Anons

Dünən, 21:12- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

Dünən, 21:02- Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB

Dünən, 19:50- Azərbaycanda yeni kollec yaradıldı

Dünən, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Dünən, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Dünən, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Dünən, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Dünən, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Dünən, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Dünən, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Dünən, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Dünən, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Dünən, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Dünən, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Dünən, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Dünən, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Dünən, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Dünən, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

23-04-2024, 22:33- “Azərreyl” çempion oldu

23-04-2024, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Haqqımızda Əlaqə

Gömrük Akademiyasının rəisi Qulu Novruzov: “Biz gömrük xidməti əməkdaşlarına lazım olan ən zəruri bacarıqları öyrədirik”

Tarix:11-03-2020, 16:43

Gömrük Akademiyasının rəisi Qulu Novruzov: “Biz gömrük xidməti əməkdaşlarına lazım olan ən zəruri bacarıqları öyrədirik”
Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov Akademiyada gömrük xidməti əməkdaşları üçün təşkil olunan ixtisasartırma təlimlərinin növbəti qrupunun dinləyiciləri ilə görüşdə bildirib ki, təlimlər çox effektivdir. Onun sözlərinə görə, gömrük xidməti əməkdaşlarının vətəndaşlarla ünsiyyəti, münasibəti, etik davranışı, peşə etikası bacarıqları olduqca vacibdir.

Qulu Novruzov təlimlərdə gömrük xidməti əməkdaşlarının Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS), gömrük qanunvericiliyi, texniki nəzarət vasitələrindən istifadəni öyrənərək, öz peşə bacarıqları ilə bağlı lazım olan bütün məzmunu yaxşı mənimsədiklərini diqqətə çatdırıb. Akademiya rəisi deyib ki, gömrük xidməti əməkdaşlarının bu bacarıqlarının artırılması məqsədilə təşkil olunan təlimlərin proqramına müəyyən mövzular salınıb. “Biz peşə bacarıqları ilə yanaşı, davranışla, peşə etikası ilə bağlı fərqli bir modul da hazırladıq. Təqdim etdiyimiz bu mövzular gömrük xidməti əməkdaşının bilməli olduğu ən minimal bazanı əhatə edən bir məzmundur. Gömrük xidməti əməkdaşlarının fəaliyyətində kobudluq və hansısa mənfi hallar gömrük xidməti əməkdaşına, ümumiyyətlə, dövlət qulluqçusu olan, dövlət qurumunu təmsil edən heç bir vətəndaşa əsla yaraşmaz. Bu baxımdan, bizim təlimlərin məzmununda etdiyimiz dəyişikliklər əsasən vətəndaşlarla ünsiyyət, etik davranış və peşə etikası bacarıqlarının aşılanması ilə bağlıdır.”

Eyni zamanda, Qulu Novruzov diqqətə çatdırıb ki, təlimlərin proqramı bilavasitə gömrük xidmətinin nümunəvi bir dövlət qulluğu və xidmət sferası olması üçün əməkdaşlarda lazım olan bacarıqları aşılamaq üçün tərtib olunub. “Biz gömrük xidməti əməkdaşlarına lazım olan ən zəruri bacarıqları öyrədirik, belə bilik və bacarıqlara sahib olmadan gömrük xidmətində işləmək qəbulolunmazdır”- deyə o, vurğulayıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...