Bu gün, 13:38- Londonda 85 milyonluq məhkəmə işi ilə gündəm olan deputatın oğlu Bakıda obyekt tikir - DETALLAR
Bu gün, 13:08- İcra başçısı üçün 57 minə xidməti avtomobil -Seymur Orucov maşınını yeniləyir
Bu gün, 11:07- Elm və Təhsil Nazirliyinin ŞÜBHƏLİ qrant müsabiqəsi - Pullar paylanıb, ancaq…
Bu gün, 10:06- "Azpetrol" məntəqələrində TOTAL TƏFTİŞ... - İnsanların həyatı təhlükəyə atılıb!
Dünən, 21:50- Ramazanın doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
Dünən, 18:50- Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT
Dünən, 18:24- " “Istanbul NS Klinikası Baku”nun cəlladları anamı öldürdülər!!!" - Jurnalist ÜSYAN ETDİ
Dünən, 17:34- Ağacları qırıb yerinə beton tökdülər - AXI NİYƏ?
Dünən, 16:57- “Bundan sonra bura Zəfər meydanıdır”
Dünən, 16:38- Prezident xalqı təbrik etdi
Dünən, 16:30- Bakı Xoreoqrafiya Akademiyasının təqdimatında “Şelkunçik” baleti
Dünən, 16:08- Şahbuzda müəllimlərin 7-ci sinifdə oxuyan qıza qarşı VƏHŞİLİYİ... - BU NƏDİ BELƏ?!
Dünən, 15:24- Ruhi elə bilir ki yardım paylayıb deputat olacaq... - VİDEO
Dünən, 14:35- Vergi Xidməti bu müəmmanı açacaqmı? - Bir ünvanda qeydiyyata alınmış onlarla MMC-nin arxasında kimlər durur
Dünən, 13:53- Dələduzluq edən sabiq bələdiyyə sədri ilə bacısı yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Dünən, 13:02- Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib
Dünən, 12:35- Vüqar Kərimovla iş adamı Tehran Lətifovun işbirliyi Şəkidə nə qədər ağacın kəsilməsinə səbəb olub - İLGİNC İDDİALAR...
Dünən, 11:48- "Bura gələndə özünüzlə yemək gətirin..." - GİLEY
Dünən, 10:55- Qazaxda diş həkimi azyaşlı xəstəni DÖYDÜ - Valideynlərinin GÖZÜ QARŞISINDA...
Dünən, 10:30- “Atamı KQB öldürdü...” - “Onun Andranik haqqında yazdığı romanı kim oğurlamışdı?
Yanvarın 23-də Azərbaycan Dillər Universitetinin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycanda işgüzar səfərdə olan M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti ilə görüşüb.
Rektor Kamal Abdulla qonaqları universitetdə görməkdən məmnun olduğunu söyləyib, ADU-nun respublikada müxtəlif ölkələrin dil və mədəniyyətlərini tədris edən özünəməxsus universitet olduğunu deyib. Universitetdə tədris olunan dillər haqqında danışan rektor ali təhsil ocağına əməkdaşlıq etdiyi ölkələrdən tələbə və müəllimlərin gəldiyini qeyd edib. O, xüsusi tədris olunmayan rus dilinin özünün tədris dili olduğunu bildirib. Dövlətin dil siyasətində rus dilinin xarici dil kimi tədrisinin mühüm komponent olduğunu deyən akademik, bu dilin tədrisi üçün universitetdə əhəmiyyətli imkanlar olduğunu söyləyib. Rektor, həmçinin rəhbərlik etdiyi universitetdə “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasının fəaliyyət göstərməsindən söz açıb. O, Rusiyada fəaliyyət göstərən universitetlərlə əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlıqdan və mübadilə proqramlarının, layihələrin həyata keçirilməsindən danışıb.
Kitabxananın beynəlxalq məsələlər üzrə direktoru Svetlana Qoroxova səmimi qəbula görə təşəkkürünü bildirib. O, kitabxananın fəaliyyəti haqqında məlumat verib. S.Qoroxova əməkdaşlıqda maraqlı olduqlarını, eyni zamanda qarışılıqlı əməkdaşlığın onların kitabxanasında mövcud olan Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətinə müsbət təsir göstərəcəyini qeyd edib. Qonaq Kamal Abdullanı kitabxanada multikulturalizm və qarışılıqlı münasibətlərə həsr olunan mühazirələrlə çıxış etməyə dəvət edib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, birgə keçiriləcək layihələr, mübadilə proqramları haqqında müzakirələr aparılıb.
Akademik Kamal Abdulla “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabını kitabxanaya hədiyyə edib.
Görüşdən sonra nümayəndə heyəti “Rusiyaşünaslıq mərkəzi” elmi-tədqiqat laboratoriyasını ziyarət edib, iş fəaliyyəti ilə tanış olub.