Anons

Bu gün, 20:32- “Keşlə” dairəsində görüntülənən YPX haqqında Vaqif Əsədovdan RƏSMİ AÇIQLAMA - VİDEO

Bu gün, 17:51- Dr.kosmetoloq Həcər Hüseynova: "Məşhur kosmetoloq olmaq istəyirəm"

Bu gün, 17:27- Övladını məktəbdən götürməyə tələsən ana onu maşınla vurdu - VİDEO

Dünən, 23:52- Bakı Yol Polisi: Təhlükəsizliyimizi birgə təmin edək - VİDEO ÇARX

Dünən, 23:00- BAKI YOL POLİSİ və YPX.AZ: #TelefonaYoxYolaBax!

Dünən, 17:42- Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir

Dünən, 17:20- Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib

Dünən, 16:54- Azərbaycanın ixracında özəl sektorun payı ötən ay kəskin artıb

Dünən, 16:25- Abşeron RİH-i başçısının Görədil sakinləri ilə görüşü keçirildi

Dünən, 15:58- I sinfə qəbul qaydaları açıqlanıb

Dünən, 15:46- Azərbaycanda yaşıllıqlara nəzarət üçün elektron baza yaradılır

Dünən, 15:37- Bakıya yeni metro vaqonları gətiriləcək

Dünən, 15:25- Məktəblilərarası “Avropa Pul Viktorinası”na qeydiyyat başlayıb

Dünən, 15:13- İranda koronavirusdan ölənlərin sayı 4 nəfərə çatdı

Dünən, 15:04- Milli Paralimpiya Komitəsinin rəhbərliyində dəyişiklik olub

Dünən, 14:52- Bakı metrosu 4G şəbəkəsi ilə əhatə olunacaq

Dünən, 14:39- Məktəblərdə Beynəlxalq Ana Dili Günü qeyd olunub

Dünən, 13:28- Ötən gün yol qəzalarında 6 nəfər ölüb

Dünən, 13:20- Kibertəhlükəsizlik üzrə Gənclərin İnternet İdarəçilik Forumu keçiriləcək

Dünən, 12:55- Azərbaycan İtaliyadan hərbi təyyarələr alacaq

Haqqımızda Əlaqə

Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar rəsm müsabiqəsi elan edilir

Tarix:6-11-2019, 15:29

Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar rəsm müsabiqəsi elan edilir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qadına qarşı zorakılıq, ümumən məişət zorakılığı əleyhinə maarifləndirmə məqsədilə “Şiddətin rəngi” adlı rəsm müsabiqəsi elan edir.

Nazirlikdən verilən məlumata görə, müsabiqənin məqsədi məişət zorakılığı anlayışı, məişət zorakılığı halları və onun doğurduğu mənfi nəticələr barədə yeniyetmə və gənclər arasında məlumatlılığın artırılması, yüksək mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan ailə münasibətlərinin təbliğ edilməsi, həmin problemin miqyası, təzahürü və cəmiyyətin müxtəlif sahələrinə mənfi təsiri barədə maarifləndirmə işinin aparılmasıdır.

Rəsm əsərlərinin məzmunu məişət zorakılığının mənfi nəticələrini və zorakılığa məruz qalmış qadının iztirablarını ifadə etməlidir.

Müsabiqədə iştirak etmək üçün www.sosial.gov.az saytında “İctimaiyyətlə əlaqələr” bölməsində “Elanlar” yarımbölməsinə və ya https://forms.gle/mwXWsPpdiEVL68CP6 linkinə daxil olaraq anket formasını doldurmaq tələb olunur.

Qeydiyyat noyabrın 20-dək aparılacaq.

Çəkilən rəsmlər və şəxsiyyət vəsiqəsinin sürəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Sosial təminat siyasəti şöbəsinə təqdim edilməlidir (ünvan: Salatın Əsgərova, 85, əlaqə telefonu 541 97 27).

Seçim 15 - 29 yaş kateqoriyası üzrə keçirilir. Sərgidə nümayiş üçün seçilən əsərlərin müəlliflərinə Fəxri fərman və pul mükafatları təqdim ediləcək:

1-ci yer üzrə 1 nəfərə 500 manat;

2-ci yer üzrə 2 nəfərin hər birinə 300 manat;

3-cü yer üzrə 3 nəfərin hər birinə 200 manat.

Həmçinin həvəsləndirici yerlər üzrə 5 nəfərin hər birinə 100 manat mükafat verilməsi nəzərdə tutulur.

Müsabiqənin qalibləri haqqında məlumat 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş sərgidə ictimaiyyətə açıqlanacaq.

Məlumat üçün deyək ki, BMT Baş Assambleyasının 17 dekabr 1999-cu il 54/134 saylı qətnaməsinə əsasən 25 noyabr - Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edilib. BMT Baş Assambleyası ictimaiyyətin diqqətinin bu problemə yönəldilməsi üçün hökumət, qeyri-hökumət və beynəlxalq təşkilatlara bu mövzuda müxtəlif tədbirlərin keçirilməsini təklif edir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...