Anons

Dünən, 15:45- DYP ilə bağlı sosial şəbəkədə sorğu keçirilib - Kimlər razıdır, kimlər razı deyil?

25-01-2020, 18:07- Gənclər gələcəyimizin qurucularıdır

24-01-2020, 17:09- ÜST yeni koronavirusla bağlı bəyanat verdi: Digər ölkələrə də yayıla bilər

24-01-2020, 16:57- Azərbaycanın 8 şəhərinin Baş planı təsdiqlənib

24-01-2020, 16:44- Novosibirsk vilayətinin biznes missiyası Azərbaycana gələcək

24-01-2020, 16:35- Leyla Məmmədova: Növbəti ildə “Kənddən Şəhərə” satış mərkəzlərinin sayı artırılacaq

24-01-2020, 16:18- Rəşad Cəfərov: “İpoteka və Kredit Zəmanət Fondu üçüncü açıqlamasında vətəndaşları günahkar çıxarsa, təəccüblü görünməyəcək”

24-01-2020, 16:11- Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

24-01-2020, 16:02- Bakı Avtovağzalında ilk dəfə kitabxana məntəqələri fəaliyyətə başlayıb

24-01-2020, 15:50- “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində

24-01-2020, 15:39- Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub

24-01-2020, 15:25- “Kitabsevər uşaqlar” Facebook səhifəsinin izləyiciləri artır

24-01-2020, 15:16- Paltar Yuyucu toz – Birinci dünya müharibəsi

24-01-2020, 15:07- Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti ADU-da olub

24-01-2020, 14:48- Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranmasının 8 ili tamam olur

24-01-2020, 13:59- “Milli KSM Mükafatı 2019”un qalibləri açıqlanıb

24-01-2020, 13:47- Nərminin qətlində təqsirləndirilən şəxs barədə qərar verildi

24-01-2020, 13:38- ADRA 2020-ci ildə bir sıra yeniliklər tətbiq edəcək

24-01-2020, 11:24- Bu qadın məktəblərdə qızları oğurlamaq istəyir? - Rəsmi açıqlama

24-01-2020, 11:16- Azərbaycanda koronavirusun qarşısı necə alınır? - ÜST qiymət verdi

Haqqımızda Əlaqə

Magistraturaya qəbul olmaq istəyən bəzi bakalavrlar qabiliyyət imtahanı da verəcəklər

Tarix:14-01-2020, 10:28

Magistraturaya qəbul olmaq istəyən bəzi bakalavrlar qabiliyyət imtahanı da verəcəklər Nazirlər Kabineti “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul Qaydaları”na dəyişiklik edib.

Hazırda magistraturaya qəbul imtahanları iki mərhələdə aparılır. İmtahanın I mərhələsində ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi, II mərhələdə ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi həyata keçirilir.

Qaydalara edilən yeni dəyişikliklərdə beynəlxalq təcrübədə olduğu kimi magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə - ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi üzrə keçirilməsi nəzərdə tutulur.

Dəyişikliyə əsasən, magistraturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən bir mərhələdə mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçiriləcək.

Yeni dəyişikliklərə əsasən, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasının ixtisaslaşmalarına və jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtini ödəyən bakalavrlar qəbul imtahanını verdikdən sonra Mərkəz tərəfindən elan edilən müddətdə qabiliyyət imtahanı verməlidirlər.

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. İxtisaslaşma seçiminə qəbul və qabiliyyət imtahanlarında göstərdikləri nəticə Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.

Qaydalarda elmi təşkilatın magistraturasının ixtisaslaşmalarına qəbul olmaq istəyən bakalavrların ixtisaslaşma seçimindən əvvəl Mərkəz tərəfindən müəyyən edilən vaxtda qeydiyyatdan keçməsi və həmin təşkilatda müsahibədə iştirak etməsi, yalnız müsahibədən “məqbul” qiymət alan bakalavrların ixtisaslaşma seçimi zamanı elmi təşkilatın magistratura ixtisaslaşmalarını seçə bilməsi ilə bağlı bənd ləğv edilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...