Anons

Bu gün, 16:09- QAQB-nin ali məclisinin toplantısı keçirildi

Bu gün, 15:21- Yerli məhkəmələrə yeni səlahiyyət verilib

Bu gün, 15:12- Daha177 vərəsəyə birdəfəlik ödəmə veriləcək

Bu gün, 15:00- Azərbaycanda yeni medallar təsis edilir

Bu gün, 14:49- Almaniyada fermerlər tətil edir - Berlində mərkəzi küçələr bağlandı

Bu gün, 14:37- Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir

Bu gün, 14:28- Kimlər övladlığa uşaq götürə bilər? - Yeni qaydalar

Bu gün, 14:16- Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib

Bu gün, 13:55- Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü olub

Bu gün, 13:43- Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib

Bu gün, 13:30- Həftə sonuna qədər bu küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq - SİYAHI

Bu gün, 13:21- “Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb

Bu gün, 12:12- Dumanlı hava şəraiti hökm sürəcək

Bu gün, 11:59- Azərbaycanda şüşə zavodunun tikintisi başa çatır - Nazir müavini

Bu gün, 11:48- “Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb

Bu gün, 11:36- Smartfonlar üçün süni dəridən "emosional" örtük yaradıldı - Video

Bu gün, 11:27- Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”

Bu gün, 11:13- Dini liderlərin Bakı sammitinin hansı aktual çağırışları olacaq?..

Bu gün, 11:05- Təhsil Nazirliyində yeni TƏYİNATLAR

Bu gün, 10:54- "Qızıl top"a iddialılar məlum oldu

Haqqımızda Əlaqə

Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib

Tarix:20-09-2019, 16:32

Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib İtaliyanın Triest şəhərində yerləşən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) direktoru, elementar zərrəciklər və yüksək enerjilər fizikası sahəsində tanınmış nəzəriyyəçi-alim, Kembric Universitetinin professoru Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib. Səfərin əsas məqsədi Bakı Dövlət Universiteti ilə Beynəlxalq Nəzəri Fizika Mərkəzi arasında sıx elmi əlaqələrin qurulması, müxtəlif elm sahələrində, xüsusilə də fizika və riyaziyyatın nəzəri və tətbiqi məsələləri üzrə birgə elmi-tədqiqat işlərinin təşkili və planlaşdırılması, ikitərəfli əməkdaşlıq çərçivəsində magistrlar, gənc alim və tədqiqatçılar üçün daha geniş auditoriyanı əhatə edəcək beynəlxalq layihələrin və proqramların təşkili imkanlarının müzakirəsidir. Bu məqsədlə iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu rektor Elçin Babayev və Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru Fernando Quevedo imzalayıb, onun əhəmiyyətini qeyd ediblər. AMEA Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov memorandumun hər iki tərəfə faydalı olacağına əminliyini ifadə edib.

Bakı Dövlət Universiteti vahid elmi-texniki siyasəti formalaşdırmaq, bu siyasət çərçivəsində müxtəlif elm sahələrində elmi-texniki nailiyyətlərin, qabaqcıl təcrübənin və yeni texnologiyanın öyrənilməsi və onların tətbiq edilməsi üçün bir çox beynəlxalq təşkilatlarla davamlı olaraq əməkdaşlıq edir. Universitet ölkədə elm və təhsil sahəsində nüfuzlu beynəlxalq təşkilatların təşəbbüslərini daim dəstəkləyir və bu istiqamətdə ən müasir təcrübənin ölkəmizə gətirilməsini prioritet hesab edir. Bu baxımdan imzalanan memorandum çərçivəsində nəzəri və tətbiqi fizika, riyaziyyat, fənlərarası tədqiqatlar sahəsində dünya elminin ən mühüm istiqamətləri üzrə Bakı Dövlət Universitetinin elmi potensialının gücləndirməsinə və bu yolla Universitetin dünya elmində yüksək səviyyələrdə mövqeləndirilməsini təmin edilməsinə imkan yaradan zəruri tədbirləri həyata keçirmək, gənclərin dünyanın elmi inkişaf mühitinə inteqrasiya edilməsini və innovativ düşüncə və rəqabətədavamlı biliyə yiyələnmələrini təmin etmək üçün beynəlxalq ixtisasartırma və mübadilə proqramlarında iştirakına şərait yaratmaq, müxtəlif səviyyələrdə birgə elmi tədbirlərin, o cümlədən elmi-praktiki toplantıların, konfransların, seminarların və digər elmi tədbirlərin təşkili, keçirilməsi, dəstəklənməsi barədə razılığa gəlinib.

Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib
Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru professor Fernando Quevedo Bakı Dövlət Universitetinə rəsmi səfərə gəlib
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...