Anons

28-05-2020, 10:09- Azərbaycan Xalq Cümhuriyyətinin 102 yaşı tamam olur

26-05-2020, 18:41- Sosial Psixoloq Aytac Çingizqızı boşanmalar barədə danışdı

26-05-2020, 16:08- Son 1 il ərzində “Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

18-05-2020, 16:26- Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova yeni şeirini kitabxanaya təqdim etdi

15-05-2020, 16:33- Azərbaycanda SMS icazə sistemi ləğv olunur.

14-05-2020, 17:15- Azərbaycanda koronavirusa yoluxanların sayı 2879 nəfərə çatdı

14-05-2020, 13:22- Sahibkarlar "Asan İmza" ilə Azərbaycan Beynəlxalq Bankında onlayn hesab aça biləcəklər

14-05-2020, 12:34- Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı

14-05-2020, 11:09- Dünyada koronavirusa ən çox yoluxma ilk dəfə Amerika qitəsində qeydə alınıb

13-05-2020, 20:15- Stilist Şəhla İbrahimova: "Bu yerə öz gücümlə gəlmişəm"

11-05-2020, 23:20- Sübut Əsədov: Korrupsiyaya və rüşvətə son qoyulmalıdır.

8-05-2020, 18:17- “Nar” koronavirusla mübarizə məqsədilə təxirəsalınmaz addımlar atır” – Baş İcraçı direktor Q.Panke

8-05-2020, 17:15- Operativ Qərargahın məlumatı – Bakı Metropoliteni fəaliyyətini bərpa edir

8-05-2020, 12:03- Quba Suvarma Sistemləri İdarəsində dövlətin pulu belə “yuyulur”-NONSES

8-05-2020, 11:30- Ötən il övladlığagötürmə ilə bağlı 200 müraciət olub

8-05-2020, 10:15- Şuşasız 28 il...

6-05-2020, 12:47- BDU-DA BEYNƏLXALQ VİRTUAL ELMİ KONFRANS KEÇİRİLİR

5-05-2020, 22:34- Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının ilk iclası keçirilib

5-05-2020, 13:27- Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyi Rəyasət Heyyətinin vatcap və FB üzərindən növbəti onlayn toplantısı keçirildi.

5-05-2020, 13:21- Ceyhun Zeynallı niyə həbs olunub?-Rəna Ağarzayeva 397 min manatı kimə və niyə verib?

Haqqımızda Əlaqə

ADU kollektivi Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub

Tarix:19-09-2019, 13:19

ADU kollektivi Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub Sentyabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) prorektoru Tamam Cəfərovanın rəhbərlik etdiyi universitet kollektivi Cəbrayıl rayonu Novruz Aslanov adına Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub. Səfər ADU rektorunun göstərişi ilə universitet və Cocuq Mərcanlı kənd məktəbi arasında il boyu davam edən dayanıqlı əməkdaşlıq proqramı çərçivəsində və “Bilik günü” münasibəti ilə baş tutub. Prorektor Tamam Cəfərovanın başçılıq etdiyi kollektivə universitetimizdən dekan Məmməd İsmayılov, kafedra müdirləri Aytən Bayramova və Gülnarə Sadıxova, eyni zaman dekan müavini Anar Rəhimov daxil olub.

Səfər zamanı prorektor Tamam Cəfərova məktəbin xarici dil kabinetinin rəmzi açılışını bildirən qırmızı lenti kəsib. ADU tərəfindən xarici dilin tədrisi üçün ehtiyac duyulan hər bir müasir avadanlıq, əyani vəsaitlər, dərslik və dərs ləvazimatları ilə təchiz edilmiş sinif otağından bundan sonra məktəb müəllimləri və şagirdlər faydalana biləcəklər.

Açılış lentini kəsən Tamam Cəfərova ümidvar olduğunu bildirib ki, ADU-nun Cocuq Mərcanlıya töhfəsi olan bu kabinet gələcəkdə neçə-neçə tələbənin, xarici dil mütəxəssislərinin hazırlanmasında əvəzsiz rol oyanacaq. O, bu il tələbələrin məktəbdə 2 ay uğurla pedoqoji təcrübə keçdiklərini, Cocuq Mərcanlı kənd məktəbində səmərəli və faydalı əməkdaşlığın ADU rektoru akademik Kamal Abdulla üçün prioritet sahə olduğunu bildirib, universitetin bundan sonra da bu dəstəyini və yardımını əsirgəməyəcəyini bildirib.

Prorektor eyni zamanda bu sinif otağında ADU-nun məzunu olan Məsmə Zeynalovanın dərs deyəcəyinin də sevindirici hal olduğunu, ADU-nun öz məzunlarını daimi izlədiyini və dəstəklədiyini vurğulayıb.

Məzun Məsmə Zeynalova müəllimlər üçün diaqnostik qiymətləndirmədə ən yuxarı bal yığan müəllimələrdən olub, daha sonra könüllü və israrla Cocuq Mərcanlı məktəbində ingilis dilini tədris etməyə can atıb, hazırda məktəbdə ingilis dili məşğələlərini aparmaqdadır.

Tamam Cəfərova “Bilik günü” münasibəti ilə Təhsil Nazirliyinin tövsiyəsinə əsasən məktəbin 8-ci sinif şagirdlərinə “Mütaliə – uğura aparan yol” mövzusunda açıq dərs keçib.

Daha sonra universitet kollektivi birinci sinif şagirdləri üçün gətirdikləri dərs ləvazimatlarını, məktəb kitabxanasını zənginləşdirmək üçün nəzərdə tutulan yeni ədəbi nəşrləri məktəbə hədiyyə edib.

Bununla yanaşı universitetin Fransız dilinin leksikası və üslubiyyatı kafedrasının müdiri Gülnarə Sadıxova 1 həftə müddətində könüllü olaraq Cocuq Mərcanlıda qalacaq, məktəb şagirdlərinə fransız dili və mədəniyyəti haqqında məşğələlər keçəcək.

ADU kollektivi Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub
ADU kollektivi Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...