Anons

Bu gün, 13:42- TƏBİB: Aşura günü məscidlərdə qanvermə aksiyaları keçirilməyəcək

Bu gün, 10:25- Azərbaycan manatının dövriyyəyə buraxılmasından 28 il ötür

Dünən, 13:34- Sabahdan Bakıda ictimai nəqliyyatın hərəkəti dayandırılır

Dünən, 11:50- Dünyada COVID-19-a yoluxanların sayı 21 milyonu keçib

13-08-2020, 15:47- Bakı Teleqüllə Kompleksinin istifadəyə verilməsindən 24 il ötür

13-08-2020, 14:15- Sabah yağış yağacaq - 14 avqustda gözlənilən hava şəraiti

13-08-2020, 12:37- Smart sayğaclar mexanikilərlə niyə əvəzlənir? - “Azəriqaz”dan açıqlama

13-08-2020, 11:51- Prezidentin Mətbuat Xidmətinin məlumatı

12-08-2020, 18:02- Распространился «Черный список» послов - их отзовут

12-08-2020, 14:14- Mədəniyyət nazirinə müşavir təyin edilib

12-08-2020, 13:22- “Barselona”nın futbolçusu koronavirusa yoluxub

12-08-2020, 12:37- Türkiyənin Milli Müdafiə naziri ilə Baş Qərargah rəisi Azərbaycana gəlir

12-08-2020, 11:30- Bakı Nəqliyyat Agentliyi: Xəttə rekord sayda avtobus buraxılıb

11-08-2020, 20:45- Liseyin idman zalı sürücülük kursuna çevrilib

10-08-2020, 22:27- “Alkart” uğur gətirir. İmicinizi “Alkarta” etibar edin!!!

10-08-2020, 16:39- Azərbaycanın məşğulluq xəritəsi hazırlanır

10-08-2020, 14:01- Daha bir ölkə BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsini ratifikasiya edib

9-08-2020, 12:23- Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

7-08-2020, 23:11- Çimnaz onun məzarında göz yaşlarına boğuldu - VİDEO

7-08-2020, 13:15- İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 946 mənzil veriləcək

Haqqımızda Əlaqə

Azərbaycan “Tech Diaspora”sı yaradılır

Tarix:14-01-2020, 11:29

Azərbaycan “Tech Diaspora”sı yaradılır Azərbaycan Repspublikasının Prezidenti İlham Əliyevin apardığı İqtisadi siyasətin tərkib hissəsi olaraq ölkəmizdə startap ekosisteminin formalaşması və inkişaf prossesi sürətlə davam edir. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq startapların və innovasiyalı müəssisələrin inkişafını stimullaşdırmaq məqsədilə bir sıra uğurlu işlər həyata keçirilir.

Bu prossesə təkan vermək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən Azərbaycan “Tech Diaspora”sı yaradılır. Əsas hədəflər Azərbaycanda startap ekosisteminin inkişafı, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı startap ekosistem oyunçularının, innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların ölkəmiz ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında əlaqələrin və birgə fəaliyyətin təmin olunmasıdır.

Bu məqsədlə San-Fransisko şəhərindən Qərib Mehdiyev və Emin Şərifov, Berlin şəhərindən Nail Vəliyev və Bakı şəhərindən Məmməd Kərimov olmaqla 4 nəfərdən ibarət təşkilat komitəsi, həmçinin Azərbaycanda və dünyanın bir sıra ölkələrində yaşayan həmyerlilərimizdən ibarət 21 nəfərlik təşəbbüs qrupu yaradılmışdır (Təşəbbüs qrupunun üzvləri mətnin sonunda göstərilib). Yaradılmış təşəbbüs qrupuna “INNOLAND” və “Next Step” administrativ dəstək göstərir.

“Tech Diaspora”nın nümayəndəlikləri ilkin olaraq startap ekosisteminin inkişaf etdiyi Bakı, Berlin və San-Fransisko şəhərlərində fəaliyyətə başlayacaq.

Bununla əlaqədar “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən Silikon Vadisində “Azərbaycan İnnovasiyalar Evi”nin yaradılması nəzərdə tutulub. Ölkəmizin innovasiyalar və texnoloji inkişafın mərkəzinə yaxın olması məqsədi ilə fəaliyyətə başlayacaq “Azərbaycan İnnovasiyalar Evi” Silikon Vadisində və yaxın ərazidə yaşayan və innovativ texnoloji sahədə fəaliyyət göstərən azərbaycanlıların bir araya gətirilməsi burada “Tech Diaspora”nın fəaliyyətinin formalaşmasına təkan verəcək.

“Tech Diaspora”nın təşkil edilməsi, həmçinin yerli startaplara xarici investisiyaların cəlb edilməsi istiqamətində önəmli addım olacaq. Prosesin həyata keçirilməsi ölkəmizin daha çox innovasiyaya yatırım edən və intellektual məhsul ixrac etmə potensialı olan ölkə kimi mövqeyini möhkəmləndirmək məqsədi daşıyır.

Diasporaların fəaliyyəti, eləcə də innovativ texnoloji sahədə olan trendləri daim yaxından izləməyə və texnologiyaların Azərbaycanda da tətbiqinə təkan verəcək. Yerli

startapçıların ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı startapçılarla əlaqələndirilməsi yerli startapların qlobal bazara çıxış imkanlarını da artıracaq.

“Tech Diaspora”nın yaradılmasının təşəbbüs qrupunun üzvləri:

Qərib Mehdiyev - WeTravel, həmtəsisçi (SF)

Fuad Məlikov - Hazelcast, həmtəsisçi (SF)

Emin Şərifov - Expedia Qrup (SF)

Tural Bədirxanlı - Namomedia, Twitter (SF)

Teymur Sadıxov - Silicon Valley Technology Consulting Group (SF)

Altay Əliyev - Amazon, baş proqram mühəndisi (LX)

Vüsal Dadaşov - Uber, baş proqram mühəndisi (LX)

Aslan Bəkirov - Facebook, istehsal mühəndisi

Şəfi Rəsulov - Google, proqram mühəndisi

Rüstəm Əliyev - OneDome, həmtəsisçi (UK)

Nail Vəliyev - Sport total (GE)

Anar Hacıyev - NMS, həmtəsisçi (NY)

Şəhriyar Məmmədov - OpenGov Inc., DevOps

Araz Cavadov - Walmart eCommerce, məhsul meneceri

Aytəkin Əliyeva - Femigrants platforması qurucusu (SF)

Elşad Abbasov - Next Step, Tech Academy, həmtəsisçi (AZ)

Anar Əligulov - Next Step, Tech Academy, həmtəsisçi (AZ)

Məmməd Kərimov - “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru (AZ)

Tağı Tağızadə - “İnnovasiyalar Mərkəzi”nin direktoru (AZ)

Fərid Musayev - Khazar Ventures (AZ)

Samir Məmmədov - “Sand Hill Angels” qrupunun üzvü, “Global Innovation Catalyst”ın tərəfdaşı, “Tech Academy”nin həmtəsisçisi (AZ)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...