Anons

Bu gün, 15:16- Koronavirusdan şübhələnən vətəndaşların nəzərinə! XƏBƏRDARLIQ

Bu gün, 15:07- Martın 12-14-də VIII Qlobal Bakı Forumu keçiriləcək

Bu gün, 14:55- Abdullah Avcı “Fənərbaxça”ya, Ərsun Yanal Azərbaycan millisinə keçə bilər

Bu gün, 14:43- Azərbaycanda qiymətli metalların hasilatı artıb

Bu gün, 14:34- Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiqləndi - FƏRMAN

Bu gün, 14:21- Digər dillərdə oxumaq istəyənlər üçün 1-ci sinfə qəbulla bağlı müsahibələrə başlanıldı

Bu gün, 14:12- Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr olunacaq

Bu gün, 13:57- 51 min şəxsə elektron qaydada pensiya, müavinət və təqaüd təyin edilib

Bu gün, 13:50- İranda koronavirusa yoluxanların sayı 60-ı keçib

Bu gün, 13:19- Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu gün, 13:10- Keçən il Azərbaycana 547 avtobus gətirilib

Bu gün, 12:55- Bakı Nəqliyyat Agentliyi “Smart Building 2020” sərgisində iştirak edib

Bu gün, 12:42- Avtomobil Nəqliyyatı Xidməti: Avtobus parkının yenilənməsi ilə bağlı təkliflər paketi hazırlanıb

Bu gün, 12:34- "Azərbaycanda koronavirus yayılıb" xəbərini yayan həkim saxlanıldı

Bu gün, 12:12- İrandan "Sədərək" Ticarət Mərkəzinə mal gətirilməsi dayandırıldı

Bu gün, 10:23- “Nar” ADA Universitetinin İT üzrə fərqlənən tələbələrinə dəstək olub

Bu gün, 10:05- Azərbaycandan İrana gedən avtobusların işində dəyişikliklə bağlı AÇIQLAMA

Dünən, 16:15- İrana gedən Azərbaycan vətəndaşlarına XƏBƏRDARLIQ

22-02-2020, 20:32- “Keşlə” dairəsində görüntülənən YPX haqqında Vaqif Əsədovdan RƏSMİ AÇIQLAMA - VİDEO

22-02-2020, 17:51- Dr.kosmetoloq Həcər Hüseynova: "Məşhur kosmetoloq olmaq istəyirəm"

Haqqımızda Əlaqə

BDU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Tarix:17-01-2020, 16:56

BDU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Universitetin 2 saylı tədris binasının qarşısında 20 Yanvar Şəhidlərinin xatirəsinə ucaldılmış abidənin ziyarətindən sonra tədbir böyük akt zalında davam etdirilib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Mərasim iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Rektor Elçin Babayev Qanlı Yanvar faciəsinin XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü olduğunu qeyd edərək ölkəmizin suverenliyi və azadlığı uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin əbədi yaşayacağını bildirib. Faciə zamanı keçmiş Sovet ordusunun xalqımızın silahsız övladlarını, mülki əhalini vəhşicəsinə qətlə yetirdiyini bildirən rektor bu hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu diqqətə çatdırıb.

E.Babayev Ümummilli Lider Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə pislədiyini xatırladaraq faciəyə ilk dəfə siyasi-hüquqi qiymətin də məhz Ulu Öndər tərəfindən verildiyini vurğulayıb. Prezident İlham Əliyevin 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində verdiyi sərəncam və fərmanlara diqqət çəkərək əlillərin reabilitasiyası üçün respublikada yeni sağlamlıq mərkəzlərinin inşa olunduğunu bildirib.

Tarix fakültəsinin dosenti Səidə Quliyeva bildirib ki, 20 Yanvar qəhrəmanlıq və milli mübarizə tariximizin növbəti səhifəsidir. Xalq milli birliyini qoruyaraq müstəqil dövlət qurmaq mübarizəsini davam etdirdi. Şəhidlərimizin ruhu, milli şüurumuz, genetikamız bizdən – hər bir azərbaycanlıdan müstəqil dövlətimizi qorumağı və inkişaf etdirməyi tələb edir.

Sonra qanlı hadisədə şəhid olmuş Yanvar Nəsirovun həyat yoldaşı, 20 Yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması İctimai Birliyinin sədr müavini, Filologiya fakültəsinin əməkdaşı Almara Nəbiyeva çıxış edib. O, 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğunu qeyd edib.

Tədbirin sonunda tələbələr Xalq şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər poeması”ndan hissələr səsləndirib, Universitetin “Gənc istedadlar” liseyinin şagirdlərinin təqdimatında səhnəciklər göstərilib və “Ümid sənədir ancaq, Azərbaycan əsgəri” şeiri təqdim edilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...