Anons

Bu gün, 20:53- Qaradağ Rayon İcra Hakimiyyəti başçısının və millət vəkilinin təşəbbüsü ilə şəhid ailələrinə növbəti dəfə baş çəkilib

Bu gün, 19:25- 20 yanvar faciəsinin şəhidləri qan yaddaşımızda əbədi yaşayacaq

Bu gün, 12:09- Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hərəkət dayandırıldı

Bu gün, 10:42- Azərbaycanda 20 Yanvar faciəsinin 31-ci ildönümü qeyd olunur

Dünən, 17:15- Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında Yol Xəritəsi imzalanıb

Dünən, 16:32- Tullantıların idarəolunması üçün 8 regional poliqon yaradılacaq - Nazirlik

Dünən, 16:07- Azərbaycanda 949 nəfər COVID-19-dan sağalıb, 305 nəfər yoluxub, 10 nəfər vəfat edib

Dünən, 15:44- “Zəfər yolu” sentyabr ayınadək asfaltlanaraq istifadəyə veriləcək

Dünən, 15:20- Türkiyə Azərbaycanla Preferensial ticarət sazişini ratifikasiya edib

Dünən, 14:51- COVİD-19-a qarşı vaksin bu şəxslərə vurulmaya bilər - RƏSMİ

Dünən, 14:13- Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının görəcəyi işlər - SİYAHI

Dünən, 13:38- Qarabağ Dirçəliş Fondunun strukturu təsdiqləndi, nizamnamə fondu isə 1 milyon manatdır

Dünən, 13:06- Polietilen torbaların, birdəfəlik plastik qabların idxalına qadağa qoyuldu - DGK

Dünən, 12:47- Xaricə səfər üçün peyvəndlə bağlı sənəd tələb ediləcək? - TƏBİB açıqladı

Dünən, 12:19- Azərbaycan regionda yeni reallıqlar yaradır

Dünən, 11:52- Azərbaycanla İran arasında yeni avtomobil körpüsü tikiləcək

Dünən, 11:13- İbrahimoviç: “Mən Zlatana inanıram”

Dünən, 10:39- Bakıda qarlı havaya görə 50-dən çox texnika hazır vəziyyətə gətirildi

Dünən, 10:04- Azərbaycan 2020-ci ildə 13 milyard dollardan çox məhsul ixrac edib

18-01-2021, 22:28- Prezidentin Şuşaya səfəri Qarabağı qısa müddətdə bərpa edəcəyimizi bütün dünyaya bir daha göstərdi

Haqqımızda Əlaqə

Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişir

Tarix:16-10-2019, 16:46

Azərbaycanda ünvanlı sosial yardımın alınması qaydası dəyişir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nda dəyişikliklər edilməsi barədə” Nazirlər Kabinetinin qərar layihəsində Qaydalara müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib. Onun sözlərinə görə, layihədə sosial yardım təyin olunan ailənin orta aylıq gəliri hesablanarkən borcun (o cümlədən kreditin) gəlir kimi nəzərə alınmaması əksini tapır.

Qeyd edək ki, mövcud qanunvericilikdə ailənin ünvanlı dövlət sosial yardım almaq hüququna baxılması zamanı onun orta aylıq gəliri hesablanarkən, götürdüyü borc (o cümlədən kredit) də nəzərə alınır. Sosial yardımın təyinatından sonra da ailə üzvünün kredit götürməsi və bu barədə məlumat verməməsi səbəbindən ailəyə sosial yardım ödənişi dayandırılır. Yenidən sosial yardım üçün müraciət etmək hüququ isə 1 il müddətinə məhdudlaşdırılır. Bu isə həmin aztəminatlı ailələrin sosial yardım proqramından dolğun şəkildə yararlana bilməməsinə səbəb olur, nəticədə onların maddi rifahına mənfi təsir göstərir.

Artıq yeni layihə bu məhdudiyyətin aradan qaldırılmasına, ailə üzvünün götürdüyü kreditin ailənin sosial yardım hüququna maneə olmamasına imkan yaradacaq. Eyni zamanda, yeni layihədə aztəminatlı ailələrə potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri və gəlirlərini artırmaları üçün aktiv şəkildə dəstək verilməsi məqsədi də ifadə olunur. Bununla əlaqədar sosial yardım təyin olunan ailənin özünüməşğulluq proqramına cəlb edilməsi də layihədə yer alır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...