Anons

Dünən, 17:10- BDYPİ-də təyinat: Kamran Əliyev yenidən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi oldu

Dünən, 16:56- BDU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Dünən, 16:33- Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb

Dünən, 16:15- YAP ödənişsiz efir vaxtından İMTİNA ETDİ

Dünən, 15:57- Azərbaycan Kredit Bürosuna 12 yeni təşkilat qoşulub

Dünən, 15:48- “Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb

Dünən, 15:25- Qəzaya düşən şagirdlərin vəziyyəti necədir? - Rəsmi açıqlama

Dünən, 15:14- Xaricdəki Azərbaycan evlərinin sayı artır

Dünən, 15:06- Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək

Dünən, 14:52- Bakıda 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi vaxt açıqlandı

Dünən, 14:43- ADU-da Ülvi Bünyadzadəyə həsr olunan müsabiqəyə yekun vurulub

Dünən, 14:31- “20 Yanvar: şəhidlər ölməz, Vətən bölünməz”

Dünən, 14:23- Metropolitenin alternativ enerji üçün dizel generatorları xəttə qoşulub

Dünən, 14:05- AQTA saxta yağlarla bağlı xəbərdarlıq etdi

Dünən, 13:53- Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Dünən, 13:39- Sabah külək güclənəcək

Dünən, 13:28- Bakı Metropoliteni daha 16 müasir ventilyator alır, gələn ay gətiriləcək

Dünən, 13:16- Azərbaycanda səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaq

Dünən, 13:07- Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

Dünən, 12:54- Yanvarın 20-də “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Haqqımızda Əlaqə

Dövlət hesabına verilən “Rus dili” dərsliyi satılır? - Nazirlikdən AÇIQLAMA

Tarix:9-10-2019, 11:42

Dövlət hesabına verilən “Rus dili” dərsliyi satılır? - Nazirlikdən AÇIQLAMA Orta məktəblərdə tədris olunun "Rus dili" dərsliyi şagirdlərə paylanılmır. Belə ki, müəllimlər şagirdlərə “bu dərsliyi özünüz pulla alın” deyir.

Halbuki, orta məktəb şagirdlərinə bütün digər dərsliklər pulsuz olaraq paylanılır.

Belə olan təqdirdə niyə "Rus dili" dərsliyi paylanılmır?!

Üstəlik niyə şagirdlər adıçəkilən dərsliyi pulla almalıdırlar?!


Məsələ ilə bağlı Təhsil Nazirliyi Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarına əsasən, bu gün rus dili həm “Tədris dili”, həm “Əsas xarici dil”, həm də “İkinci xarici dil” fənni kimi tədris olunur:


“Əgər rus dili “Tədris dili” və “Əsas xarici dil” fənni kimi tədris olunursa, onun tədrisinə 1-ci sinifdən başlanılır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən dövlət ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin hamısı bütün dərsliklərlə, eləcə də “Rus dili (tədris dili)” və “Rus dili (əsas xarici dil)” fənni üzrə dərsliklərlə dövlət vəsaitləri hesabına təmin olunurlar”.

Nazirlikdən verilən məlumata görə, belə halın olması yolverilməzdir:


“Əgər hardasa, valideynlər tərəfindən dərsliklərin onların öz vəsaitləri hesabına aldırılması faktı varsa, bu, birmənalı olaraq qanunaziddir və yolverilməzdir. Belə faktlarla bağlı müraciətlər Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə zəng etməklə və ya [email protected] elektron poçtuna yazmaqla bildirilə bilər.

Əgər ümumi təhsil müəssisəsində rus dili “İkinci xarici dil” fənni kimi tədris olunursa, onun tədrisinə əsasən 5-ci sinifdən başlanılır. Qeyd edək ki, elə fənlər var ki, onun üçün dərslik mövcud deyil və o, müəllim üçün hazırlanan tövsiyələr vasitəsilə həyata keçirilir. “İkinci xarici” dil fənni də onlardandır. Yəni, göründüyü kimi “Rus dili (ikinci xarici dil)” fənni üzrə dərslik nəzərdə tutulmadığı üçün şagirdlərin onunla təminatından söhbət gedə bilməz. “Rus dili (ikinci xarici dil)” fənni üzrə hazırlanmış müəllim üçün tövsiyələr həm elektron, həm də kağız formatda bütün ümumi təhsil müəssisələrində var və bu fənni tədris edən müəllimlər həmin tövsiyələrdən istifadə edərək tədris prosesini düzgün qurmalıdırlar.

Xüsusi olaraq vurğulayaq ki, bəzən “Rus dili (əsas xarici dil)” dil fənninin tədrisi üçün nəzərdə tutulan dərsliklərin “Rus dili (ikinci xarici dil)” fənninin tədrisində də istifadə etmək niyyəti olur ki, bu doğru deyildir. Bu fənlərin təhsil proqramları (kurikulumları), təhsil dövrləri, həftəlik dərs saatlarının miqdarı və s. fərqlidir və onların eyni vəsaitdən istifadə edilərək tədrisi mümkün deyildir”.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...