmza” mobil elektron imzanın milli operatoru olan B.EST Solutions şirkətinin aparıcı layihə meneceri Fuad Məlikov qeyd etmişdir: “Azərbaycanın maliyyə institutları bizim üçün prioritet müştərilərdən hesab edilir. Bank sistemlərinə “Asan İmza”nın inteqrasiyası üzrə bütün xidmətlər tərəfimizdən ödənişsiz olaraq və çox qısa zamanda təqdim edilir. Biz Azərbaycan Beynəlxalq Bankının nağdsız ödənişlərin və rəqəmsal iqtisadiyyatın inkişafındakı rolunu yüksək qiymətləndiririk".

“Asan İmza” haqqında məlumatı http://www.asanimza.az rəsmi saytında, həmçinin [email protected] elektron poçtuna yazmaqla əldə etmək olar. “1847” “Asan İmza” Çağrı Mərkəzi adi rejimdə öz işini davam etdirir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

“Asan İmza” haqqında: “Asan İmza” mobil identitet həllinin mobilliliyi və istifadəsinin asan olması bu məhsulun vətəndaşlar və iş adamları arasında populyarlığını artırır və onu mobil dövlətin əsas tərkib hissəsinə çevirir. Hal-hazırda dövlət və özəl qurumların 1000-dən çox elektron xidmətlər sistemində “Asan İmza”dan istifadə edilir. "Asan İmza" müxtəlif dövlət və özəl qurumların çağrı mərkəzlərinə inteqrasiya olunmuş və bu gün onun köməyilə elektron vergi bəyannamələri, gömrük bəyannamələri təqdim edilir, əmək müqaviləsi bildirişlərinin qeydiyyatı, bank hesablarının uzaq məsafədən açılması, abituriyentlərin onlayn qeydiyyatı və s. həyata keçirilir. Daha ətraflı məlumatı http://www.asanimza.az saytından əldə edə bilərsiniz.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...