Anons

Bu gün, 19:00- Qırğızıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı

Bu gün, 18:38- İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirildi

Bu gün, 16:44- Məşhur pediatrın intihar səbəbi bu imiş

Bu gün, 16:19- Bayden növbəti dəfə “erməni soyqırımı” ifadəsini işlətdi

Bu gün, 15:52- "Oğlum xəstə ola-ola əsgər aparıblar" - Cəlilabad sakinindən şikayət - FOTO

Bu gün, 15:26- Kəmaləddin Heydərovun məmur qohumunun oğlu 250 min dolları faizə verib - MƏHKƏMƏ İŞİ

Bu gün, 14:07- Siqaretin qiyməti bahalaşacaq? - AKTUAL

Bu gün, 13:34- `Sahil - S İnşaat` şirkətinin tikdiyi binanın sakinləri YENİ QALMAQALDA - NARAZILIQ VAR...

Bu gün, 12:43- Göygöl Suvarma Sistemləri İdarəsinin 1 milyon manatlıq tenderinin adı var, özü yox… - İLGİNC FAKTLAR

Bu gün, 12:15- Dövlətin etibarını “əyənlər” - “Qobu Park”a görə kimlər qandallanacaq?

Bu gün, 11:38- Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):Universitetin büdcəsi müxtəlif adlar altında talan edilir

Bu gün, 10:53- Təhsildəki kütləvi repititorluq... - Məktəblər NƏ İŞƏ YARAYIR?

Bu gün, 10:15- Bakıda Sahil Babayevdirsə, Naxçıvanda da Ceyhun Cəlilovdur... - EYNİ SİTƏM...

Bu gün, 09:54- Tanınmış iş adamı Milli Məclis TƏDARÜKÜNDƏ... - İDDİA

Bu gün, 09:10- Otel də yoxdur, turist də: Azərbaycanlıların “ərəbsayağı” istirahəti - ARAŞDIRMA

Dünən, 22:33- “Azərreyl” çempion oldu

Dünən, 20:16- Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı XƏBƏRDARLIQ: - Komissiya yaradılması təklif edildi

Dünən, 19:10- Azərbaycanda bu taksi şirkəti bağlanır

Dünən, 16:48- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT

Dünən, 16:06- Bu il Qarabağa nə qədər vəsait xərclənib?

Haqqımızda Əlaqə

BDU-da nüvə tədqiqatlarına dair əməkdaşlıq sazişi imzalanıb

Tarix:4-03-2020, 10:26

BDU-da nüvə tədqiqatlarına dair əməkdaşlıq sazişi imzalanıb Bakı Dövlət Universitetində (BDU) Qazaxıstan Respublikasının Energetika Nazirliyi yanında Nüvə Fizikası İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu, Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və Bakı Dövlət Universiteti arasında nüvə tədqiqatlarına dair çoxtərəfli bəynəlxalq əməkdaşlıq sazişinin imzalanma mərasimi keçirilib.

BDU-nun rektoru Elçin Babayev qonaqları salamlayaraq ölkəmizdə elm və təhsil sahəsində həyata keçirilən uğurlu dövlət siyasətindən, o cümlədən, BDU-nun beynəlxalq əlaqələrindən bəhs edib. Bakı Dövlət Universitetinin yeni inkişaf strategiyasından, təhsil, tədqiqat, innovasiya, sosial həyat və beynəlxalq əlaqələrin daha da təkmilləşdirilməsi sahəsində görüləcək işərdən danışaraq birgə əməkdaşlığın bu istiqamətdə faydalı olacağını vurğulayıb.

Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev çıxışında Rusiya və Azərbaycan arasında elmi əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini bildirib. O, imzalanan sazişin əsas istiqamətlərindən birinin də nüvə tədqiqatları sahəsində gələcək çağırışlara və real inkişafa cavab verən elmi potensialın istehsalata inteqrasiyasına nail olmaq olduğunu qeyd edib.

Elmi-texniki əməkdaşlığın əhəmiyyətini vurğulayan AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov çıxışında müasir elmin çağırışlarını və hazırda bir çox elmi istiqamətlərin multidisiplinar xarakter daşıdığını nəzərə alaraq, sazişin elmin, yeni texnologiyaların və innovasiya fəaliyyətinin inkişafı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və tərəflər arasında müxtəlif sahələr üzrə əlaqələrin gücləndirilməsi məsələlərinə müsbət təsir edəcəyini bildirib.

Qazaxıstan Respublikasının Energetika Nazirliyi yanında Nüvə Fizikası İnstitutunun baş direktoru Erqazi Kenjin ölkələrimiz arasında qarşılıqlı elmi əməkdaşlığın perspektivlərindən söz açaraq əməkdaşlıq sazişinin xüsusi əhəmiyyət

kəsb etdiyini bildirərək, müştərək elmi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini önə çəkib. AMEA-nın birinci vitse-prezidenti, akademik İbrahim Quliyev birgə əməkdaşlığın əhəmiyyətini önə çəkərək, bugünkü sazişin tərəflər arasındakı elmi əlaqələri daha da dərinləşdirəcəyinə əminliyini ifadə edib.

Sonra nüvə tədqiqatlarına dair çoxtərəfli bəynəlxalq əməkdaşlıq sazişi imzalanıb.

Saziş qarşılqlı əməkdaşlıq şəraitində tərəflərin elmi-texniki və tədris əlaqələrinin genişləndirilməsi, müştərək innovativ tədqiqat layihələrinin işlənib hazırlanması, birgə konfrans, seminar və simpoziumların, elmi-tədqiqat işlərinin və qrant layihələrin həyata keçirilməsi, elmin son uğurlarından birgə bəhrələnmək məqsədi daşıyır.

BDU-da nüvə tədqiqatlarına dair əməkdaşlıq sazişi imzalanıb
BDU-da nüvə tədqiqatlarına dair əməkdaşlıq sazişi imzalanıb
BDU-da nüvə tədqiqatlarına dair əməkdaşlıq sazişi imzalanıb
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...