Anons

Bu gün, 12:28- Pandemiya dövründə Azərbaycanda ünvanlı sosial yardım alanların sayı 14 min nəfər artıb

Bu gün, 11:42- Bakı Nəqliyyat Agentliyi paytaxta yeni avtobuslar gətirəcək

Dünən, 15:31- “Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir

Dünən, 13:10- Bakı–Tbilisi–Ceyhan neft boru kəmərinin istismara verilməsindən 14 il keçir

Dünən, 12:20- Dünyada şirkətlərin borcu bu il 9,3 trln. dollara çatacaq - PROQNOZ

Dünən, 11:48- Azərbaycanda hazırda süni nəfəs aparatına 58 nəfər qoşulub

12-07-2020, 17:50- TƏCİLİ - 2 hərbçimiz ŞƏHİD OLDU - Yaralılar var

10-07-2020, 13:30- Xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmənin verilməsi başa çatdırılıb

10-07-2020, 12:19- Pandemiyadan zərər çəkmiş sahibkarlara veriləcək 300 milyon manatadək kreditlər dövlət zəmanəti ilə təmin ediləcək

9-07-2020, 14:22- Azərbaycanda Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb

9-07-2020, 12:16- İyulun 1-dək 120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

9-07-2020, 11:41- Prezident İlham Əliyev Bakıda yarımstansiyasının açılışında iştirak edib

9-07-2020, 10:38- Dünyada koronavirusa yoluxanların sayı 12 milyon nəfəri keçib

8-07-2020, 13:50- Bakıda tədrisi digər dillərdə olan bölmələrin I sinfə qəbul üçün məktəb seçiminə başlanılıb

8-07-2020, 12:27- Azərbaycan şahmatçısı Qran-Pridə dünya çempionu ilə oynayacaq

8-07-2020, 11:45- AQTA: Yay aylarında qida zəhərlənmələrinə daha çox təsadüf edilir

8-07-2020, 10:20- Bakının rabitə operatoru 3 min LTE modem alır

7-07-2020, 14:13- ETSN durğun hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

7-07-2020, 12:28- "Google" və "Deutsche Bank" əməkdaşlıq edəcək

7-07-2020, 11:50- Avropada tarix yazan məşqçilərin adı açıqlanıb: Fatih Terim ən çox uduzan mütəxəssisdir

Haqqımızda Əlaqə

Göyçayda aztəminatlı ailələr üçün meyvə bağları salınıb

Tarix:2-12-2019, 14:44

Göyçayda aztəminatlı ailələr üçün meyvə bağları salınıb IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 29-da Göyçay rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.

Ağacəkmə aksiyaları zamanı Göyçay rayonunda ayrılan 2 ha ərazidə 1000 ədəd nar ağacı əkilib. Salınan meyvə bağları sözügedən rayonlarda yaşayan aztəminatlı ailələr arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.

Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanmışdır. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik, Quba, Qəbələ, İmişli, Göygöl, Qazax, Balakən, Ağsu, Oğuz, Yevlax, Astara, Şabran və Xaçmaz rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilmişdir.

Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.

Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma, ərik, badam növlərindən olmaqla ümumilikdə 26368 meyvə ağacları əkilib və 81 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.

Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları gələcəkdə ölkənin digər rayonlarında da təşkil ediləcəkdir.

Qeyd edək ki, Göyçay rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyasına 200 nəfərdən çox yerli gənc könüllü olaraq qoşulmuşdur. IDEA İctimai Birliyi aksiyada iştirak etmiş bütün könüllülərə və tədbirin keçirilməsinə dəstək vermiş qurumlara təşəkkürünü bildirir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...