Anons

Bu gün, 12:18- Rayona getmək istəyənlər bu formada icazə alacaqlar - QAYDA

Bu gün, 11:50- Bakıda çimərlik mövsümünün açılışı olub

Dünən, 19:14- “Nar” eşitmə məhdudiyyətli insanları tibbi-gigiyenik vasitələrlə təmin edib

Dünən, 16:18- “Bacarıqlı gənclər” festivalı keçiriləcək

3-08-2020, 19:45- Çimərliyə gedərkən hansı qaydalara əməl etmək lazımdır?

3-08-2020, 18:22- Koronavirusdan sağalmış xəstələrin donor kimi qan verməsi könüllü prosesdir

3-08-2020, 16:57- Operativ Qərargah karantin rejiminin yumşaldılması ilə bağlı QƏRAR verdi

3-08-2020, 12:29- Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək - RƏSMİ

3-08-2020, 11:33- "Microsoft" "TikTok"u satın almaq niyyətindədir

2-08-2020, 18:13- АРМЯНСКАЯ ПРОВОКАЦИЯ ДЛИННОЮ В БЕСКОНЕЧНОСТЬ: ВОЗМОЖНЫЕ ГЕОПОЛИТИЧЕСКИЕ И ГЕОЭКОНОМИЧЕСКИЕ ПОСЛЕДСТВИЯ В РЕГИОНЕ

1-08-2020, 12:55- 1 Avqust - Azərbaycan Əlifbası Günüdür

1-08-2020, 11:31- "Apple" şirkətinin səhmlərinin qiyməti ilk dəfə 400 dolları keçib

1-08-2020, 10:45- Bu gündən avqustun 3-dək 14 şəhər və rayonda ictimai nəqliyyat işləməyəcək

31-07-2020, 16:00- “Nar Wi-Fi” ilə yüksəksürətli internet olduğunuz hər yerdə!

31-07-2020, 12:55- Azərbaycanda həqiqi hərbi xidmətə iyul çağırışı başa çatıb

31-07-2020, 10:54- Azərbaycanda Qurban bayramı qeyd olunur

30-07-2020, 18:08- Səfirliyimizin müşaviri koronavirusdan dünyasını dəyişdi

30-07-2020, 14:32- Ani ödəniş sistemi gələn ay istifadəyə veriləcək

30-07-2020, 12:25- “Günün Qəhrəmanları” müsabiqəsinə müraciətlərin qəbulu davam edir!

30-07-2020, 11:07- Azərbaycanda dörd günlük bayram tətili başlayır

Haqqımızda Əlaqə

Mövlanənin həyat və yaradıcılığına həsr olunmuş konfrans

Tarix:14-01-2020, 13:19

Mövlanənin həyat və yaradıcılığına həsr olunmuş konfrans Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) “Məhfil-i-üns” məclisi ilə birgə Yasamal rayon Heydər Əliyev Mərkəzində Hz. Mövlanənin həyat və yaradıcılığına həsr olunmuş konfrans təşkil etdilər.

Konfransı giriş sözü ilə Yasamal rayon MKS-inin direktoru Lətifə Məmmədova açaraq qeyd etdi ki, fars ədəbiyyatında məsnəvi formasını cilalayan və şöhrətləndirən Cəlaləddin Rumi olmuşdur. O, bildirdi ki, Mövlanənin əsas məqsədi insanda və kainatda gizli olan həqiqətləri göstərməkdir. Daha sonra “Məhfil-i-üns” məclisinin sədri Hədyə Zəhra Əhmədi XIII əsrin dahi şəxsiyyətlərindən olan, içində böyük bir Allah sevgisi daşıyan, ilahi yolun yolçusu, böyük təsəvvüf və dövrünün məhşur şairlərindən olan Mövlana Cəlaləddin Ruminin məsnəviləri haqqında danışaraq, bəzilərini təhlil etdi. O, həm də Abbasqulu ağa Bakıxanovun yaradıcılığından məsnəvi söylədi.

Şair-qəzəlxanlar Şahin Fazil və Gülarə Munis Mövlanəyə həsr etdikləri qəzəlləri səsləndirdilər.

AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli Hz.Mövlanənin nəinki Şərqdə, bütün dünyada tanınmasından maraqlı söhbət açdı. O, Mövlanənin bir neçə irfani şeirlərini təhlil etdi.

Ədəbi tənqidçi, yazıçı-publisist Əsəd Cahangir Ruminin fikirlərinə Şəms Təbrizinin böyük təsiri olduğunu vurğuladı. Sonra özünün qələmə aldığı poemadan bir hissə söylədi.

AMEA-nın Fəlsəfə İnstitutunun elmi işçisi Anar Qafarov Ruminin məsnəviləri və ney haqqında məlumat verdi. O, ilahi eşqlə bağlı İbn Sinanın da əsəri olduğunu qeyd etdi.

Zülfiyyə Eldarqızı, Esmira Fuad və Pərixanım Muradova da şeir və qəzəllər söylədilər.

Konfransda Mövlanəyə aid maraqlı diskussiyalar aparıldı.

Konfransda AMEA Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, ədəbi tənqidçi, publisist Əsəd Cahangir, şairə Gülarə Munis, “Kaspi” qəzetinin Mədəniyyət şöbəsinin müdiri Afət İslam, AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, professor Şahin Fazil, “Elm və təhsil” qəzetinin baş redaktoru, yazıçı-publisist Pərixanım Muradova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və

İxtisasartırma Mərkəzinin şöbə müdiri Sənan Talıbov, Mədəniyyət.az jurnalının baş redaktoru Zöhrə Əliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının baş mütəxəssisi Mətanət Eyvazova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı, filologiya üzrə elmlər doktoru, dosent Esmira Fuad, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı, fəlsəfə doktoru Anar Qafarov, M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşları və digər qonaqlar iştirak edirdilər.

Beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının magistrı İslam Qasımov Müslüm Maqomayevin “Azərbaycan” və Rəşid Behbudovun “Ey vətən” mahnılarını ifa etdi.

Mövlanənin həyat və yaradıcılığına həsr olunmuş konfrans
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...