Anons

Dünən, 13:30- Xüsusi karantin rejimi tətbiq olunan 16 şəhər və rayon üzrə 190 manat birdəfəlik ödəmənin verilməsi başa çatdırılıb

Dünən, 12:19- Pandemiyadan zərər çəkmiş sahibkarlara veriləcək 300 milyon manatadək kreditlər dövlət zəmanəti ilə təmin ediləcək

9-07-2020, 14:22- Azərbaycanda Turizm Təlim və Sertifikasiya Mərkəzi yaradılıb

9-07-2020, 12:16- İyulun 1-dək 120 min şəxsə elektron qaydada fərdi hesab açılıb

9-07-2020, 11:41- Prezident İlham Əliyev Bakıda yarımstansiyasının açılışında iştirak edib

9-07-2020, 10:38- Dünyada koronavirusa yoluxanların sayı 12 milyon nəfəri keçib

8-07-2020, 13:50- Bakıda tədrisi digər dillərdə olan bölmələrin I sinfə qəbul üçün məktəb seçiminə başlanılıb

8-07-2020, 12:27- Azərbaycan şahmatçısı Qran-Pridə dünya çempionu ilə oynayacaq

8-07-2020, 11:45- AQTA: Yay aylarında qida zəhərlənmələrinə daha çox təsadüf edilir

8-07-2020, 10:20- Bakının rabitə operatoru 3 min LTE modem alır

7-07-2020, 14:13- ETSN durğun hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib

7-07-2020, 12:28- "Google" və "Deutsche Bank" əməkdaşlıq edəcək

7-07-2020, 11:50- Avropada tarix yazan məşqçilərin adı açıqlanıb: Fatih Terim ən çox uduzan mütəxəssisdir

6-07-2020, 14:32- Dövlət Turizm Agentliyi: Karantin rejiminin bitdiyi günün səhərisi Azərbaycanda turizm bərpa oluna bilər

3-07-2020, 17:15- Bakıda koronavirusa yoluxma ən çox Binəqədi rayonundadır

3-07-2020, 16:42- Balaxanı qəsəbəsi turizm marşrutlarına salınacaq

3-07-2020, 12:36- Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb

3-07-2020, 11:24- İyulun 4-də Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

3-07-2020, 10:09- ÜST: Hazırda 17 koronavirus peyvəndi klinik sınaq məshələsindədir

2-07-2020, 20:12- Sərt karantin rejimi uzadıldı - Rayon və şəhərlərin sayı artırıldı

Haqqımızda Əlaqə

BDU ilə İsrailin Holon Texnologiya İnstitutu arasında əməkdaşlıq əlaqələri genişlənir

Tarix:29-11-2019, 14:32

BDU ilə İsrailin Holon Texnologiya İnstitutu arasında əməkdaşlıq əlaqələri genişlənir Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev universitetin 100 illik yubileyində iştirak etmiş İsrailin Holon Texnologiya İnstitutunun (HİT) prezidenti, professor Eduard Yakubovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yubileydə iştiraklarına görə nümayəndə heyətinə təşəkkür edən rektor Elçin Babayev “Elm və təhsil inteqrasiyası (ISE-2019)” mövzusunda keçirilmiş beynəlxalq konfransın əhəmiyyətindən danışıb, təqdim edilən məruzələrin universitetlərarası əlaqələrin qurulmasında və daha da inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.

Professor Eduard Yakubovun təqdim etdiyi məruzəyə toxunan rektor onun innovasiya, texnologiya və sahibkarlıq əsrində ali təhsilin və tədqiqatların müasir dövrün çağırışlarına cavab verməsi, tədrisin müvafiq istiqamətlərdə qurulması barədə dedikləri fikirləri yüksək qiymətləndirib.

Professor Eduard Yakubov BDU-nun 100 illik yubileyində iştirakına və təqdimatı üçün yaradılmış şəraitə görə təşəkkürünü bildirib. Yubileylə bağlı keçirilmiş tədbirlərin onda xoş təəssürat yaratdığını bildirən Eduard Yakubov elm və təhsil inteqrasiyasına həsr olunmuş beynəlxalq konfransdan müsbət nəticələr gözlədiyini vurğulayıb.

Görüşdə Bakı Dövlət Universiteti, İsrailin İnnovativ Texnologiyalar Qrupu MMC və Holon Texnologiya İnstitutu arasında imzalanmış əməkdaşlıq haqqında protokolun müddəaları müzakirə edilib, ikitərəfli və çoxtərəfli qrant layihələrində iştirak, mübadilə proqramları,birgə tədris və akademik proqramların hazırlanması istiqamətində görülən işlərdən danışılıb.

Sonda qonaqlar universitetin maddi-texniki bazası ilə maraqlanıb, mərkəz və laboratoriyalarda olub, aparılan təqdiqat işləri ilə tanış olublar.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...