Anons

Dünən, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

Dünən, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

Dünən, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Dünən, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

Dünən, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Dünən, 14:19- 285 saylı məktəbdə qalmaqal: Yeni direktor köçkün müəllimi işdən çıxardı - TƏFƏRRÜAT

Dünən, 13:45- "Bəs bu təmizliyə nəzarət edən kimsə yoxdurmu?" - ETİRAZ

Dünən, 12:42- Şahmar İbadovun dövlətə meydan oxuması... - Qalmaqallı məmur yeni vəzifə eşqinə düşüb

Dünən, 12:05- İcra başçısı şəhidin adına olan obyekti sökdürdü - Şəhid qızı Prezidentə müraciət etdi - VİDEO

Dünən, 10:49- ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə - Reaksiya

Dünən, 10:08- «AZVİRT» VƏ «SAN İNŞAAT» TIKINTI ŞIRKƏTI QƏZADA AĞIR XƏSARƏT ALAN IŞÇILƏRINƏ SAHIB DURMUR. ZƏNGILANDAKI TIKINTI IŞLƏRINDƏ ÇALIŞANLARA QARŞI GÖSTƏRILƏN ÖGEY MÜNASIBƏTƏ NƏ AD VERMƏK OLAR?- VİDEO/FAKTLAR

Dünən, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

17-04-2024, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

17-04-2024, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

17-04-2024, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

17-04-2024, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

17-04-2024, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

17-04-2024, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

17-04-2024, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

17-04-2024, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Haqqımızda Əlaqə

Məhəmməd Əmin Rəsulzadənin anım mərasimi keçirilib

Tarix:6-03-2020, 15:58

Məhəmməd Əmin Rəsulzadənin anım mərasimi keçirilib Bu gün Azərbaycan Demokratik Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım mərasimi keçirilib.

Məhəmməd Əmin Rəsulzadənin Ev Muzeyinin yaradılması xüsusi təşəbbüs qrupunun təşkilatçılığı keçirilən tədbir onun ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan himninin oxunması ilə başlayıb.

Tədbirdə çıxış edən tarix elmləri üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin bütün həyatı Azərbaycanla bağlı olub: “Rəsulzadə barədə ancaq nikbin notlarla danışmaq lazımdır. O, ömrünün sonuna qədər Azərbaycanın müstəqilliyin bərpa olunacağına inanırdı. Rəsulzadənin öz silahdaşları ilə məktublaşmalarını izləyəndə də onun sabaha nikbinliyinin, inamının olduğunu görürük. İndi Azərbaycan öz istiqlaliyyətinə qovuşub”.

F. Əhmədova M. Ə. Rəsulzadənin ev muzeyini yaradılmasını, Bakıda heykəlinin ucaldılmasını arzuladığını qeyd edib.

Rəsulzadə irsinin tədqiqatçısı, Məhəmməd Əmin Rəsulzadənin Ev Muzeyinin yaradılması xüsusi təşəbbüs qrupunun üzvü Nəcibə Bağırzadə bildirib ki, Rəsulzadə yaradıcılığını izlədikcə onun milləti istiqlala necə addım-addım apardığını görmək mümkündür: “Birdən-birə çar Rusiyasının əsarəti altında olan millətə “Sənin dövlətin olmalıdır” demək olmazdı. Çünki çar Rusiyasının əsarəti olanda millət öz türklüyünü, şanlı tarixini unutmuşdu. Rəsulzadə xalqı addım-addım istiqlaliyyətə çatdırmağı bacardı”.

N. Bağırzadə vurğulayıb ki, M. Ə. Rəsulzadə bir çantası, çamadanı ilə bütün dünyanı dolaşaraq, Azərbaycan davası aparıb: “Rəsulzadənin bu mübarizəsi hər kəs tərəfindən öyrənilməlidir: “Rəsulzadə kimi şəxsiyyətlər heç vaxt ölmür. Onun ölümü əbədiyyətin başlanğıcıdır. Rəsulzadə daim xatırlanacaq”.

Tədbirdə Solmaz Rüstəmova-Tohidinin M.Ə.Rəsulzadənin həyatına hər olunmuş sənədli film nümayiş olunub.

Tədbir cümhuriyyət tarixinin və Rəsulzadə irsinin tədqiqatçılarının çıxışları ilə davam edib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...