Anons

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Haqqımızda Əlaqə

“Asan İmza” sertifikatlarının etibarlılıq müddəti ödənişsiz olaraq avtomatik uzadılır

Tarix:30-03-2020, 11:06

“Asan İmza” sertifikatlarının etibarlılıq müddəti ödənişsiz olaraq avtomatik uzadılır “Asan İmza” mobil elektron imzanın milli operatoru və Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının partnyoru olan B.EST Solutions şirkəti koronavirus epidemiyasının (COVID-19) ölkənin iş mühitinə təsirini minimuma endirmək üçün uzaqdan işlərini davam etdirmək istəyən “Asan İmza” istifadəçiləri və sahibkarların müraciətlərinə cavab olaraq gücləndirilmiş iş rejimində işləyir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus COVID-19 infeksiyasının yayılmasına qarşı mübarizəni təşkil etmək üçün xüsusi rejimdə işləmək barədə göstərişlərini əldə rəhbər tutaraq, qısa müddətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti ilə birlikdə fiziki şəxslər, şirkət rəhbərləri olan hüquqi şəxslər və sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslər, həmçinin rəhbər olan dövlət qulluqçuları üçün “Asan İmza” sertifikatlarının etibarlılıq müddətinin aprel ayının 1-dən mayın 31-dək ödənişsiz olaraq avtomatik uzadılması və yuxarıda qeyd olunan müddət ərzində abunə haqlarından azad olunması məqsədilə müvafiq dəyişikliklər həyata keçirilmişdir. “Asan İmza” biznes sertifikatlarının digər sahibləri öz sertifikatlarının müddətini onlayn qaydada asxm.gov.az portalı vasitəsilə uzada biləcəklər. Müəyyən edilmiş müddət ərzində Vergi Xidməti tərəfindən bu istifadəçilərə sertifikatlarının müddətinin 31 may tarixinədək uzadılması ilə bağlı ismarıclar göndəriləcəkdir.

Azərbaycan Respublikası Prezidenti tərəfindən yaradılan davamlı Rəqəmsal Azərbaycan platforması ölkə iqtisadiyyatının dəstəklənməsi üçün fəal şəkildə istifadə olunmalıdır. Distant işə keçməklə “Asan İmza” evdən çıxmadan elektron hökumətin onlayn xidmətlərinə, onlayn bankinq xidmətlərinə təhlükəsiz və effektli əlyetərliyi, müqavilələrin onlayn şəkildə imzalanmasını təmin edəcəkdir. Əgər sizə xarici partnyorla müqavilə bağlamağınız vacibdirsə, ona Azərbaycanın m-Rezidenti olmağı təklif edin. Rəqəmsal Azərbaycan dünyadakı koronavirus pandemiyasının nəticələrini aradan qaldırmağa kömək etməli, sahibkarların və vətəndaşların zərər görməməsi üçün bütün imkanları səfərbər etməlidir.

“1847” Asan İmza Çağrı Mərkəzi adi rejimdə öz işini davam etdirir.

Suallarınız olduqda [email protected] ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

#evdəqal #Asanİmzailədistantişləyirik

“Asan İmza” haqqında:

“Asan İmza” həllinin mobilliliyi və istifadəsinin asan olması bu məhsulun vətəndaşlar və iş adamları arasında populyarlığını artırır və onu mobil dövlətin əsas tərkib hissəsinə çevirir. Hal-hazırda dövlət və özəl qurumların 600-dən çox elektron xidmətlər sistemində “Asan İmza”dan istifadə edilir. "Asan İmza" müxtəlif dövlət və özəl qurumların çağrı mərkəzlərinə inteqrasiya olunmuş və bu gün onun köməyilə elektron vergi bəyannamələri, gömrük bəyannamələri təqdim edilir, əmək müqaviləsi bildirişlərinin qeydiyyatı, abituriyentlərin onlayn qeydiyyatı və s. həyata keçirilir. http://www.asanimza.az

“Asan İmza” sertifikatlarının etibarlılıq müddəti ödənişsiz olaraq avtomatik uzadılır
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...