Anons

Bu gün, 15:21- Yerli məhkəmələrə yeni səlahiyyət verilib

Bu gün, 15:12- Daha177 vərəsəyə birdəfəlik ödəmə veriləcək

Bu gün, 15:00- Azərbaycanda yeni medallar təsis edilir

Bu gün, 14:49- Almaniyada fermerlər tətil edir - Berlində mərkəzi küçələr bağlandı

Bu gün, 14:37- Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir

Bu gün, 14:28- Kimlər övladlığa uşaq götürə bilər? - Yeni qaydalar

Bu gün, 14:16- Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib

Bu gün, 13:55- Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü olub

Bu gün, 13:43- Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib

Bu gün, 13:30- Həftə sonuna qədər bu küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq - SİYAHI

Bu gün, 13:21- “Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb

Bu gün, 12:12- Dumanlı hava şəraiti hökm sürəcək

Bu gün, 11:59- Azərbaycanda şüşə zavodunun tikintisi başa çatır - Nazir müavini

Bu gün, 11:48- “Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb

Bu gün, 11:36- Smartfonlar üçün süni dəridən "emosional" örtük yaradıldı - Video

Bu gün, 11:27- Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”

Bu gün, 11:13- Dini liderlərin Bakı sammitinin hansı aktual çağırışları olacaq?..

Bu gün, 11:05- Təhsil Nazirliyində yeni TƏYİNATLAR

Bu gün, 10:54- "Qızıl top"a iddialılar məlum oldu

Bu gün, 10:45- Milli Məclis bu günə iclas çağırdı - Gündəliyə 23 məsələ çıxarılır

Haqqımızda Əlaqə

Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər BUNLARDIR (ÖZƏL)

Tarix:19-09-2019, 09:38

Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər BUNLARDIR (ÖZƏL) Azərbaycanda əhali arasında ən çox rast gəlinən xəstəliklər tənəffüs orqanlarının, daha sonra isə həzm orqanlarının xəstəlikləridir.

"vvəllər də xəstələnmə halları sırasında tənəffüs orqanları ilk yerdə olub. Lakin əhalinin ən çox düçar olduğu ikinci qrup xəstəliklər bəzi infeksion və parazitar xəstəliklərdir.

2005-ci ildə ölkədə bütün xəstəliklər üzrə qeydə alınmış xəstələrin ümumi sayı 1 503 824 nəfər olub. Onların 677 123 nəfəri tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkib. Həmin ildə 129 299 nəfər bəzi infeksion və parazitar xəstəliklərdən, 117 345 nəfər qan dövranı sisteminin xəstəliklərindən, 107 162 nəfər həzm sisteminin xəstəliklərindən əziyyət çəkən xəstə kimi qeydiyyata götürülüb.

Lakin sonrakı illərdə ölkə üzrə qeydə alınan xəstələrin sayının artma prosesi ilə yanaşı, həzm və qan dövranı sisteminin xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalması da müşahidə edilib.

Bu artım sayəsində həzm sisteminin xəstəlikləri üzrə qeydə alınmış xəstələrin sayı əhali arasında daha çox rast gəlinən ikinci qrup xəstəliklər olub. İnfeksion və parazitar xəstəliklərdən əziyyət çəkənlərin sayı isə qan dövranı xəstələrinin sayından sonra əhali arasında ən çox rast gəlinən dördüncü qrup xəstəliklər olub.

2015-ci ildə ölkə üzrə xəstələrin sayı 1 824 086 nəfər olub ki, onun 752 669 nəfəri tənəffüs orqanları, 156 197 nəfəri həzm sistemi xəstəliklərindən, 134 225 nəfəri qan dövranı sisteminin, 114 955 nəfəri bəzi infeksion və parazitar xəstəliklər üzrə xəstə kimi qeydə alınıb.

Bu tendensiya sonrakı illərdə də müşahidə edilib.

2017-ci ildə ölkə üzrə qeydə alınan 1 875 652 xəstənin 735 922 nəfəri tənəffüs orqanlarının, 160 801 nəfəri həzm sisteminin, 143 182 nəfəri qan dövranı sisteminin, 124 457 nəfəri bəzi infeksion və parazitar xəstəliklərdən əziyyət çəkib.

2018-ci ildə ölkə üzrə qeydə alınan 1 895 897 xəstənin 762 809 nəfəri tənəffüs orqanlarının, 164 531 nəfəri həzm sisteminin, 144 719 nəfəri qan dövranı sisteminin xəstəlikləri, 119 954 nəfəri bəzi infeksion və parazitar xəstəliklər üzrə xəstə kimi qeydiyyata alınıb.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...