Anons

Bu gün, 14:37- Avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə rüsum dəyişir

Bu gün, 14:28- Kimlər övladlığa uşaq götürə bilər? - Yeni qaydalar

Bu gün, 14:16- Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi haqqında sənəd təsdiq edilib

Bu gün, 13:55- Pekində Azərbaycan və Çin müdafiə nazirlərinin görüşü olub

Bu gün, 13:43- Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib

Bu gün, 13:30- Həftə sonuna qədər bu küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq - SİYAHI

Bu gün, 13:21- “Nar” 4G istifadəçilərinin sayı il ərzində 85% artıb

Bu gün, 12:12- Dumanlı hava şəraiti hökm sürəcək

Bu gün, 11:59- Azərbaycanda şüşə zavodunun tikintisi başa çatır - Nazir müavini

Bu gün, 11:48- “Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb

Bu gün, 11:36- Smartfonlar üçün süni dəridən "emosional" örtük yaradıldı - Video

Bu gün, 11:27- Gömrük Akademiyasının tələbəsi: “Düzgün seçim etdiyimə əminəm”

Bu gün, 11:13- Dini liderlərin Bakı sammitinin hansı aktual çağırışları olacaq?..

Bu gün, 11:05- Təhsil Nazirliyində yeni TƏYİNATLAR

Bu gün, 10:54- "Qızıl top"a iddialılar məlum oldu

Bu gün, 10:45- Milli Məclis bu günə iclas çağırdı - Gündəliyə 23 məsələ çıxarılır

Bu gün, 10:32- Bərpa müəssisələrində 1874 uşağa reabilitasiya xidmətləri göstərilib

Bu gün, 10:19- İsveçrə şirkətləri Azərbaycanla əməkdaşlığı genişləndirir

Bu gün, 09:53- Tramp Türkiyəni sanksiyalarla hədələyib

Dünən, 17:12- Azərbaycan və Pakistan arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb

Haqqımızda Əlaqə

Azərbaycanda 6 500-ə yaxın əcnəbi tələbə təhsil alır

Tarix:18-09-2019, 16:23

Azərbaycanda 6 500-ə yaxın əcnəbi tələbə təhsil alır 2018-2019-cu tədris ilinin sonuna olan məlumata əsasən, yerli ali təhsil müəssisələrində 6 500-ə yaxın əcnəbi tələbə təhsil alır.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ölkədə təhsil alan əcnəbi tələbələrin böyük əksəriyyəti Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan, Türkmənistan, Banqladeş, Çin Xalq Respublikası və Nigeriya kimi ölkələrdən olmaqla 90-dan çox ölkənin vətəndaşlarıdır.

Sözügedən əcnəbi tələbələrin üstünlük təşkil etdiyi ali təhsil müəssisələri sırasında Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası və Bakı Slavyan Universiteti yer alır. Ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin əsas hissəsi bakalavriat səviyyəsi və hazırlıq kurslarında təhsilalanlardır. Digər qismi isə magistratura, doktorantura və rezidentura təhsil səviyyələrində təhsil alırlar. Tələbələr sırasında tibb, sosial və humanitar elmlər, mədəniyyət-incəsənət və iqtisadiyyat və idarəetmə yönümlü ixtisaslarda təhsil alanlar üstünlük təşkil edirlər.

2018-2019-cu tədris ilindən etibarən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlər üçün təsis edilən təhsil qrantı proqramından sonra təhsil qrantı çərçivəsində Azərbaycanda təhsil almaq hüququ qazanmış ölkələrin coğrafi əhatəliliyi genişlənib. Belə ki, uzaq San-Tome və Prinsipi Demokratik Respublikası, Vanuatu, Lesoto və Timor-Leste kimi dövlətlərdən ilk dəfə əcnəbi tələbələr Azərbaycan ali təhsil müəssisələrinə qəbul edilib.

Qeyd edək ki, Azərbaycanın ali təhsil müəssisələrində əcnəbi tələbələrin təhsilinin təşviqi Təhsil Nazirliyinin prioritet istiqamətlərdən biridir.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...