Anons

Bu gün, 17:09- ÜST yeni koronavirusla bağlı bəyanat verdi: Digər ölkələrə də yayıla bilər

Bu gün, 16:57- Azərbaycanın 8 şəhərinin Baş planı təsdiqlənib

Bu gün, 16:44- Novosibirsk vilayətinin biznes missiyası Azərbaycana gələcək

Bu gün, 16:35- Leyla Məmmədova: Növbəti ildə “Kənddən Şəhərə” satış mərkəzlərinin sayı artırılacaq

Bu gün, 16:18- Rəşad Cəfərov: “İpoteka və Kredit Zəmanət Fondu üçüncü açıqlamasında vətəndaşları günahkar çıxarsa, təəccüblü görünməyəcək”

Bu gün, 16:11- Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

Bu gün, 16:02- Bakı Avtovağzalında ilk dəfə kitabxana məntəqələri fəaliyyətə başlayıb

Bu gün, 15:50- “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində

Bu gün, 15:39- Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub

Bu gün, 15:25- “Kitabsevər uşaqlar” Facebook səhifəsinin izləyiciləri artır

Bu gün, 15:16- Paltar Yuyucu toz – Birinci dünya müharibəsi

Bu gün, 15:07- Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti ADU-da olub

Bu gün, 14:48- Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranmasının 8 ili tamam olur

Bu gün, 13:59- “Milli KSM Mükafatı 2019”un qalibləri açıqlanıb

Bu gün, 13:47- Nərminin qətlində təqsirləndirilən şəxs barədə qərar verildi

Bu gün, 13:38- ADRA 2020-ci ildə bir sıra yeniliklər tətbiq edəcək

Bu gün, 11:24- Bu qadın məktəblərdə qızları oğurlamaq istəyir? - Rəsmi açıqlama

Bu gün, 11:16- Azərbaycanda koronavirusun qarşısı necə alınır? - ÜST qiymət verdi

Bu gün, 11:03- Putin özünə iki yeni köməkçi təyin etdi

Bu gün, 10:57- Azərbaycanda kompüter istehsalı artıb

Haqqımızda Əlaqə

Dövlət Agentliyinin sədr müavini İən Xana xüsusi müsahibə veri

Tarix:7-11-2019, 15:20

Dövlət Agentliyinin sədr müavini İən Xana xüsusi müsahibə veri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məşhur futurist-jurnalist İən Xana xüsusi müsahibə verib. İən Xan İKT ilə əlaqədar mövzular əsasında Forbes jurnalına töhfələr verir, həmçinin CNN telekanalında yayımlanan gələcək texnologiyalarla əlaqədar proqramların müəllifidir.

Dövlət Agentliyinin sədr müavini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlardan danışıb. Həmçinin bu islahatların tərkib hissəsi olan "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri, habelə elektron hökumət quruculuğu məsələləri barədə ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, davamlı inkişafın təmin edilməsi baxımından dövlət xidmətlərinin göstərilməsindəki irəliləyişlər digər sahələrə də müsbət təsirə malikdir. Müsahibə zamanı texnologiyaların gələcəyi, dövlət xidmətlərinin göstərilməsində tətbiq olunması nəzərdə tutulan innovasiyalar məsələsinə də toxunulub.

Qeyd edək ki, müsahibə mütəmadi keçirilən Ümumdünya Hökumət Zirvə Toplantısı çərçivəsində cari ilin fevral ayında dövlət xidmətləri mövzusunda Birləşmiş Ərəb Əmirliyi tərəfindən təşkil edilmiş xüsusi Forumla əlaqədar reallaşdırılıb.

Forum çərçivəsində dövlət idarəçiliyi və dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübəyə sahib olan ölkələr barədə məlumatlılığın qlobal səviyyədə genişləndirilməsi məqsədi ilə xüsusi videomaterial da hazırlanır.

Videomaterialda Dövlət Xidmətləri Forumunun təsis iclasında iştirak etmiş Azərbaycan, ABŞ, Kanada, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Səudiyyə Ərəbistanı, Niderland, Estoniya kimi ölkələrin müvafiq sahə üzrə təcrübələrindən bəhs ediləcək. Eyni zamanda bu ölkələrdə İKT-nin, gələcəkdə dövlət xidmətlərinin tətbiqi ilə bağlı strateji baxışlar öz əksini tapacaq.

Dövlət Xidmətləri Forumunda təmsil olunan ölkələrdən biri kimi Azərbaycan Respublikasının da bu sahədə qabaqcıl təcrübəsi müvafiq videomaterialda nümayiş etdiriləcək.

Xüsusi müsahibə 2020-ci il Ümumdünya Hökumət Zirvə Toplantısı çərçivəsində təşkil olunacaq Dövlət Xidmətləri Forumunda, eləcə də digər xarici kütləvi informasiya vasitələrində nümayiş etdiriləcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...