Anons

Dünən, 21:20- İlin Jurnalisti mükafatını dünya şöhrətli yazıçı Çingiz Abdullayev təqdim edib

Dünən, 17:29- 100 GR SABUNU 6460 AZNƏ SATIR

17-01-2020, 17:10- BDYPİ-də təyinat: Kamran Əliyev yenidən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi oldu

17-01-2020, 16:56- BDU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

17-01-2020, 16:33- Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb

17-01-2020, 16:15- YAP ödənişsiz efir vaxtından İMTİNA ETDİ

17-01-2020, 15:57- Azərbaycan Kredit Bürosuna 12 yeni təşkilat qoşulub

17-01-2020, 15:48- “Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb

17-01-2020, 15:25- Qəzaya düşən şagirdlərin vəziyyəti necədir? - Rəsmi açıqlama

17-01-2020, 15:14- Xaricdəki Azərbaycan evlərinin sayı artır

17-01-2020, 15:06- Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək

17-01-2020, 14:52- Bakıda 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi vaxt açıqlandı

17-01-2020, 14:43- ADU-da Ülvi Bünyadzadəyə həsr olunan müsabiqəyə yekun vurulub

17-01-2020, 14:31- “20 Yanvar: şəhidlər ölməz, Vətən bölünməz”

17-01-2020, 14:23- Metropolitenin alternativ enerji üçün dizel generatorları xəttə qoşulub

17-01-2020, 14:05- AQTA saxta yağlarla bağlı xəbərdarlıq etdi

17-01-2020, 13:53- Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

17-01-2020, 13:39- Sabah külək güclənəcək

17-01-2020, 13:28- Bakı Metropoliteni daha 16 müasir ventilyator alır, gələn ay gətiriləcək

17-01-2020, 13:16- Azərbaycanda səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaq

Haqqımızda Əlaqə

Sığortalanmayan evlərə görə cərimə olmayacaq - ŞAD XƏBƏR

Tarix:13-01-2020, 15:25

Sığortalanmayan evlərə görə cərimə olmayacaq - ŞAD XƏBƏR İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov daşınmaz əmlakın icbari sığortası ilə bağlı suallara aydınlıq gətirib.

"İTV xəbər-Yekun"da məsələyə münasibət bildirən R.Əhmədov bildirib ki, dövlət qeydiyyatında olan evlərin siyahısının Dövlət Əmlak Komitəsindən İcbari Sığorta Bürosuna ötürülməsi üçün zəruri qanunvericilik aktı yoxdur:

“Qanunvericilik əmlak məsələləri üzrə komitənin bizə məlumatı ötürməsini nəzərdə tutmayıb. Bu səbəbə görə də biz hələ ki, inteqrasiyanı həyata keçirə bilməmişik. Qanunvericiliyə müvafiq dəyişiklik edildikdən sonra inteqrasiyanın həyata keçirilməsi mümkün olacaq. Sığorta şəhadətnamələri elektron olacaq və elektron sistemlərdə hansı ünvanda sığortanın olub-olmaması müəyyən ediləcək”.

Məsələyə münasibət bildirən iqitisadçı Samir Əliyev Modern.az-a deyib ki, Rəşad Əhmədovun bu açıqlaması ilə icbari sığorta məsələsinə xeyli aydınlıq gətirilib:

“İcbari Sığorta Bürosunun (İSB) rəhbərinin açıqlaması ajiotaja bir müddət nöqtə qoydu. Söhbət ondan gedir ki, dövlət qeydiyyatında olan (kupçalı) evlərin siyahısının İSB-nin Dövlət Əmlak Komitəsindən (DƏK) alması üçün zəruri qanunvericilk aktı yoxdur. Yəni, bu qayda olmayınca, DƏK qeydiyyatlı evərin siyahısını İSB-yə ötürə bilməz. Bu məlumat ötürülmədiyi üçün kimin evinin sığortalı, kiminkinin isə sığortasız olduğunu müəyyənləşdirmək mümkün olmayacaq və deməli, cərimə də olmayacaq. Ona görə də Nazirlər Kabinetinin müvafiq qərarı olmadan kiminsə cərimələnməsi real deyil. Əslində ajiotaja səbəb Nazirlər Kabinetinin 21 may 2019-cu il tarixli 354s nömrəli Sərəncamı ilə tədiq edilmiş “Sığorta sektorunun inkişaf etdirilməsi üçün görülməli işlərlə bağlı Tədbirlər Planı” olub. Sığorta şirkətləri də vəziyyətdən istifadə ediblər”.

S.Əliyev qeyd edib ki, əmlakın sığortasının icbariliyi aradan qaldırılmalı, könüllü mexanizmə keçilməlidir.

“Əgər dövlət icbarilikdə qərarlıdırsa, hansı ki bunun qəti əleyhinəyəm, bu halda heç olmazsa, 3 ili öz büdcəsi hesabına ödəməlidir. Bu il isə icbari sığorta tətili olmalıdır, yəni cərimə məsələsi gələn ildən başlamalıdır”, - deyə iqtisadçı bildirib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...