Anons

Dünən, 17:10- BDYPİ-də təyinat: Kamran Əliyev yenidən İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi oldu

Dünən, 16:56- BDU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Dünən, 16:33- Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb

Dünən, 16:15- YAP ödənişsiz efir vaxtından İMTİNA ETDİ

Dünən, 15:57- Azərbaycan Kredit Bürosuna 12 yeni təşkilat qoşulub

Dünən, 15:48- “Nar” 4,5G baza stansiyalarının sayını 60% artırıb

Dünən, 15:25- Qəzaya düşən şagirdlərin vəziyyəti necədir? - Rəsmi açıqlama

Dünən, 15:14- Xaricdəki Azərbaycan evlərinin sayı artır

Dünən, 15:06- Bakıda bəzi avtobusların hərəkət trayektoriyası dəyişəcək

Dünən, 14:52- Bakıda 3 mərtəbəli metro stansiyasının istifadəyə veriləcəyi vaxt açıqlandı

Dünən, 14:43- ADU-da Ülvi Bünyadzadəyə həsr olunan müsabiqəyə yekun vurulub

Dünən, 14:31- “20 Yanvar: şəhidlər ölməz, Vətən bölünməz”

Dünən, 14:23- Metropolitenin alternativ enerji üçün dizel generatorları xəttə qoşulub

Dünən, 14:05- AQTA saxta yağlarla bağlı xəbərdarlıq etdi

Dünən, 13:53- Paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Dünən, 13:39- Sabah külək güclənəcək

Dünən, 13:28- Bakı Metropoliteni daha 16 müasir ventilyator alır, gələn ay gətiriləcək

Dünən, 13:16- Azərbaycanda səyyar biotəhlükəsizlik laboratoriyaları yaradılacaq

Dünən, 13:07- Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün VAXTI məlum oldu

Dünən, 12:54- Yanvarın 20-də “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Haqqımızda Əlaqə

ADU-da Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Tarix:9-10-2019, 11:02

ADU-da Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş tədbir keçiriləcək Oktyabrın 12-də Azərbaycan Dillər Universitetində (ADU) AMEA "Türkologiya" jurnalı, Bakı Yunus Əmrə İnstitutu və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Kitabi – Dədə Qorqud” dastanına həsr olunmuş Sovet-Türk kollokviumunun 30 illiyinə və dastanın yeni tapılmış “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” adlı boyunun müzakirəsinə həsr olunmuş dəyirmi masa keçiriləcək. Dəyirmi masada Azərbaycanın və Türkiyənin görkəmli alimləri iştirak edəcək.

Elmi yığıncaq iki hissədən ibarət olacaq. Sovet-Türk” kollokviumunun (1988) 30 illiyinə həsr olunan yığıncağın birinci hissəsi akademik Teymur Kərimli və professor Osman Fikri Sərtqayanın moderatorluğu ilə keçiriləcək. Bu bölmədə ADU-nun rektoru, “Türkologiya” jurnalının baş redaktoru, akademik, Xalq yazıçısı Kamal Abdulla, Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, türkiyəli professorlar Əhməd Bican Ercilasun, Saim Sakaoğlu, Fikrət Türkmən, professor Tofiq Məlikli, AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov, AMEA Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxış edəcəklər.

“Kitabi-Dədə Qorqud” dastanının yeni tapılmış “Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi” boyunun müzakirəsinə həsr olunacaq iclasın ikinci hissəsi tanınmış türkoloq alim professor Əhməd Bican Ercilasunun və akademik Möhsün Nağısoylunun moderatorluğu ilə Azərbaycan və Türkiyəli alimlərin birgə iştirakıyla keçiriləcək. Bu bölmədə Ege Universitetinin professoru Metin Ekici, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, professor Ramazan Qafarlı, Balıkesir Universitetinin professoru Ali Duymaz, türkiyəli professorlar Əhməd Bican Ercilasun, Osman Fikri Sertkaya, Bakı Dövlət Universitetinin “Türkologiya” kafedrasının müdiri, professor Ramiz Əskər, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri Əfzələddin Əskər, AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, professor Seyfəddin Rzasoy çıxış edəcəklər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...