Anons

Bu gün, 17:09- ÜST yeni koronavirusla bağlı bəyanat verdi: Digər ölkələrə də yayıla bilər

Bu gün, 16:57- Azərbaycanın 8 şəhərinin Baş planı təsdiqlənib

Bu gün, 16:44- Novosibirsk vilayətinin biznes missiyası Azərbaycana gələcək

Bu gün, 16:35- Leyla Məmmədova: Növbəti ildə “Kənddən Şəhərə” satış mərkəzlərinin sayı artırılacaq

Bu gün, 16:18- Rəşad Cəfərov: “İpoteka və Kredit Zəmanət Fondu üçüncü açıqlamasında vətəndaşları günahkar çıxarsa, təəccüblü görünməyəcək”

Bu gün, 16:11- Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarına müraciət edib

Bu gün, 16:02- Bakı Avtovağzalında ilk dəfə kitabxana məntəqələri fəaliyyətə başlayıb

Bu gün, 15:50- “Yaradıcı oxucularımız” layihəsi çərçivəsində

Bu gün, 15:39- Dövlət Agentliyi Dünya İqtisadi Forumunda təmsil olunub

Bu gün, 15:25- “Kitabsevər uşaqlar” Facebook səhifəsinin izləyiciləri artır

Bu gün, 15:16- Paltar Yuyucu toz – Birinci dünya müharibəsi

Bu gün, 15:07- Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının nümayəndə heyəti ADU-da olub

Bu gün, 14:48- Dövlət Gömrük Komitəsinin Akademiyasının yaranmasının 8 ili tamam olur

Bu gün, 13:59- “Milli KSM Mükafatı 2019”un qalibləri açıqlanıb

Bu gün, 13:47- Nərminin qətlində təqsirləndirilən şəxs barədə qərar verildi

Bu gün, 13:38- ADRA 2020-ci ildə bir sıra yeniliklər tətbiq edəcək

Bu gün, 11:24- Bu qadın məktəblərdə qızları oğurlamaq istəyir? - Rəsmi açıqlama

Bu gün, 11:16- Azərbaycanda koronavirusun qarşısı necə alınır? - ÜST qiymət verdi

Bu gün, 11:03- Putin özünə iki yeni köməkçi təyin etdi

Bu gün, 10:57- Azərbaycanda kompüter istehsalı artıb

Haqqımızda Əlaqə

Əcnəbiyə ərə gedən Azərbaycan qadınlarının sayı əcnəbi ilə evlənən kişilərin sayından daha çox olub (ÖZƏL)

Tarix:10-10-2019, 10:29

Əcnəbiyə ərə gedən Azərbaycan qadınlarının sayı əcnəbi ilə evlənən kişilərin sayından daha çox olub (ÖZƏL)
Son illər ərzində Azərbaycanda xarici vətəndaşla ailə həyatı quran qadınların sayı əcnəbi qadınla evlənən kişilərin sayından daha çox olub.

Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildiriblər ki, son 5 ildə Azərbaycan vətəndaşı olan 6409 qadın xarici ölkə vətəndaşı ilə ailə həyatı qurub. Həmin müddətdə 6109 Azərbaycan vətəndaşı olan kişi əcnəbi ilə rəsmi nikaha daxil olub.

2014-cü ildə Azərbaycan vətəndaşı olan qadınlarla xarici ölkə vətəndaşı olan kişilər arasında bağlanmış nikahların sayı 1635 olduğu halda, 2015-ci ildə bu say 1291, 2016-cı ildə 1148, 2017-ci ildə 1202, 2018-ci ildə 1133 olub. Kişilərə gəldikdə, 2014-cü ildə Azərbaycan vətəndaşı olan kişilərlə xarici ölkə vətəndaşı olan qadınlar arasında bağlanmış nikahların sayı 1499 olub. Sonrakı illərdə isə bu rəqəm getdikcə azalıb. 2015-ci ildə 1281 nəfər, 2016-cı ildə 1121 nəfər, 2017-ci ildə 1158 nəfər, 2018-ci ildə 1060 nəfər Azərbaycan vətəndaşı olan kişi əcnəbi qadınla ailə qurub.

Bu ilin ötən dövrü ərzində də əcnəbi ilə evlənən kişilərin sayı qadınların sayından az olub. 2019-cu ilin yanvar-iyul fevral ayları ərzində 722 nəfər Azərbaycan vətəndaşı olan qadın əcnəbi ilə nikaha daxil olduğu halda, 565 kişi xarici ölkə vətəndaşı olan qadınla ailə həyatı qurub.

Azərbaycan vətəndaşı olan qadınlarla nikaha daxil olan xarici ölkə vətəndaşları daha çox Rusiya, Türkiyə və Gürcüstan, Azərbaycan vətəndaşı olan kişilərlə nikaha daxil olan xarici ölkə vətəndaşları isə daha çox Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...