Anons

Dünən, 22:31- İRADƏ GÜLMƏMMƏDOVA GÜZDƏK QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL KEÇİRDİ -​ FOTO

Dünən, 17:10- Aİ koronavirusun yayılmasına qarşı mübarizə tədbirlərinə 232 milyon avro ayırıb

Dünən, 16:49- Bakı I Media Forumu keçiriləcək

Dünən, 16:30- Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb

Dünən, 16:07- Gürcüstan İran və İtaliya ilə yük və sərnişin daşımalarını dayandırıb

Dünən, 15:50- “ASAN Həyat” Bahar Festivalı keçiriləcək

Dünən, 15:24- Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri açıqlanıb

Dünən, 15:15- Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma faktı təsdiq edildi

Dünən, 15:03- Mart ayında havanın temperaturu 22 dərəcəyədək qalxacaq

Dünən, 14:51- Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

Dünən, 14:42- "Avroviziya-2020"də Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlanıb

Dünən, 14:28- Tokio-2020 ilə bağlı əməkdaşlıq memorandumu imzalanıb

Dünən, 14:16- Bakıda uşaqların bağçalara qəbulu elektron həyata keçiriləcək

Dünən, 13:55- Ədliyyə Nazirliyi və Mətbuat Şurası birgə müsabiqə elan edib

Dünən, 13:43- Cənub Qaz Dəhlizi ilin sonuna kimi tam istismara veriləcək

Dünən, 13:34- Baş epidemioloq: Ölkədə epidemioloji həddi aşan yoluxucu xəstəlik qeydə alınmayıb

Dünən, 13:21- Nepalın yüksək vəzifəli nümayəndə heyəti “ASAN xidmət”də

Dünən, 13:12- ADU-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş keçirilib

Dünən, 13:00- “Xocalı soyqırımı: hüquqi problemlər” adlı dəyirmi masa keçirilib

Dünən, 12:49- Jurnalistika fakültəsində dəyirmi masa keçirilib

Haqqımızda Əlaqə

Azərbaycanda nümunəvi pilot dönərxanalar yaradılacaq

Tarix:13-02-2020, 14:19

Azərbaycanda nümunəvi pilot dönərxanalar yaradılacaq
Azərbaycanda bütün sanitar gigiyenik göstəriciləri beynəlxalq standartlara uyğun şəkildə özündə əks etdirən, nümunəvi pilot dönərxanalar yaradılacaq.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycanda Qida Təhlükəsizliyi İnstitutunun nəzdində "Süfrə" MMC yaradılacaq: "Həmin qurumun əsas rolu ondan ibarətdir ki, onlar qida təhlükəsizliyi standartlarını özündə əks etdirən pilot layihələri tətbiq edəcəklər. Belə pilot layihələrdən biri də minimum keyfiyyət təhlükəsizliyi tələblərini özündə əks etdirən dönərxanaların yaradılmasıdır. Təxminən 7 kvadrat metrlik sahəni əhatə edən, amma bütün sanitar-gigiyenik göstəriciləri beynəlxalq standartlara uyğun şəkildə özündə əks etdirən dönərxana yaradılacaq. Dönər fəaliyyəti ilə məşğul olan minlərlə kiçik və orta sahibkarlıq subyektlərinə müraciət edəcəyik ki, onlar bu layihədə iştirak etsinlər. Bunun da əsas məğzi ondan ibarətdir ki, Azərbaycanın müxtəlif regionlarındakı dönərxanalar arasından seçimlər edəcəyik".

Q.Təhməzli əlavə edib ki, dönərxanalar püşkatma yolu ilə seçiləcək. Qida Təhlükəsizliyi İnstitutu tərəfindən bütün bu işlər pulsuz həyata keçiriləcək.

Agentliyin sədrinin sözlərinə əsasən, ilkin olaraq kiçik ölçülü, modul tipli heyvan kəsimi ilə bağlı məntəqələr yaradılacaq. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının verdiyi tövsiyələrə əsasən, həmin məntəqələr üçün qoyulan minimal tələblər AQTA-nın ekspertləri tərəfindən müəyyənləşdirilir.

Q.Təhməzli qeyd edib ki, agentlik 39 rayonda 40 kəsim məntəqəsi yaradacaq. Hazırda həmin məntəqələrin quraşdırıla biləcəyi yerlər müəyyənləşdirilir.

Heyvan kəsimi məntəqələrində də Qida Təhlükəsizliyi İnstitutu tərəfindən bütün fəaliyyətlər pulsuz həyata keçiriləcək: "Biz bunu ona görə xüsusi qeyd edirik ki, sonradan bu məsələyə narazılıq edə bilən insanlar bu layihənin hər hansı məqsədlərə söykəndiyini iddia etməsinlər. Bu, sırf qıda təhlükəsizliyinin təmin olunmasına yönəlib".скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...