Anons

Bu gün, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

Dünən, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

Dünən, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

Dünən, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

Dünən, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

Dünən, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

Dünən, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

Dünən, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

Dünən, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Dünən, 15:00- "Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

Dünən, 14:20- BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

Dünən, 13:48- Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

Dünən, 12:19- Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

Dünən, 11:12- Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

Dünən, 10:34- Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

Dünən, 09:54- Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

Dünən, 09:28- "6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

Dünən, 08:47- Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

16-04-2024, 20:22- Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

16-04-2024, 19:50- İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

Haqqımızda Əlaqə

Gömrük Akademiyasının əməkdaşının məqaləsi Türkiyənin rəsmi xəbər agentliyinin saytında dərc olunub

Tarix:28-02-2020, 12:28

Gömrük Akademiyasının əməkdaşının məqaləsi Türkiyənin rəsmi xəbər agentliyinin saytında dərc olunub Dövlət Gömrük Komitəsinin Akademiyasının şöbə rəisi Araz Aslanlının müəllifi olduğu “28-ci ildönümündə Xocalı soyqırımı və Münxendəki Əliyev-Paşinyan debatı” başlıqlı məqalə Türkiyənin dövlət xəbər agentliyi olan Anadolu Agentliyinin rəsmi saytında dərc olunub.

Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında 15 fevral 2020-ci il tarixdə Münxendə baş tutan debat qısa təhlil edilib. Bildirilib ki, debatda Prezident İlham Əliyev istifadə etdiyi üslub, müraciət etdiyi faktlar, tarixi sənədlər və digər məqamlar baxımından Nikol Paşinyandan üstün olub. Bu məqam hətta İlham Əliyevin müxalifləri, erməni tədqiqatçılar və xarici diplomatlar tərəfindən də qəbul edilib.

Məqalədə Ermənistanın işğalçılıq siyasətindən bəhs edilib, Xocalı soyqırımının uzun müddətli planın və hazırlığın nəticəsi olduğu xüsusi vurğulanıb. Müəllif qeyd edib ki, Ermənistanın xarici dövlətlərin hərbi-siyasi dəstəyi ilə Xocalını işğal etməsi və burada soyqırım törətməsi daha sonra Azərbaycan ərazilərinin təxminən 20%-nin işğal edilməsinə gedən yolun başlanğıcını təşkil edib.

Xocalı soyqırımının dünyada tanınması üçün görülən işlərə də toxunan A.Aslanlı qeyd edib ki, ədalətin yerini tutmasında bu cinayətdə iştirak edən hər kəs ağır şəkildə cəzalandırılmalı, eyni zamanda Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz olaraq Ermənistan işğalından azad olunması təmin edilməlidir.

Məqaləni aşağıdakı elektron ünvandan oxumaq mümkündür:
https://www.aa.com.tr/tr/analiz/hocali-soykirimi-ve-munih-teki-aliyev-pasinyan-tartismasi/1745388скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...