Anons

Bu gün, 12:48- Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Haqqımızda Əlaqə

ADU-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş keçirilib

Tarix:28-02-2020, 13:12

ADU-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş keçirilib
Fevralın 27-də Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri, professor Famil Mustafayevlə görüş keçirilib.

ADU-nun professor-müəllim heyətinin və gənc tədqiqatçıların iştirak etdikləri tədbiri giriş sözü ilə açan rektor, akademik Kamal Abdulla öz fəaliyyətində elm və təhsilin vəhdətini əks etdirən, ölkəmizdə elmi potensialın inkişafına xidmət göstərən Ali Attestasiya Komissiyasının yeni rəhbərliyinin fəaliyyətindən, Komissiyanın işindəki yeniliklərdən, onun nüfuzunun bərpa olunması və daha da möhkəmləndirilməsi, elmi adların və elmi dərəcələrin verilməsi prosesinin şəffaflaşdırılması və təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması istiqamətində atılan addımlardan bəhs edib: “Ali Attestasiya Komissiyası yeni tələbləri və təklifləri ilə işin keyfiyyət məsələsinin artmasına, kəmiyyətin deyil, məhz keyfiyyətin ön planda olması yönündə son dərəcə vacib və əhəmiyyətli qəararlar qəbul edib. Bu qərarların Azərbaycan elminin inkişafında müstəsna faydasını biz gələcək illərdə görəcəyik. Gənc alimlərin və peşəkar mütəxəssislərin yetişməsində məhz tətbiq olunan yeniliklər ilk növbədə diqqəti çəkir. Elmin əvvəlki nüfuzunun bərpa olunması və ona olan marağın artırılması qarşıda duran əsas prioritet məsələlərdəndir.”

Rektor əlavə edib ki, Ali Attestasiya Komissiyası əlindən gələn işi ən yüksək səviyyədə görür və bu da son vaxtlar müdafiə işlərində, seminarlarda və elmi məqalələrin sanbalında müşahidə olunur.

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası respublikada yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanıdır. AAK elmin, texnikanın, təhsilin, mədəniyyətin və incəsənətin bütün sahələri üzrə alimlik dərəcələrinin (elmlər namizədi, elmlər doktoru) və elmi adların (dosent və professor) verilməsi ilə bağlı elmi (elmi-tədqiqat, elmi-istehsalat) müəssisələrdən (təşkilatlardan, birliklərdən) və ali məktəblərdən təqdim olan attestasiya işlərinin ekspertizasını həyata keçirir. İşləri, alimlik dərəcələrinə və elmi adlara olan tələblərə cavab verən iddiaçılara AAK tərəfindən müvafiq alimlik dərəcələri və elmi ad verilir, habelə uyğun diplom və attestat təqdim edilir.

Son vaxtlar elmə olan marağın artması, yeni elmi biliklərin meydana gəlməsi və bu istiqamətdə mövcud vəziyyətin tələblərinə uyğun elmi işlərin təqdim olunması təqdirəlayiq bir haldır. Bu həm Azərbaycan elminin dünya elmi ilə ayaqlaşması məsələsində, həm də müasir elmi texniki tərəqqinin bilavasitə iştirakçısı olması üçün əlverişli zəmin yaradır. Ona görə də gənclərin elmə, təhsilə yönəlməsi ilk növbədə bu işdə sadələşmənin və təkmilləşmənin aparılmasını zəruri edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev rəhbərlik etdiyi qurumla ADU arasında qarışılıqlı əməkdaşlığın universitetin elmi potensialının möhkəmlənməsinə, elmi araşdırmaların səviyyəsinin yüksəldilməsinə xidmət edəcəyinə əmin olduğunu bildirib, Komissiyanın fəaliyyətinin yenidən təşkili ilə bağlı atılan addımların ölkə Prezidentinin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən struktur dəyişikliklərin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib, elmi dərəcə və elmi adların verilməsi prosesini tənzimləyən yenilənmiş normativ sənədlər, prosedur qaydalar və təlimatlar barədə geniş məlumat verib:

“Hər sahədə olduğu kimi elm sahəsində də yeniliklərin və müasir normativ tələblərin yerinə yetirilməsinə ehtiyac var. Bu mənada təklif olunan yeniliklər və tələblər bizim üçün çox önəmlidir. Ümid edirik ki, gənc alimlərin yetişməsində və onların elmi bacarıqlarının daha da inkişaf etdirilməsində bu dəyişikliklərin müstəsna rolu olacaqdır.”

Qəbul olunan yeni normativ aktlar və qəbul prosesi ilə bağlı dəyişikliklər slayd şəklində tədbir iştirakçılarına təqdim olunub. Əsas müzakirə olunan məsələlər elmi məqalələrin xarici jurnallarda çap mələləsi, seminarların təşkilində heyətin sayı və tərkibi haqqında olan tələblər ətrafında aparılıb.

ADU-nun elmi işləri üzrə prorektoru, professor Novruz Məmmədov qeyd edib ki, elmin və təhsilin yeni prinsip və qanunlarla tənzimlənməsi, beynəlxalq səviyyədə əlaqələrin qurulması bu sahədə qabaqcıl mütəxəssislərin hazırlanmasına və onların gələcəkdə ölkənin elm, təhsil və digər sahələrdə faydalı olmaları üçün mühüm bir addımdır. Bu baxımından Ali Attestasiya Komissiyası öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir.

Sonda tədbir iştirakçılarının çoxsaylı sualları ətraflı cavablandırılıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...