Anons

6-12-2019, 17:09- 2022-ci ildən Bakıda yalnız sıxılmış qazla işləyən avtobuslar işləyəcək

6-12-2019, 16:56- “Danışan məktub” filminin tiflo və surdo şərhli versiyasının təqdimatı olub

6-12-2019, 16:44- Endokrinoloq-dietoloq Lalə Şamxalova: "Müalicəni axıra qədər davam etmək lazımdır"

6-12-2019, 16:32- Azərbaycan Könüllülərinin II Həmrəylik Forumu keçirildi

6-12-2019, 16:23- Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır

6-12-2019, 15:48- Azərbaycanda hotellərə ulduz verilməsinə start verilir

6-12-2019, 15:36- Bakıda genişmiqyaslı ağacəkmə kampaniyaları təşkil olunub

6-12-2019, 15:27- Deputatlar Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak edəcəklər

6-12-2019, 15:14- Elmar Vəliyevi vuran Yunis Səfərovla bağlı YENİ ŞOK DETALLAR

6-12-2019, 15:05- İstanbul, Ankara və İzmirdən Azərbaycana ixrac 800 milyon dolları ötüb (ÖZƏL)

6-12-2019, 14:52- Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çində "İmperial Spring - 2019"da çıxış edib

6-12-2019, 14:41- Azərbaycan İtaliya arasında ətraf mühit sahəsində ikitərəfli sənəd imzalanacaq

6-12-2019, 14:33- Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib

6-12-2019, 14:18- Azərbaycanın FİFA hakimləri müəyyənləşib

6-12-2019, 14:09- Bakıda bayram yarmarkaları təşkil ediləcək

6-12-2019, 13:56- Sabahın hava PROQNOZU açıqlandı

6-12-2019, 13:47- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

6-12-2019, 12:55- Əkilən 650 min ağac tingi ETSN tərəfindən təmin edilir

6-12-2019, 12:43- Mənim sevimli həkimim

6-12-2019, 12:34- ADU-da "Mən Çin heroqliflərinin hökmdarıyam" adlı diktant müsabiqə keçirilib

Haqqımızda Əlaqə

Statistika Komitəsi aranı qatdı: Sayımız 10 milyondur, yoxsa 7.9 milyon?

Tarix:18-11-2019, 15:36

Statistika Komitəsi aranı qatdı: Sayımız 10 milyondur, yoxsa 7.9 milyon? "Fikrimcə, ölkə vətəndaşlarının sayını qəsdən azaldırlar və bu təhlükəli tendensiyadır. Həmin rəqəmlər savadsızlıqdan az göstərilibsə, bu da hökumətin fəaliyyətsizliyinin nəticəsidir”


Bu sözləri Mərkəzi Seçki Komissiyasının ölkədə 5,2 milyon seçici, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin isə 2,7 milyon 0-18 yaş arası uşaqların olduğunu deməsi fonunda 10 milyondan artıq əhalisi olan bir ölkədə əhalinin faktiki sayının 7,9 milyon göstərilməsinə münasibət bildirərkən iqtisadçı ekspert Cümşüd Nuriyev deyib.


Həmsöhbətimiz belə vəziyyətin yaranmasında günahı Dövlət Statistika Komitəsində görür: "Dövlət Statistika Komitəsi bütün aləmi qarışdırıb. Bir tərəfdən deyirlər ki, 5,2 milyon iş qabiliyyətli, seçki hüququ olan əhali var. Təxmini hesablamalarıma görə ölkədə əmək müqaviləsi bağlayanlar 3 milyondan bir qədər artıqdır. Onlardan da bəziləri iki-üç yerdə işlədiyindən əmək müqaviləsi bağlayanların sayı bu qədər artıb”.


C. Nuriyev bildirdi ki, Azərbaycanda bu sahədə olan hərc-mərclik dünyanın heç bir dövlətində yoxdur: "Buna son qoymaq lazımdır. Yeni baş nazir iqtisadçıdır. Düşünürəm ki, Əli Əsədov bu kimi neqativ halları aradan qaldırmaq iqtidarındadır və bunu etməlidir. Çünki Dövlət Statistika Komitəsinin məlumatları əksər hallarda Azərbaycanı həddən artıq çətin, biabırçı vəziyyətə salır. Bununla onlar dövlətin imicinə ciddi ziyan vururlar. Görünən odur ki, əhalinin sayı barədə doğru məlumatı gizlədirlər. Çünki ölkə əhalisinin 3 milyona yaxını Azərbaycan vətəndaşlığında qalsalar da, miqrant olaraq xaricə gedib”.


Nuriyevin fikrincə, dövlət ya ikili vətəndaşlıq haqqında qanun qəbul etməli, ya başqa dövlətin vətəndaşlığını qəbul edənləri vətəndaşlıqan çıxarmalıdır: "Bunlar olmadığından həmin sahədə ölkədə dəhşətli hərc-mərclik yaranır. Rusiya deyir ki, ölkəsində 3,4 milyon azərbaycanlı var. Ancaq 80-ci illərin sonlarında onların sayı 600 min nəfər idi. Ukraynada 900 min, Avropa ölkələrində isə 600 min azərbaycanlı yaşayır. Bu rəqəmləri isə Statistika Komitəsi gizlədir. Ona görə bu yaxınlarda apardıqları siyahıyaalınma kompaniyası da iflasa uğradı. Bəzi qurumlar prezidentə yalan məlumat verirlər. Bunu da ya bilərəkdən, ya da savadsızlıqdan edirlər. Bütün hallarda bu yolverilməzdir”.
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...