Anons

Bu gün, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Bu gün, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Bu gün, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Bu gün, 19:03- Papanın səhhəti yaxşılaşıb

Bu gün, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Bu gün, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Bu gün, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Bu gün, 16:33- Həbibullayev Prezidentin göstərişlərini NİYƏ ÖNƏMSƏMİR? - ÖZBAŞINALIQ!

Bu gün, 15:51- Bəs Xalid Ələkbərova nə yaxşı SÖZ DEYƏN YOXDUR?.. - Ortada bunca məqamlar varsa...

Bu gün, 15:23- İşçinin taleyi əgər Qağaməlinin ümidinə qaldısa.... - VAY HALINA...

Bu gün, 14:02- Gəncə İcra Başçısı haqda maraqlı iddia və maşın kolleksiyası - Dövlət büdcəsini evinə daşıyıb ki...

Bu gün, 12:04- Araz Paşayevə məxsus şirkət hansı qurumlarla işbirliyində olub və nə qədər dövlət vəsaiti silib - İLGİNC FAKTLAR

Bu gün, 11:30- Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsini "bazar"a çevirib - İTTİHAM VAR...

Bu gün, 10:52- Sakinlər problem içində... rəsmi qurumlar isə ancaq vəd verir... - Başçı da ki yox kimidir...

Bu gün, 09:58- Gülağa Bağırov 1 milyonu NEYNƏDİ? - Bir soruşan olsa...

Bu gün, 09:28- Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Dünən, 21:08- İlhamə Abdullayeva Gülnaz Kırimovanı O isə öz vasalının qanundan kənar əməllərini gizlədir - FAKTLAR

Dünən, 20:40- Ramazanın 18-ci gününün DUASI

Dünən, 19:14- Taleh Qaraşov kimi problemli və “klassik” məmur... - NİYƏ GETMƏLİDİR?

Dünən, 18:43- Pedaqoji Universitetin Şəki filialına yeni direktor təyin olunub - ƏMR

Haqqımızda Əlaqə

ADU-da Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib

Tarix:12-12-2019, 12:38

ADU-da Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
Dekabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

Tədbirdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Heydər Əliyevin Azərbaycan xalqının tarixinə əbədi olaraq yazılmış ad olduğunu deyib: “Onun millət, vətən, dövlət üçün etdiyi şücaət, qəhrəmanlıq unudulmazdır. Çünki yox olmaq astanasına gəlib çıxmış ölkə öz gələcək nicatını, yaşamını onun fəaliyyəti ilə qazandı. Xalqımızın həyatında əsrlər boyu təlatümlü məqamlar çox olmuşdu. Amma bunun ən ağırı Ulu öndərin bəxtinə qismət oldu. Onun Azərbaycanın Sovet dönəmində, bu dönəmdən sonrakı ilk müstəqillik illərində olan xidməti ona gətirib çıxardı ki, bu gün bizim ölkəmiz, millətimiz azad və müstəqil şəkildə yaşayır və inkişaf edir. Azərbaycanda elə bir vəziyyət idi ki, küçəyə çıxmaq olmurdu, gələcəyə ümid yox idi, bununla bərabər insanların qəlbində böyük azadlıq mücadiləsi, azadlıq həsrəti var idi. Bu azadlıq həsrətini Ulu öndər addım-addım xalqa qaytarmağa başladı. Bu gün Azərbaycanın adı harada çəkilirsə, çox gözəl şəkildə onu tanıyırlar, onun mənafeyini, gələcəyə gedən yollarını gözəl şəkildə görürlər. Bu, son dərəcə böyük zəhmətin bahasına başa gəlmişdi. Yadımdadır, Ulu öndər fəaliyyətinin ilk illərində ölkə liderləri ilə görüşüb hər dəfə xəritə qarşısında əlində çubuqla Azərbaycanın coğrafi mövqeyinin, mənafeyinin nəyi tələb etdiyini bir-bir izah edirdi. Ulu öndərin Azərbaycanın iqtisadiyyatı, elmi, mədəniyyəti, dili, gələcəyi ilə bağlı görüşləri bu gün də Prezident İlham Əliyev tərəfindən cəsarətlə həyata keçirilir. Bu gün Azərbaycan çox böyük, cəsarətli siyasi gedişlər edir. Bu, ölkə Prezidentinin bilavasitə nailiyyətidir. Ulu öndər gənclərə öz əmanəti kimi baxırdı. Heydər Əliyevin ilk dəfə Naxçıvanda üçrəngli bayrağı qaldırmağı

böyük siyasi cəsarət idi. Ulu öndər Azərbaycanda yaşayan bütün millətlərin prezidenti idi. Bütün millətlərin bir bayraq, bir himn altında birləşməsi ulu öndərin ən böyük arzularından biri idi. O, Azərbaycan multikultralizminin siyasi bazasını formalaşdırmağa başlayıb, müxtəlif sərəncamlarla milli azlıqlara xüsusi diqqətin göstərilməsini təmin edib. Onun bu istiqamətdə atdığı addımlar nəticəsində ölkə Prezidenti 2016-cı ili “Multikulturalizm ili” elan etdi, multikulturalizmi Azərbaycanın dövlət siyasəti elan etdi. Heydər Əliyevi anmaq son dərəcə şərəfli işdir. Hər birimiz bu gün bu adı böyük ehtiramla anırıq, onun yolunun Azərbaycan üçün əbədi olduğuna inanırıq, biz də Azərbaycanın xoşbəxt gələcəyi üçün əlimizdən gələni edirik və edəcəyik. İnanıram ki, onun işığı daim Azərbaycanın üzərində şölə saçacaqdır və yolumuzu aydınlandıracaqdır”.

Elm və innovasiyalar üzrə prorektor, professor Novruz Məmmədov bu mərasimin artıq ənənə halını aldığını və bu günün anılmasının mənəvi borc olduğunu deyib: “Hamımız özümüzə borc bilirik ki, onu xatırladaq, onun Azərbaycan dövləti və xalqı üçün gördüyü işlərlə bağlı fikirlərimizi bildirək. Biz onun vəsiyyətlərini ləyaqətlə həyatımız boyu yerinə yetirəcəyik”.

ADU-nun rektorunun Sosial məsələlər üzrə müşaviri Ələddin Əliyev Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü işlərdən söz açıb, xatirələrini danışıb. Ə.Əliyev gənclərə Heydər Əliyev irsinin öyrənilməsi ilə bağlı tövsiyələrini verib.

Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə hazırlanan “Ulu öndər” filmi nümayiş olunub. Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin 451-ci qrup tələbəsi Şahverən Babayev “Ulu öndər” mahnısını ifa edib, Təhsil 2 fakültəsinin 206B qrup tələbəsi Zeynəb Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müəllifi olduğu “Elegiya” şeirini söyləyib.

Sonda Ağadadaş Ağayevin ifasında “Xalq Heydər söyləyəcək” mahnısı dinlənilib.

ADU-da Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...