Anons

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Dünən, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Dünən, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Dünən, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Dünən, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Dünən, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Haqqımızda Əlaqə

Rusiya nümayəndə heyəti ADU-nun qonağı olub

Tarix:28-02-2020, 12:37

Rusiya nümayəndə heyəti ADU-nun qonağı olub Fevralın 27-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla “Böyük qələbə. Yaddaş marşrutu” mədəniyyət və təhsil forumu çərçivəsində ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının Kareliya Respublikasının Petrozavodsk şəhərindən olan nümayəndə heyəti ilə görüşüb.

Ali təhsil ocağının rəhbəri qonaqları universitetdə görməkdən məmnun olduğunu söyləyib, ADU-nun respublikada müxtəlif ölkələrin dil və mədəniyyətlərini tədris edən özünəməxsus universitet olduğunu deyib. Universitetdə tədris olunan dillər haqqında danışan rektor Azərbaycan Dillər Universitetinə əməkdaşlıq etdiyi ölkələrdən tələbə və müəllimlərin gəldiyini qeyd edib. Rektor, həmçinin, rəhbərlik etdiyi universitetdə “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasının fəaliyyətindən danışıb. O, Rusiyada fəaliyyət göstərən universitetlərlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıqdan və mübadilə proqramlarının, layihələrin həyata keçirilməsindən də söz açıb.

Kareliya Respublikasının Mədəniyyət nazirinin birinci müavini, Kareliyanın əməkdar mədəniyyət xadimi Solovyov Serqey İvanoviç səmimi qəbula görə təşəkkürünü bildirib. O, səfərlərinin məqsədi haqqında danışıb. S.S.İvanoviç universitetlə sıx dostluq və işgüzar əlaqələrin yaradılmasına nail olacaqlarını sözlərinə əlavə edib.

Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə keçiriləcək layihələr, mübadilə proqramları haqqında müzakirələr aparılıb.

Sonra nümayəndə heyəti “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasını ziyarət edib, laboratoriyanın təşkil etdiyi Pravoslav aləminin ənənəvi bayramı olan Maslenitsa bayramını qeyd edib, universitet tələbələrinin ifasında rus milli mahnılarını və şeirlərini dinləyiblər.

Daha sonra Böyük Vətən müharibəsinin 75 illiyinə həsr olunmuş konsert proqramı keçirilib. Tədbirin məqsədi gənc nəsilə tarixdə müxtəlif xalqların müqəddaratının oxşarlığının əsasında vətənpərvərlik hisslərinin aşılanması, tarixi gerçəkliyin qorunmasının vacibliyi və zəruriliyinin çatdırılmasıdır. Tədbirdə müharibənin tarixi haqqında məlumat verilib, rusiyalı qonaqlar və ADU-nun tələbələri vətənpərvərlik mövzusunda mahnı və şeirlər söyləyiblər.

Rusiya nümayəndə heyəti ADU-nun qonağı olub
Rusiya nümayəndə heyəti ADU-nun qonağı olub
Rusiya nümayəndə heyəti ADU-nun qonağı olub
Rusiya nümayəndə heyəti ADU-nun qonağı olub
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...