Anons

Bu gün, 13:19- BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

Bu gün, 12:48- Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Dünən, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Dünən, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Dünən, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Dünən, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Haqqımızda Əlaqə

Azərbaycanda səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaq

Tarix:17-01-2020, 13:16

Azərbaycanda səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaq
Azərbaycanda yeni 3-cü səviyyəli səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaq.

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli 2019-cu ilin yekunlarına dair hesabat konfransında deyib.

Onun sözlərinə görə, 2019-cu ildə ixrac prosesinin sürətləndirilməsi məqsədilə Xaçmaz rayonunda bitki məhsullarının karantin ekspertizasını və fiziki-kimyəvi müayinələrini həyata keçirən fitosanitar laboratoriya yaradılıb.

AQTA sədri bildirib ki, idxal prosesinin sürətləndirilməsi üçün analoji laboratoriya Meyvəli bazarında da təşkil edilib. Həmçinin Mərkəzi Fitosanitar Laboratoriyasında bitkiçilik məhsullarında fitopatoloji mikroorqanizmlərin təyini üçün molekulyar metodların tətbiqinə başlanılıb. Analitik Ekspertiza Mərkəzinin nəzdində Kompleks Tədqiqatlar Laboratoriyası yaradılıb. Burada baytarlıq preparatları, bitki mühafizə vasitələri və qida məhsulları ilə təmasda olan maddə və materialların müayinəsi aparılır. Ölkədə yaranmış böhran vəziyyətlərinin çevik şəkildə idarə olunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən səhratipli 3-cü səviyyəli səyyar biotəhlükəsizlik laboratoriyası yaradılıb.

Q.Təhməzli məlumat verib ki, növbəti mərhələdə bu cür daha 3 laboratoriyanın yaradılması planlaşdırılır: "Tikinti və təmir işləri tamamlanan Şamaxı Regional Sınaq Laboratoriyasında torpağın, suvarma və drenaj suyunun keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələr həyata keçiriləcək. Şəki və Zaqatala rayonlarının eyni coğrafi regionda yerləşməsi nəzərə alınaraq, ixrac edilən fındıq məhsullarının toksikoloji göstəriciləri üzrə müayinələrinin və karantin ekspertizasının Şəki Regional Sınaq Laboratoriyasında həyata keçirilməsi məqsədilə laboratoriyanın təyinatı dəyişdirilib. Dünya Bankının dəstəyi ilə laboratoriyaların milli və beynəlxalq akkreditasiyaya hazırlanması prosesinə başlanılıb, 4 laboratoriya milli akkreditasiyadan keçirilib. 2020-ci ildə 3 laboratoriyanın beynəlxalq akkreditasiyadan keçirilməsi təmin ediləcək. Beynəlxalq tələb və metodikalara uyğun şəkildə 11 elmi araşdırma aparılıb. Bunlardan 6-sı bitki sağlamlığı, 2-i risk qiymətləndirilməsi, 3-ü heyvan sağlamlığı sahələrini əhatə edir".

AQTA sədri əlavə edib ki, ötən il Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına təqdim edilən 17 563 nümunədə uyğunsuzluq aşkarlanıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...