Anons

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

23-04-2024, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

"Azərsu" onlayn iş rejiminə keçdi

Tarix:19-03-2020, 15:59

"Azərsu" onlayn iş rejiminə keçdi
Ümumdünya Səhiyyə Təşkilatının pandemiya elan etdiyi koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükələrin qarşısının alınması məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri tədbirlər görülür. Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq artıq Cəmiyyətin inzibati binasında, eləcə də tabeliyində olan müəssisə və təşkilatlarda mütəmadi profilaktik işlər həyata keçirilir. Binaların dəhlizləri, iş otaqları dezinfeksiya edilir və xüsusi antiseptik vasitələrlə təmin edilir.

ASC-dən verilən məlumata görə, koronavirus infeksiyasının yayılmaması ilə bağlı profilaktik tədbirlər haqqında “Azərsu” ASC sədrinin əmrinə əsasən, Cəmiyyətdaxili kütləvi tədbirlər ləğv edilib, təlim-tədris mərkəzinin fəaliyyəti dayandırılıb, vətəndaşların qəbuluna müvəqqəti məhdudiyyətlər tətbiq edilib, işçilərin ölkədaxili və xarici ezamiyyələri məhdudlaşdırılıb.

Bu müddətdə iş yerlərinə kənar şəxslərin, o cümlədən işlə əlaqədar qonaqların girişi məhdudlaşdırılıb və belə görüşlərin məsafədən təşkili təmin edilib. Vətəndaşların müraciətləri telefon rabitəsi (431-47-67, daxili 12-20, 11-92) və elektron qaydada (www.azersu.az rəsmi internet səhifəsinin onlayn çat və elektron xidmətlər bölməsi) həyata keçirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə uyğun olaraq Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində “Azərsu” ASC tam gücləndirilmiş iş rejimində çalışacaq. Əhalinin dayanıqlı və təhlükəsiz içməli su ilə təminatı məqsədilə Cəmiyyətdə sədr müavinləri, department və şöbə rəisləri səviyyəsində növbətçilik cədvəli təsdiq olunub və qeyri-iş günlərində həm mərkəzi idarə aparatında, həm də yerli sukanal idarələri və sahələrində 24 saatlıq növbətçilik təmin olunacaq.

Tabeli təşkilatlarda iş ahənginin pozulmaması şərtilə işçilərin işə çıxmasına məhdudiyyətlər qoyulacaq. 60 yaşdan yuxarı şəxslər və öhdəsində azyaşlı uşağı olan qadınlar, soyuqdəymə, halsızlıq və digər bu kimi hallar müşahidə edilən işçilər işə cəlb edilməyəcək.

955 Zəng mərkəzi bayram günlərində vətəndaşların müraciətlərini fasiləsiz qəbul edəcək, Cəmiyyətin facebook səhifəsindən edilən hər bir müraciət nəzarətə götürüləcək. Qəza, metrologiya xidmətlərinin fasiləsiz və operativ fəaliyyəti təmin ediləcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...