Anons

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Haqqımızda Əlaqə

“ASAN Həyat” Bahar Festivalı keçiriləcək

Tarix:28-02-2020, 15:50

“ASAN Həyat” Bahar Festivalı keçiriləcək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin təşkilatçılığı ilə “ASAN Həyat” komplekslərində “ASAN Həyat” Bahar Festivalları keçiriləcək.

Festivallar cari ilin 1-3 mart tarixində Kürdəmirdə, 8-10 mart tarixində Şamaxıda, 15-17 mart tarixində isə Quba şəhərində yerləşən “ASAN Həyat” kompleksində təşkil olunacaq.

Tədbirlərdə Novruz atributları və bahar əhval-ruhiyyəsini əks etdirən sərgilər, yerli şirkətlərin məhsullarından ibarət satış yarmarkası təşkil olunacaq, həmçinin bölgələrimizdə yaşayan müxtəlif xalqların milli-mənəvi dəyərləri, folkloru, musiqi və mətbəxi nümayiş etdiriləcək.

Festival çərçivəsində tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı və milli personajlardan ibarət bayram tamaşaları, kəndirbaz oyunları, pəhləvan və idmançıların çıxışları da reallaşdırılacaq.

Həmçinin “ABAD” publik hüquqi şəxsin “ABAD Gastro Village” layihəsi çərçivəsində Food trucklər (təkərli qoşqular) nümayiş olunacaq. Bu trucklərdə “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı həyata keçiriləcək.

Festivallarda Azərbaycandakı diplomatik korpusun nümayəndələri tərəfindən multikulturalizm ənənələrinə uyğun olaraq ölkələrinə məxsus adət-ənənələri nümayiş etdirən təqdimat guşələri təşkil olunacaq.

“ASAN Həyat” Bahar Festivalının məqsədi xalqımızı tarixən bütövləşdirən, milli mədəniyyətimizi və mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz ənənələrinin layiqincə yaşadılması, regionların sosial mədəni həyatına, bayram əhval ruhiyyəsinin artırılmasına töhfə vermək, eyni zamanda insanlar arasında birlik və mehribanlığı möhkəmləndirməkdir.

Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, hər kəsi bu tədbirdə iştirak etməyə və festivala rəng qatmağa dəvət edirik. Videoya keçid: https://youtu.be/7vAyM6RkFRUскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...