Anons

Dünən, 15:45- DYP ilə bağlı sosial şəbəkədə sorğu keçirilib - Kimlər razıdır, kimlər razı deyil?

25-01-2020, 18:07- Gənclər gələcəyimizin qurucularıdır

24-01-2020, 17:09- ÜST yeni koronavirusla bağlı bəyanat verdi: Digər ölkələrə də yayıla bilər

24-01-2020, 16:57- Azərbaycanın 8 şəhərinin Baş planı təsdiqlənib

24-01-2020, 16:44- Novosibirsk vilayətinin biznes missiyası Azərbaycana gələcək

24-01-2020, 16:35- Leyla Məmmədova: Növbəti ildə “Kənddən Şəhərə” satış mərkəzlərinin sayı artırılacaq

24-01-2020, 16:18- Rəşad Cəfərov: “İpoteka və Kredit Zəmanət Fondu üçüncü açıqlamasında vətəndaşları günahkar çıxarsa, təəccüblü görünməyəcək”

24-01-2020, 16:11- Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

24-01-2020, 16:02- Bakı Avtovağzalında ilk dəfə kitabxana məntəqələri fəaliyyətə başlayıb

24-01-2020, 15:50- “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində

24-01-2020, 15:39- Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub

24-01-2020, 15:25- “Kitabsevər uşaqlar” Facebook səhifəsinin izləyiciləri artır

24-01-2020, 15:16- Paltar Yuyucu toz – Birinci dünya müharibəsi

24-01-2020, 15:07- Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti ADU-da olub

24-01-2020, 14:48- Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranmasının 8 ili tamam olur

24-01-2020, 13:59- “Milli KSM Mükafatı 2019”un qalibləri açıqlanıb

24-01-2020, 13:47- Nərminin qətlində təqsirləndirilən şəxs barədə qərar verildi

24-01-2020, 13:38- ADRA 2020-ci ildə bir sıra yeniliklər tətbiq edəcək

24-01-2020, 11:24- Bu qadın məktəblərdə qızları oğurlamaq istəyir? - Rəsmi açıqlama

24-01-2020, 11:16- Azərbaycanda koronavirusun qarşısı necə alınır? - ÜST qiymət verdi

Haqqımızda Əlaqə

Azərbaycanda ötən il doğulanlar son 48 ildə doğulanlardan daha çox yaşayacaqlar - PROQNOZ

Tarix:6-12-2019, 10:06

Azərbaycanda ötən il doğulanlar son 48 ildə doğulanlardan daha çox yaşayacaqlar - PROQNOZ Azərbaycanda son 48 il əzində qadınlar və kişilər arasında gözlənilən ömür uzunluğu göstəricisi artaraq ən yüksək həddə çatıb.

1970-ci ildə Azərbaycanda qadınlar arasında doğulanda gözlənilən ömür uzunluğu göstəricisi 74,3 yaş olduğu halda, 2018-ci ildə bu göstərici 78,2-ə yüksəlib.

2018-ci ildə kişilər arasında gözlənilən ömür uzunluğu 1970-ci ildəki 66,8 yaş səviyyəsindən 73,3-ə çatıb. Ümumilikdə 2018-ci ildə əhali üçün gözlənilən ömür uzunluğu 75,8 yaş olub.

Azərbaycanda 2018-ci ildə doğulanlar üçün ən böyük ömür uzunluğunun Yuxarı Qarabağ iqtisadi rayonu üzrə olacağı gözlənilir. Həmin rayon üzrə ömür uzunluğu göstəricisi ölkə üzrə gözlənilən ömür uzunluğundan daha yüksəkdir. Bu iqtisadi rayonunun qadın əhalisi üçün ömür uzunluğunun 83,6 yaş, kişilər üçün 77,7 olacağı gözlənilir.

Adətən, uzunömürlülərin sayının çox qeydə alındığı Lәnkәran iqtisadi rayonunda qadınlar üçün gözlənilən ömür uzunluğu göstəricisi 77,5 yaş, kişilər üçün 73 yaş müəyyən edilib.

Bakı şəhəri üzrə isə qadınlar üçün gözlənilən ömür uzunluğu 78,1 yaş, kişilər üçün 74,1 yaş hesablanıb.

Ötən ilin məlumatlarına görə, Azərbaycanda əhali arasında sağlam ömür uzunluğu da çoxalıb.

2018-ci ildə qadınlar arasında sağlam ömür uzunluğu 68,1 yaşa, kişilər arasında 62,6-ə yüksəlib.

Ölkədə 60 yaşda әhalinin gözlәnilәn ömür uzunluğu da artıb. 2000-ci ildə 60 yaşda əhali üçün gözlənilən ömür uzunluğu qadınlar üçün 19,2 yaş, kişilər üçün 16,7 yaş olub.

2018-ci ildə isə bu göstərici qadınlar üçün 21,3 yaş, kişilər üçün 18,8 yaş olub.

Qeyd edək ki,doğulanda gözlәnilәn ömür uzunluğu (0 yaş üçün) doğulanların hər birinin orta hesabla yaşaya biləcəyi illərin sayını göstərir. Doğulanda gözlənilən ömür uzunluğu həyat cədvəllərinin hesablanması nəticəsində alınır.

Dünya üzrə müqayisə edilərsə, ən yüksək ömür uzunluğu 84,2 yaş (2016-cı ilin məlumatı) olmaqla Yaponiyadadır. İsveçrə (83,3 yaş - 2016-cı ilin məlumatı), İspaniya ( 83,1 yaş - 2016-cı ilin məlumatı), Avstraliya və Fransa (82,9 yaş - 2016-cı ilin məlumatı), İtaliya və Kanada (82,8 yaş - 2016-cı ilin məlumatı), Koreya (82,7 yaş - 2016-cı ilin məlumatı), Avstriyada (81,9 yaş - 2016-cı ilin məlumatı) yüksək ömür uzunluğu olan ölkələr sırasındadır.

Azərbaycanla qonşu olan Rusiyada əhali üçün gözlənilən ömür uzunluğu 72,7 yaş (2017-ci ilin məlumatı), Türkiyədə 76,4 yaş (2016-cı ilin məlumatı), Ermənistanda 75,4 yaş (2017-ci ilin məlumatı) olub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...