Anons

Bu gün, 18:48- 16 saylı Ucar Ərazi İdarəsinin işçiləri Göyçay sakinini ölkə başçısından kömək istəməyə vadar etdi

Bu gün, 17:00- Ucuz reklama əl atan özünə müğənni deyən Aynur Nəbiyeva kimdir?

Bu gün, 16:40- BAKIDA NÖVBƏTİ DƏLƏDUZLUQ CİNAYƏTİ - "JEK"-in baş mühəndisnin oğlu 5 nəfəri aldatdı

Bu gün, 16:15- " `Umico` market kimdir sizin rəhbər?.. Nə etmək istəyir?!!" - ETİRAZ

Bu gün, 15:38- "AAAF İnşaat"dakı milyonluq yeyinti faktları haqda açıqlama verdi, işdən çıxarıldı - ŞİRKƏTİN KEÇMİŞ KOMENDANTINDAN RƏSMİ QURUMLARA MÜRACİƏT

Bu gün, 14:53- “Oba” marketlərdə endirim saxtakarlığı - NARAZILIQ VAR...

Bu gün, 14:28- Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM

Bu gün, 14:08- Bayram Səfərov keçirdiyi tenderdə oğlunu qalib elan edib

Bu gün, 13:44- Elm və Təhsil Nazirliyində “nüfuz savaşı” — Aparat rəhbəri ilə müavini nəyin davasını aparır?

Bu gün, 13:03- Baş həkimin qanunsuz obyektini KİMLƏR HİMAYƏ EDİR? - İDDİA

Bu gün, 12:36- Şahin Bağırov və Qoşqar Təhməzli MİLLƏTİN QƏSDİNƏ DURUB? - İTTİHAM VAR...

Bu gün, 12:06- “Gümrü bazası Qarabağa köçürüləcək” iddiasının sirri - Moskva nəbz yoxlayır, yoxsa...

Bu gün, 11:33- İmişlidə NONSENS: Keçmiş bələdiyyə sədri bələdiyyə möhürünü oğurlayıb, qaytarmır... - BU NƏDİ BELƏ?!

Bu gün, 10:53- “İcra Hakimiyyətindən bizə deyirlər ki, hara şikayət etsəniz də, xeyri yoxdur” – EVLƏRİ DAĞILAN DAŞKƏSƏN SAKİNLƏRİ ÇADIRDA YAŞAMAĞA MƏCBUR EDİLİR / VİDEO

Bu gün, 10:10- Sürücülərin ən çox şikayət etdiyi sığorta şirkətləri BƏLLİ OLDU - “Xalq Sığorta”, “Bakı Sığorta”, “AtaSığorta” liderdir...

Bu gün, 09:38- Sabirabadda KÖRPÜ DƏLƏDUZLUĞU... - Rəsmilər HARA BAXIR?

Bu gün, 09:16- “İST PETROL”-da benzinə görün nələr QATILIR - Təsadüf yoxsa REALLIQ?

Dünən, 21:04- Bayramov Özbəkistan Prezidenti ilə görüşdü - Fotolar

Dünən, 20:49- Ramin Abdullayevin “göydələn” biznesi

Dünən, 19:38- “Bu günə kimi dövlət tərəfindən heç bir yardım almamışam” - şəhid anası GİLEY EDİR

Haqqımızda Əlaqə

Azərbaycan məhkəmələrində YENİLİK: “Əvvəllər belə qayda yox idi”

Tarix:12-12-2019, 16:27

Azərbaycan məhkəmələrində YENİLİK: “Əvvəllər belə qayda yox idi” Azərbaycanda hakimlərlə bağlı yeni qərar verildi. Məhkəmələrdə KİV-lə əlaqəli hakimlər təyin olunub. Maraqlıdır bu qərarın əhəmiyyətləri nədir?

Artıq KİV-lə işləyəcək spiker-hakimlər təqdim edilib. Bəs görək, yeni vəzifə verilən hakimlər kimlərin arasında seçilib və onların iş prosesi necə olacaq?

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az -a yeni təyinatların media nümayəndələrinə məhkəmələrlə bağlı məlumat toplamaqda dəstək olacağı bildirilib. Jurnalistlərin məhkəmələrlə bağlı çəkilişlər hazırlaması və ya digər məlumatlar almasında həmin hakimlərin müstəsna rolu olacağı vurğulanır:

Azərbaycan məhkəmələrində YENİLİK: “Əvvəllər belə qayda yox idi”


“Əvvəllər Azərbaycan məhkəmələrində belə bir qayda yox idi. Proseslərin ictimailəşməsi, məlumatların daha asan yolla əldə olunması üçün məhkəmə orqanlarında KİV-lə işləyən spiker-hakimlər təyin olunub. Hələ ki, bu hakimlər yalnız Bakıda yerləşən bütün məhkəmələrdə, Sumqayıt və Abşeron rayonunda fəaliyyət göstərirlər. Buna səbəb isə respublikanın digər şəhər və rayonlarında bir yaxud iki hakimin olmasından irəli gəlir. Yeni təyinatlar əvvəlcədən həmin məhkəmələrdə çalışan hakimlər arasından seçilir. Artıq Bakı, Sumqayıt və Abşeron rayonu məhkəmələrində fəaliyyət göstərəcək KİV-lə əlaqəli şəxslər media rəhbərlərinə təqdim edildi. Bundan əlavə, Məhkəmə-Hüquq Şurasının aparıcı məsləhətçisi Seyfəlpaşa Əliyev də media ilə əməkdaşlıq edəcək”.

Nazirlikdən verilən məlumatda həmçinin spiker-hakimlərin jurnalistlərin işinə əhəmiyyətli dərəcədə dəstək olacağı da qeyd olunub:

“Bu vaxta qədər media nümayəndələri məhkəmə prosesləri, çəkilişlər barədə Ədliyyə Nazirliyinə müraciət edirdilər. Nazirliyin də qeyd olunan rayon məhkəməsi ilə əlaqə saxlayıb məlumat verməsi indikinə nisbətən uzun çəkirdi. Ancaq indi jurnalistlər adları çəkilən üç bölgənin bütün məhkəmələri ilə əlaqədar yazı hazırlamaq üçün birbaşa həmin məhkəmənin spiker-hakimi ilə əlaqə saxlayacaq. Bu həm vaxt baxımdan, həm də əlçatanlıq baxımdan müsbət addım kimi qiymətləndirilə bilər”.

Qeyd edək ki, Ədliyyə Nazirliyində "İnsan hüquqlarının qorunması media müstəvisində" mövzusunda KİV-lərlə görüş keçirilib. Görüşdə media rəhbərləri, Məhkəmə-Hüquq Şurasnın aparat rəhbəri Cavid Hüseynov, çoxlu sayda QHT rəhbərləri və nazirliyin bir sıra yüksək rütbələri əməkdaşları iştirak ediblər. Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova çıxış edərək bildirib ki, görüşün məqsədi spiker-hakimlərlə tanışlıqla yanaşı, məhkəmələrlə media orqanları arasında əməkdaşlığın genişləndirilməsi, məhkəmə fəaliyyəti barədə əhalinin mütəmadi, dolğun və düzgün məlumatlandırılması məsələlərinin müzakirə olunmasıdır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...