Anons

Bu gün, 12:03- Nə oldu, Makron? - AKTUAL

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

18-04-2024, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Haqqımızda Əlaqə

İstanbulda 18 Azərbaycan vətəndaşına müvəqqəti yaşamaq icazəsini təsdiq edən vəsiqələr verilib

Tarix:17-03-2020, 16:33

İstanbulda 18 Azərbaycan vətəndaşına müvəqqəti yaşamaq icazəsini təsdiq edən vəsiqələr verilib
Martın 16-da Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunda 2000-ci ilədək ölkə ərazisini tərk edərək Türkiyə Respublikasına köçmüş və hazırda İstanbul şəhərində kompakt və qeyri-qanuni məskunlaşmış azərbaycanlılardan, ilkin olaraq, 18 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmış şəxsə Türkiyə ərazisində müvəqqəti yaşamaq icazəsini (“insani”) təsdiq edən vəsiqələrin təqdimetmə mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, vəsiqələri Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulu Məsim Hacıyev və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə heyətinin sədri, professor Aygün Attar təqdim edib.

Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət orqanları 1990-cı illərdə Türkiyə Respublikasına köçmüş və hazırda qeyri-rəsmi məskunlaşmış azərbaycanlıların hüquqi vəziyyəti, onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubluğunun müəyyən edilməsi, Türkiyə ərazisində hüquqi statusunun leqallaşdırılması, qeydiyyata alınması və digər məsələləri daim diqqət mərkəzində saxlamaqla yanaşı, ötən müddət ərzində birgə fəaliyyət göstərib.

Bu məsələ Prezident İlham Əliyevin nəzarətindədir və bununla əlaqədar müvafiq dövlət qurumlarına (Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və digər qurumlara) tapşırıqlar verilib. Tapşırığa əsasən müxtəlif dövlət qurumlarının iştirakı ilə işçi qrupu yaradılıb, intensiv araşdırma və müzakirələr aparılıb.

Vəsiqələrin verilməsi 2019-cu ilin sonlarında Türkiyə Respublikasının Daxili İşlər Nazirinin müavini cənab İsmail Çataklının rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı işçi qrupunun təklifi ilə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində keçirilmiş görüşdə əldə olunan razılaşmaya əsasən həyata keçirilib. Müvafiq razılaşmaya uyğun olaraq, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyəyə səfəri çərçivəsində 23 sentyabr 2019-cu il tarixində İstanbul valisi cənab Ali Yerlikaya ilə görüş zamanı prosedurun həyata keçirilməsi detalları ilə bağlı dəqiqləşdirmələr aparılıb.

Artıq hər iki ölkənin müvafiq qurumlarının birgə fəaliyyəti nəticəsində bir qrup insana yeni vəsiqələr verilib. Qeyd edək ki, bu, sənədləşmə işinin başlanğıcıdır, proses yeni siyahıların dəqiqləşdirilməsi və sənədlərin hazırlanması istiqamətində davam edir.

Yeni vəsiqələrlə təmin olunmuş soydaşlarımız Azərbaycan və Türkiyənin Prezidentlərinə humanist addıma görə təşəkkürünü bildirib. Onlar Türkiyə ərazisində indiyədək üzləşdikləri problemlərin həllində bu addımın olduqca böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Vəsiqə verilmiş şəxslər Türkiyə Respublikasında qeyri-qanuni məskunlaşma ilə bağlı nəzərdə tutulmuş bütün inzibati cərimələrdən azad olunub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...