Anons

Bu gün, 17:07- Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

Bu gün, 16:53- Bu ixtisas üzrə qabiliyyət imtahanlarında iştirak üçün tələb dəyişdirildi

Bu gün, 16:46- Dünyanın ən bahalı saatı satıldı

Bu gün, 16:32- Sürücülərin diqqətinə! Bunu etməsəniz 40-60 AZN cərimələnəcəksiz- VİDEO

Bu gün, 16:06- Maliyyə bazarlarına çıxışa dair ictimai müzakirə keçiriləcək

Bu gün, 15:57- Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb

Bu gün, 15:39- Dünya dini liderlərinin II Bakı Sammiti keçiriləcək

Bu gün, 15:28- 12 noyabr – Konstitusiya günü

Bu gün, 15:16- Ölkədə bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

Bu gün, 15:07- Azərbaycan ABŞ-a 33 mln.dollarlıq alüminium ixrac edəcək

Bu gün, 14:52- Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı XƏBƏRDARLIQ edildi

Bu gün, 14:43- Azərbaycanlı MMA döyüşçüsü “Bellator”da

Bu gün, 14:34- Azərbaycan hava limanlarında sərnişin axını rekord həddə çatıb

Bu gün, 14:25- Perunun Azərbaycandakı səfirliyi bağlanır

Bu gün, 13:36- Bakıda 3 icra başçısı təyin edildi - Millət vəkilinə vəzifə verildi

Bu gün, 13:24- Prezident iki icra başçısı təyin etdi, birini işdən çıxartdı

Bu gün, 13:17- Daha 5 istiqamətdə avtobusların gecə reyslərinin açılması planlaşdırılır

Bu gün, 12:38- Dövlət Agentliyində cari ilin ilk 9 ayının nəticələri müzakirə olunub

Bu gün, 12:26- Ceyhun İmanov ilə Brend = Təcrübə adlı tədbir keçiriləcək

Bu gün, 12:15- Bakıda fəhlələr kanalizasiya quyusuna düşərək öldü, cinayət işi başlandı

Haqqımızda Əlaqə

BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa keçirilib

Tarix:18-10-2019, 12:02

BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa keçirilib Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) dəyirmi masa keçirilib.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov BDU-nun 100 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib, universitetin tarixindən, xalqımızın inkişafında oynadığı roldan danışıb. Rektor yüzlərlə görkəmli alim, tanınmış ictimai xadim və yaradıcı ziyalılar yetişdirən universitetin 100 illik yubileyinin UNESCO-da təntənə ilə keçirildiyini xatırladıb, yubileylə əlaqədar növbəti tədbirin ADPU-da keçirilməsindən məmnunluq duyduğunu bildirib.

BDU-nun rektoru Elçin Babayev tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib. Bakı Dövlət Universitetinin 100 il ərzindəki fəaliyyətinin uğurları barədə geniş məlumat verən rektor Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin universitetin inkişafına daimi diqqət və qayğı göstərdiyini bildirib. Universitetin əsas inkişaf istiqamətinin təhsil, elm, innovasiyalar, sosiallıq və beynəlmiləlləşmək olduğunu diqqətə çatdıran rektor universitetin növbəti 100 illiyə yeni enerji ilə qədəm qoyaraq daha böyük uğurlar qazanacağına əminliyini ifadə edib.

ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Sosial və humanitar məsələlər üzrə prorektoru, professor Fikrət Rzayev, ADPU-nun İbtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov 100 illik yubileyin çox əlamətdar hadisə olduğunu, BDU-nun ötən illər ərzində çox böyük uğurlara imza atdığını vurğulayıblar.

BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Sosial elmlər və psixologiya fakültəsinin dekanı, professor Hikmət Əlizadə Azərbaycan elminin və təhsilinin inkişafında, yüksəkixtisaslı kadrların yetişdirilməsində və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında BDU-nun böyük xidmətləri olduğunu diqqətə çatdırıblar.

Tədbir iştirakçıları ADPU-da fəaliyyət göstərən BDU məzunlarının elmi əsərlərindən ibarət sərgi və Türksoy kafedrası ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.

Tədbirdə BDU-nun və ADPU-nun rəhbərliyi, professor-müəllim heyətləri və tələbələri iştirak ediblər.

BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa keçirilib
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa keçirilib
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa keçirilib
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...