Anons

Dünən, 13:30- Xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmənin verilməsi başa çatdırılıb

Dünən, 12:19- Pandemiyadan zərər çəkmiş sahibkarlara veriləcək 300 milyon manatadək kreditlər dövlət zəmanəti ilə təmin ediləcək

9-07-2020, 14:22- Azərbaycanda Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb

9-07-2020, 12:16- İyulun 1-dək 120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

9-07-2020, 11:41- Prezident İlham Əliyev Bakıda yarımstansiyasının açılışında iştirak edib

9-07-2020, 10:38- Dünyada koronavirusa yoluxanların sayı 12 milyon nəfəri keçib

8-07-2020, 13:50- Bakıda tədrisi digər dillərdə olan bölmələrin I sinfə qəbul üçün məktəb seçiminə başlanılıb

8-07-2020, 12:27- Azərbaycan şahmatçısı Qran-Pridə dünya çempionu ilə oynayacaq

8-07-2020, 11:45- AQTA: Yay aylarında qida zəhərlənmələrinə daha çox təsadüf edilir

8-07-2020, 10:20- Bakının rabitə operatoru 3 min LTE modem alır

7-07-2020, 14:13- ETSN durğun hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

7-07-2020, 12:28- "Google" və "Deutsche Bank" əməkdaşlıq edəcək

7-07-2020, 11:50- Avropada tarix yazan məşqçilərin adı açıqlanıb: Fatih Terim ən çox uduzan mütəxəssisdir

6-07-2020, 14:32- Dövlət Turizm Agentliyi: Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər

3-07-2020, 17:15- Bakıda koronavirusa yoluxma ən çox Binəqədi rayonundadır

3-07-2020, 16:42- Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq

3-07-2020, 12:36- Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

3-07-2020, 11:24- İyulun 4-də Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

3-07-2020, 10:09- ÜST: Hazırda 17 koronavirus peyvəndi klinik sınaq məshələsindədir

2-07-2020, 20:12- Sərt karantin rejimi uzadıldı - Rayon və şəhərlərin sayı artırıldı

Haqqımızda Əlaqə

BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

Tarix:6-05-2020, 12:47

BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR “Koronavirus pandemiya və epidemiyalari: bioloji və sosial-psixoloji aspektlər” mövzusunda Beynəlxalq virtual elmi konfrans işə başlayıb

Mayın 5-də Bakı Dövlət Universitetinin Biologiya və Sosial elmlər və psixologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Koronavirus pandemiya və epidemiyaları: bioloji və sosial-psixoloji aspektlər” mövzusunda Beynəlxalq virtual elmi konfrans öz işinə başlayıb. Konfrans iştirakçılarını salamlayan BDU-nun rektoru Elçin Babayev Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması, yeni növ infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Universitetdə görülən qabaqlayıcı tədbirlər, xüsusi karantin rejimində tələbə və magistrantların təhsilinin davamlılığının təmin olunması, BDU-da yeni yaradılmış elmi-tədqiqat laboratoriyaları, onların gələcək fəaliyyət perspektivləri haqqında məlumat verib. Qlobal pandemiya elan edilən koronavirusa qarşı dünyanın səfərbər olduğunu bildirən rektor Azərbaycanın hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biri olduğunu vurğulayıb.

Virtual konfransı açıq elan edən rektor E.Babayev konfransın işinə və iştirakçılara uğurlar arzulayıb.

Biologiya fakültəsinin Onurğasızlar zoologiyası kafedrasının professoru Hökümə Quliyeva “SARS-CoV-2 virusunun yayılmasında zooloji obyektlərin rolu” haqqında, Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının professoru Fikrət Əfəndiyev “Koronavirus pandemiyası və epidemiyalarının sosial-psixoloji aspektləri” adlı məruzələrlə çıxış ediblər. Biologiya fakültəsinin magistrantları “Koronaviruslarla mübarizədə biyan kökündən istifadə edilməsinin perspektivləri” adlı məruzəni və koronavirusun Azərbaycanda yayılmasının riyazi modelini, həmçinin gələcək proqnozlarını konfrans iştirakçılarının diqqətinə çatdırıblar. Sosial

elmlər və psixologiya fakültəsinin magistrantları karantin rejiminin psixoloji aspektləri, gənclər üçün virus pandemiyasının mümkün fəsadları haqqında məlumat veriblər.

İranın Marağa Tibb Universitetinin Farmakologiya və toksikologiya kafedrasının dosenti Əziz İftixari koronavirus epidemiyasının müxtəlif ölkələrdə oxşar cəhətləri və ona qarşı təxirəsalınmaz müdaxilə tədbirlərinə həsr olunan çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.

“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş konfransa İran İslam Respublikasının Marağa Tibb Universiteti, Polşanın II İohan Pavel adına Lublin Katolik Universiteti və Türkiyənin Bozok Universitetindən olan tədqiqatçılar da qatılıblar. Qarşılıqlı disskusiya şəraitində davam edən konfrans sualların cavablandırılması ilə yekunlaşıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...